Icma.az
close
up
RU
“Altay” tankının seriyalı istehsalı başladı Hansı özəlliklərə sahibdir?

“Altay” tankının seriyalı istehsalı başladı Hansı özəlliklərə sahibdir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Türkiyənin ən böyük müdafiə sənayesi layihələrindən biri olan və milli imkanlarla inkişaf etdirilən "ALTAY" tankının seriyalı istehsalı prosesi rəsmi olaraq başlayıb.

Açıqlanan təqvimə görə, ilk mərhələdə 3 ədəd "ALTAY T1" konfiqurasiyasındakı tank Türkiyə Silahlı Qüvvələrinə təslim edilib. Bu tankların ilkin mərhələdə Cənubi Koreya mənşəli güc qrupu ilə təchiz olunacağı bildirilib.

Tankların təslimatının tədricən aşağıdakı kimi artacağı gözlənilir:

- 2025-ci il - 3 tank (tamamlandı);

- 2026-cı il - 11 tank;

- 2027-ci il - 41 tank;

- 2028-ci il - 30 tank (T1 konfiqurasiyası).

Beləliklə, 2028-ci ilin sonuna qədər cəmi 85 ədəd T1 tankının inventara qatılması hədəflənir. Eyni zamanda, 5 illik dövrdə ümumilikdə 250 Altay Tankının Türk Silahlı Qüvvələrinin sıralarında olacağı açıqlanıb.  Zavodda hər ay 8 tankın istehsal olunması planlaşdırılır. Məlumata görə, layihənin sonrakı mərhələlərində əsas diqqət yerli inkişaf olunan BATU Güc Qrupuna keçid olunacaq. 1500 at gücündə olan bu mühərrik və ötürücü dəsti ilə T2 konfiqurasiyasında tank istehsalına başlanılması planlaşdırılır. "BMC Power" tərəfindən hazırlanan bu mühərrikin həcmi 27.3 litr olub, adi bir minik avtomobilinin mühərrikindən təxminən 17 dəfə böyükdür.

Altay tankının texniki xüsusiyyətləri belədir:

- Güc - 1500 at gücündə mühərrik;

- Şassi - Hidropnomatik asqı sistemi ilə təchiz olunub, bu da paletlərin avtomatik olaraq qalxıb-enməsinə imkan yaradır;

- Zireh - Personalı qorumaq üçün inkişaf etdirilmiş qalın zireh texnologiyasından istifadə olunub. Tankın üzərindəki qəfəs dizaynı isə dron və anti-tank mərmilərinə qarşı əlavə müdafiə təbəqəsi yaradır;

- Aktiv Müdafiə Sistemi - ASELSAN tərəfindən istehsal olunan AKKOR adlı aktiv müdafiə sistemi tankı qəbul ediləcək tank əleyhinə mərmilərdən qoruyur;

- Əlavə sistemlər: Lazer aşkarlama və xəbərdarlıq sistemi, hissəcik sistemi və yüksək minadan müdafiə qabiliyyəti.

Qeyd edək ki, bu addım beynəlxalq arenada Türkiyənin tam müstəqil müdafiə sənayesi vizyonu istiqamətində tarixi bir nailiyyət kimi qiymətləndirilir. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Oktyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri