Icma.az
close
up
RU
Azərbaycan qadınlarının yalnız ailə həyatında deyil, həm də ictimai siyasi sahədə mühüm rolu vardır Deputat

Azərbaycan qadınlarının yalnız ailə həyatında deyil, həm də ictimai siyasi sahədə mühüm rolu vardır Deputat

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Azərbaycan qadınları tarixin bütün dövrlərində cəmiyyətin aparıcı qüvvələrindən biri olmuş, siyasi-iqtisadi və mədəni sahələrdə mühüm rol oynamışdır. Xanımlar yalnız ailə ocağının qoruyucusu deyil, həm də döyüşçü, dövlət xadimi və ziyalı kimi tanınmışdır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Millət vəkili bildirib ki, 1918-ci ildə Şərqdə ilk dəfə seçib-seçilmək hüququ əldə etməsi onların cəmiyyətin inkişafına verdiyi davamlı töhfələrin göstəricisidir: 

"Bu hüquq qadınların dövlət idarəçiliyinə və digər sferalarda daha fəal rol oynamasına imkan yaratmışdır. XX əsrin əvvəllərində maarifçilik hərəkatının güclənməsi ilə qadınların təhsilə marağı artmış, onların elm və mədəniyyət sahələrində fəaliyyəti genişlənmişdir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində qadın hüquqlarının qorunması, gender siyasətinin gücləndirilməsi və qadınların sosial-iqtisadi sferalarda daha geniş yer tutması istiqamətində mühüm addımlar atılmışdır. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu bəyannamə qadınların siyasi, iqtisadi və sosial sferalarda rolunun artırılmasını nəzərdə tutur. Müstəqil Azərbaycanın Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan bu mükəmməl və mütərəqqi sənəd qadın və kişilərin bərabər hüquqlarını təmin edir. Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Ulu Öndərin gender siyasəti Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla təkmilləşdirilərək ən yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib və bu qurum hazırda uğurla fəaliyyət göstərir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qəbul olunmuş qanunlar bu istiqamətdə həyata keçirilən müdrik siyasətin bariz nümunələrindəndir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva respublikamızın dinamik inkişafının təmin edilməsində, həmçinin qadınların ölkəmizin ictimai-siyasi həyatında fəallığının artırılmasında misilsiz xidmətləri olmuşdur".

B.Bədəlov diqqətə çatdırıb ki, bu gün Azərbaycan qadınları parlamentdə, hökumət qurumlarında, biznes sektorunda, elmi və mədəni sahələrdə mühüm mövqelər tutur: "Qadınlar ölkənin bütün sahələrində olduğu kimi, Milli Məclisdə də uğurla təmsil olunur, həmçinin xanımlar müxtəlif beynəlxalq forumlarda və təşkilatlarda fəal şəkildə iştirak edərək ölkənin maraqlarını qətiyyətlə müdafiə edirlər. Qadınlar ordu və hüquq-mühafizə sistemində də mühüm rol oynayırlar. Xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, tibb xidmətində və digər hərbi sahələrdə yüzlərlə qadın fəaliyyət göstərir. Onlar döyüş meydanlarında da öz şücaətləri ilə seçilmişlər".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Mart 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri