Icma.az
close
up
RU
Azərbaycan Suriyanın əməkdaşlıq cəhdlərini qiymətləndirir Jalə Əliyeva

Azərbaycan Suriyanın əməkdaşlıq cəhdlərini qiymətləndirir Jalə Əliyeva

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüş olub. Görüşdə ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə həyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Suriya ilə münasibətlər Azərbaycan üçün nə qədər önəmlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, Azərbaycan bütün qonşu ölkələrlə, dünya ölkələri ilə balanslaşdırılmış xarici siyasət həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın hədəfi bu gün yalnız öz ölkəsində deyil, bölgədə, dünyada dəyişən dünya şərtləri, yeni nizam çərçivəsində münasibətlərin qurulması, humanizm, tolerantlıq prinsiplərinə sadiqlikdir:

"Bu səbəbdən Azərbaycan bu prinsiplərə sadiq qaldığı kimi, eyni zamanda əməkdaşlıq etdiyi ölkələrlə, dünya ölkələri ilə münasibətlərdə prinsiplərə əsaslanaraq öz əməkdaşlığını həyata keçirir. Dəfələrlə dövlət başçısının çıxışlarında bəyan edildiyi kimi, Azərbaycan hər zaman haqqın yanındadır.

Cənab Prezidentin bu yaxınlarda ADA Universitetində keçirilən “Dəyişən dünya nizamı” forumunda, Antalyada keçirilən forumda verilən açıqlamalarının hər birində Azərbaycanın hər bir dünya ölkəsi ilə, beynəlxalq təşkilat ilə münasibətlərinə bir daha aydınlıq gətirildi. Bunların içərisində Azərbaycan–Suriya münasibətləri də yer alırdı. Azərbaycan–Suriya münasibətləri dövlət başçısının da qeyd etdiyi kimi, keçmiş rəhbərlik dövründə Suriyanın Ermənistanla açıq əməkdaşlıq etməsi səbəbilə arzuolunan səviyyədə deyildi. Hazırda Suriyanın yeni hakimiyyəti Azərbaycanla əməkdaşlığa can atır, problemləri aradan qaldırmağa çalışır".

Millət vəkili qeyd etdi ki, Azərbaycan Suriyanın bu cəhdlərini qiymətləndirir.

"Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, təəssüflər olsun ki, Ermənistan hakimiyyəti yenə də Suriya ilə Azərbaycan arasındakı münasibətlərin əvvəlki hala qayıtması üçün pərdəarxası siyasətini davam etdirməyə çalışır. Azərbaycanın həyata keçirdiyi siyasət Suriya üçün də keçərli olacaq. Prezident İlham Əliyevin müzakirə edilən məsələlərə dair çıxışları bunu deməyə əsas verir. İki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün razılıq əldə edilib. Razılığın əldə edilməsi, Suriya ilə Azərbaycan arasındakı münasibətlərin iki ölkə üçün önəmli olmasının göstəricisidir", - deyə J.Əliyeva bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Aprel 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri