Icma.az
close
up
RU
Azərbaycan qadını tarixən müstəsna üstünlüklərə, özəlliklərə sahibdir

Azərbaycan qadını tarixən müstəsna üstünlüklərə, özəlliklərə sahibdir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Hər bir millətin ruhu, qan yaddaşı, xarakteri, mədəniyyəti, mənəvi dəyərləri, bir sözlə, hər şeyi ilk növbədə ana laylası, ana tərbiyəsi ilə formalaşır. Bu baxımdan Azərbaycan qadını tarixən müstəsna üstünlüklərə, özəlliklərə sahibdir. Bizim qadınlar təkcə mərhəmətin, şəfqətin, qayğıkeşliyin, fədakarlığın, sədaqətin və ləyaqətin simvolu kimi deyil, həm də torpağı Vətənə çevirən igid, qəhrəman oğulların həyat mənbəyi kimi fərqlənib, ad qazanıb. Ona görə də biz öz ölkəmizi, yurdumuzu "Ana Vətən" adlandıran yeganə xalqıq.
Azərbaycan qadınları tarixin mürəkkəb, həlledici məqamlarında milli varlığımızın, dilimizin, dəyərlərimizin qorunub saxlanılmasında həmişə xüsusi fədakarlıq nümayiş etdiriblər. Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunda vurğulandığı kimi, mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
Azərbaycanlı anaların cəsur, mərd, mübariz, vətənpərvər ruhda böyütdüyü övladlar 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror əməliyyatında gerçək qəhrəmanlıq nümayiş etdirdilər, öz adlarını qızıl hərflərlə tarixə yazdırdılar. Biz bu gün onların sayəsində qalib xalq kimi qürurla yaşayır, işğaldan azad olunmuş torpaqlarımızın bərpasını həyata keçirir, Böyük Qayıdışımızı uğurla davam etdirirk. Bu gün Qarabağımızın, Şərqi Zəngəzurumuzun hər guşəsində üçrəngli Azərbaycan bayrağımız Zəfər, Bütövlük və Suverenlik rəmzi kimi qürurla dalğalanır. Bu cür cəsur oğulları böyüdüb ərsəyə gətirən qeyrətli analarımıza təşəkkür edirik, Şəhid və qazi analarının əllərindən öpürük, əsgər analarına dərin ehtiramımızı bildiririk. Bütün Azərbaycan analarımızı, bacılarımızı və qızlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik! Bayramınız mübarək olsun!
Əlisahib Hüseynov -
Azərbaycan Həmrəylik Komitəsinin sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Mart 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri