Icma.az
close
up
RU
Azərbaycan qadını təkcə ailənin deyil, cəmiyyətin də, dövlətin də dayağıdır

Azərbaycan qadını təkcə ailənin deyil, cəmiyyətin də, dövlətin də dayağıdır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tənzilə RÜSTƏMXANLI,
Milli Məclisin deputatı

Təbiətin oyanış ayı olan mart həm də qadınların bayramı ilə təravətlənir. 8 mart dünyanın çox yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənilib, Qadın namus, qeyrət rəmzi sayılıb. Qadınlarımız yeri gələndə müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar olub, çoxəsrlik tariximizin səhifələrinə adlarını qızıl hərflərlə yazdırıblar. Azərbaycan qadını tarix boyu ölkənin inkişafında mühüm rol oynayaraq, milli dəyərlərin, mədəniyyətin və mənəviyyatın qoruyucusu olub. Hələ qədim dövrlərdən qadınlar elmdə, təhsildə, ictimai-siyasi həyatda və incəsənətdə fəal iştirak etmiş, cəmiyyətin əsas dayaqlarından birinə çevrilmişlər. Azərbaycan tarixi Möminə xatun, Sara xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tuti Bikə kimi güclü qadın fiqurları ilə zəngindir. Onların irsi bu gün də Azərbaycan qadınlarının cəmiyyətdə oynadıqları mühüm rolun təməlini təşkil edir. Çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və yaşadılmasında onların misilsiz xidmətləri olub. Xalq yaradıcılığı nümunələrində, dastan və rəvayətlərdə, yazıçı və şairlərimizin əsərlərində yüksək mənəvi keyfiyyətlərlə səciyyələnən kamil qadın obrazlarının yaradılması bunun əyani sübutudur.

XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ-da qadınlar 1934-cü, Fransada 1945-ci, Lixtenşteyndə isə yalnız 1984-cü ildə səsvermə hüququndan istifadə edə bilmişlər. Bu baxımdan Azərbaycan qadınının 1919-cu ildə bu hüquqa yiyələnməsi cəmiyyətin həmin sahədə yüksək inkişafında xəbər verir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə edən Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlərlə çox böyük potensiala malik olduğunu təsdiqləyir. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Azərbaycanda qadının rolu, xüsusilə, Vətən müharibəsində bir daha qabarıq şəkildə özünü göstərdi. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan oğullarının döyüş meydanında göstərdiyi misilsiz şücaətin nəticəsidir. Lakin bu qəhrəmanlığın əsasında dayanan ən böyük amillərdən biri onların vətənpərvər ruhda tərbiyə olunmasıdır ki, bu da birbaşa Azərbaycan analarının fədakar əməyi ilə bağlıdır. Qəhrəman analar övladlarını Vətənə, torpağa, millətə sədaqət ruhunda böyüdərək, onlara Vətənə sədaqət, dövlətçiliyə bağlılıq və milli kimliyini qorumaq kimi ali dəyərləri aşıladılar. Vətən müharibəsində canını fəda edən igidlərimiz məhz bu dəyərlərlə böyümüş, torpaq uğrunda mübarizəyə atılaraq, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir Zəfər qazandırdılar. Şəhid anaları Vətənin ən müqəddəs zirvəsinə ucalan övladları ilə fəxr edir, onların ruhunu daim yaşadırlar. Bu gün müstəqil Azərbaycanın hər bir uğurunda, hər bir inkişafında qəhrəman anaların yetişdirdiyi igid oğulların izi var. Azərbaycan qadını təkcə ailənin deyil, həm də cəmiyyətin, millətin və dövlətin möhkəm dayağıdır və bu dayağın gücü sayəsində ölkəmiz gələcəyə daha böyük inamla addımlayır.

Bu gün Azərbaycanda qadın hərəkatının önündə təqdirəlayiq işlərlə bütün dünyada ölkəmizi layiqincə təmsil edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva gedir. Öz insansevərliyi, Vətənə məhəbbəti, qayğıkeşliyi, mərhəməti ilə hər bir Azərbaycan vətəndaşına nümunə olan Mehriban xanım adət-ənənəmizin beynəlxalq arenada tanınmasında mühüm işlər görür. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nümunəvi obrazını yarada bilmişdir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir

Azərbaycan qadını təkcə respublikamızın elmi-mədəni potensialının artırılmasına töhfə vermir, bütövlükdə ölkəmizin milli dövlət quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edir. Dövlət başçısının hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik zərif cinsin nümayəndələrinə diqqət və ehtiramın təcəssümüdür. Ölkə rəhbəri cənab İlham Əliyevin prezidentliyi dövründə qadınlarla bağlı olan problemlər dövlətin prioritet məsələlərindən ən ümdəsinə çevrilib, qadınlar ən yüksək diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan qadınları bütün sahələrdə zirvələri fəth etmək gücündədir. Ölkəmizdə qadınların inkişafı üçün heç bir ciddi maneə, stereotip mövcud deyildir. Qadınlarımız təkcə 8 Mart Beynəlxalq Qadınlar Günündə deyil, ilboyu hər cür diqqətə layiqdirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri