Icma.az
close
up
RU
Azərbaycan qadını təkcə gözəlliyi ilə deyil, həm də mərhəməti ilə dünyanı fəth edə bilir Jalə Əliyeva

Azərbaycan qadını təkcə gözəlliyi ilə deyil, həm də mərhəməti ilə dünyanı fəth edə bilir Jalə Əliyeva

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ölkə Prezidenti İlham Əliyev və  Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban Əliyeva ötən günlərdə Çin Xalq Respublikasına işgüzar səfərə yola düşüblər. Bu səfər Şanxay Əməkdaşlıq Təşkilatının növbəti görüşü çərçivəsində baş tutub. Azərbaycanlı olaraq ilk növbədə səfərin başlanğıcında, yəni qarşılanma mərasimində diqqətimizi çəkən məqamı qeyd etməliyik. Prezidentimizin qarşılanma anı bizə böyük qürur hissi yaşatdı. Çünki toplantının keçiriləcəyi şəhərə həmin gün digər ölkələrin liderləri də daxil olmuş, təyyarələri enmişdi. Lakin müqayisə aparanda aydın görünürdü ki, İlham Əliyevə xüsusi ehtiram və böyük diqqət göstərildi. Bu, əslində Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə və onun liderinin dönməz, əyilməz iradəsinə verilən qiymət idi". 

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva Prezident İlham Əliyev və  Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın Çinə səfərindən danışarkən bildirdi.

Onun fikrincə, İlham Əliyevə göstərilən diqqət Azərbaycanın dünyada və bölgədə həyata keçirdiyi uğurlu siyasətin, ardıcıl diplomatiyanın nəticəsi kimi dəyərləndirilir:

"Eyni zamanda bu münasibət İlham Əliyevin nümunəvi fəaliyyətinə, dünya miqyasında fenomen lider səviyyəsinə yüksəlməsinə ehtiramın göstəricisi idi. Əlbəttə, bunlar olduqca əhəmiyyətli məqamlardır. Onlar Azərbaycanın tarixinə silinməz səhifələr kimi düşür və gələcək nəsillər üçün qürur mənbəyi olacaq. Əminliklə demək olar ki, Çin Xalq Respublikasına bu səfər də bundan bir neçə ay əvvəlki səfər kimi uğurlu nəticələr verəcək. Çinlə Azərbaycan arasında münasibətlərin inkişafı, perspektivlərin müzakirəsi və imzalanan sənədlər ölkəmizi bölgədə daha da əhəmiyyətli mövqeyə gətirəcək".

Deputat əlavə etdi ki, Azərbaycan Uzaq Şərqlə Qərbin, Cənubla Şimalın arasında strateji, logistik mərkəz rolunu oynamaqla yanaşı, ölkədəki sabitlik və əmin-amanlıq şəraitində, demokratiya ruhu əsasında liderliyini qoruyacaq:

"Bu da Azərbaycanın həm qonşu ölkələr, həm də Uzaq Şərq və Qərb dövlətləri üçün vacib tərəfdaş olmasına xidmət edəcək. Xüsusi vurğulanmalı başqa bir məqam da odur ki, liderlərin Çindəki görüşü onların xanımlarının da ayrıca proqram çərçivəsində iştirakı ilə yadda qaldı. Burada Azərbaycanın birinci xanımının fəallığı, xanımların qatıldığı tədbirlərdə Mehriban xanım amilinin qabarıq şəkildə önə çıxması diqqət çəkdi. Bu, özü-özlüyündə qürurverici bir hadisədir. Azərbaycan qadını bu gün təkcə gözəlliyi və zərifliyi ilə deyil, həm də mərhəməti ilə dünyanı fəth edə bilir. Biz bunu Mehriban Əliyevanın timsalında aydın şəkildə görürük. Çin Xalq Respublikasından yayımlanan reportajlar da bir daha sübut etdi ki, Mehriban xanım əvəzsiz bir Azərbaycan qadını, eyni zamanda ölkə başçısı İlham Əliyevin ən yaxın silahdaşıdır. Onların birlikdə atdığı addımlar isə gələcəkdə Azərbaycanımızın daha böyük uğurlar qazanacağına əminlik yaradır", - deyə Jalə Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri