Icma.az
close
up
RU
Azərbaycan qanunvericiliyi məktəblərdə zorakılığın qarşısını almaq üçün bəzi tənzimləmələr təqdim etsə də, onların tətbiqi hələ də zəifdir

Azərbaycan qanunvericiliyi məktəblərdə zorakılığın qarşısını almaq üçün bəzi tənzimləmələr təqdim etsə də, onların tətbiqi hələ də zəifdir

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

"Azərbaycan qanunvericiliyi məktəblərdə zorakılığın qarşısını almaq üçün bəzi tənzimləmələr təqdim etsə də, onların tətbiqi hələ də zəifdir"

Məktəblərdə şagirdlərin mənfi davranışlarının, xüsusilə zorakılıq, söyüş söymək və müəllimlə kobud rəftarın yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu hallar yalnız məktəbdaxili mühitə təsir göstərmir, eyni zamanda sosial şəbəkələr vasitəsilə ictimailəşərək həm şagirdlərin şəxsi imicinə, həm də təhsil sisteminin nüfuzuna zərbə vurur. Problemin həlli üçün məsələyə geniş və sistemli yanaşma tələb olunur.

Bəs görəsən bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az – a açıqlama verib:

"Azərbaycanda baş verən bu kimi halların təhlilinə başlarkən, statistik məlumatlar göstərir ki, məktəblərdə zorakılıq və mənfi davranışların səviyyəsi ildən-ilə artmaqdadır. Elm və Təhsil Nazirliyinin 2023-cü il hesabatına əsasən, məktəblərdə baş verən zorakılıq hallarının təxminən 17%-i şagirdlər arasında qarşılıqlı münaqişələrdən, 8%-i isə müəllimlə şagird arasında yaranan qarşıdurmalardan qaynaqlanır. Bu rəqəmlər problemin dərin olduğunu və müvafiq addımların atılmasını zəruri etdiyini göstərir.

Məsələnin köklərindən biri ailə tərbiyəsi və sosial mühitlə bağlıdır. Azərbaycanda bir çox ailələrdə uşaqların davranışına nəzarət zəifdir və şagirdlərin sosial şəbəkələrdə sərbəst fəaliyyəti mənfi təsirlərə məruz qalma ehtimalını artırır. Xüsusən, TikTok və Instagram kimi platformalarda zorakılıq və aqressiv davranışlar əks olunan videoların geniş yayılması bu cür davranışların normal qəbul edilməsinə gətirib çıxarır. Valideynlərin böyük bir hissəsi uşaqlarının onlayn fəaliyyətinə nəzarət edə bilmir və ya bunu vacib hesab etmir.

Azərbaycan qanunvericiliyi məktəblərdə zorakılığın qarşısını almaq üçün bəzi tənzimləmələr təqdim etsə də, onların tətbiqi hələ də zəifdir. Məsələn, "Təhsil Haqqında" Azərbaycan Respublikasının Qanunu və "Uşaq Hüquqları Haqqında" qanun məktəblərdə zorakılığın yolverilməz olduğunu vurğulayır. Lakin bu qanunların icrasına nəzarət mexanizmləri qeyri-kafidir. 2022-ci ildə qəbul edilmiş "Azərbaycan Gənclərinin Fiziki və Mənəvi Sağlamlığının Qorunması üzrə Dövlət Proqramı" da məktəblərdə zorakılıq hallarını azaltmaq üçün nəzərdə tutulmuş tədbirləri ehtiva edir, lakin bu proqramın məktəblərdə necə həyata keçirildiyinə dair effektiv monitorinq mövcud deyil.

Dünya təcrübəsi bu məsələnin həlli üçün mühüm nümunələr təqdim edir. Məsələn, Finlandiyada məktəblərdə zorakılığın qarşısını almaq üçün tətbiq olunan "KiVa" proqramı geniş müsbət nəticələr verib. Bu proqramın məqsədi şagirdlər arasında qarşılıqlı hörmətin və empatiyanın artırılmasıdır. Proqram çərçivəsində şagirdlərə psixoloji dəstək göstərilir, zorakılığın mənfi nəticələri izah edilir və müəllimlər zorakılıq hallarını idarə etmək üçün xüsusi təlimlərdən keçirlər. 2019-cu il statistikasına görə, KiVa proqramını tətbiq edən məktəblərdə zorakılıq halları 30%-dən çox azalıb.

Digər bir uğurlu nümunə isə Yaponiyada məktəblərin təhsil sistemində intizam qaydalarının çox ciddi şəkildə tətbiq edilməsidir. Yaponiyada hər bir şagird öz davranışının məsuliyyətini daşımağı öyrənir. Məktəblərdə tərbiyəvi saatlar və xüsusi etik dərslər vasitəsilə uşaqlara qarşılıqlı hörmət və əxlaqi dəyərlər aşılanır. Bu yanaşma şagirdlərin tərbiyəsində ailə-məktəb əməkdaşlığının vacibliyini ön plana çəkir.

Azərbaycanda bu cür proqramların tətbiqi ciddi əhəmiyyət kəsb edir. Lakin ölkəmizin spesifik sosial-mədəni reallıqları nəzərə alınaraq, bəzi dəyişikliklər edilməlidir. Məktəblərdə zorakılıq və mənfi davranışlarla mübarizə üçün sistemli yanaşma vacibdir. Bu, həm məktəbdə etik qaydaların aydınlaşdırılmasını, həm də şagirdlərə tərbiyəvi və hüquqi biliklərin ötürülməsini əhatə etməlidir. Şagirdlər arasında zorakılıq hallarının ictimailəşməsi sosial şəbəkələrdə belə halların təbliği ilə nəticələnir və bu, böyük bir problemdir.

Valideynlərə və müəllimlərə uşaqların rəqəmsal fəaliyyətinə nəzarət etməklə bağlı təlimlər təşkil olunmalıdır. Bununla yanaşı, sosial şəbəkələrdə etik davranış qaydalarının təbliği aparılmalı, maarifləndirici kampaniyalar həyata keçirilməlidir. Məsələn, pozitiv davranış nümunələri göstərən video və materialların paylaşılması şagirdlər arasında müsbət rəqabəti təşviq edə bilər.

Müəllimlərin rolu burada mühüm əhəmiyyət kəsb edir. Müəllimlərə peşəkar inkişaf imkanları təqdim edilməli, zorakılıq hallarını aşkar etmək və idarə etmək üçün təlimlər keçirilməlidir. Həmçinin məktəblərdə psixoloqların fəaliyyətinin artırılması vacibdir. Təhsil müəssisələri psixoloji dəstək xidmətlərini şagirdlər üçün əlçatan etməli və hər bir şagirdin problemlərinin fərdi şəkildə həllinə diqqət yetirməlidir.

Nəticə olaraq, məktəblərdə mənfi davranışların qarşısını almaq üçün tərbiyəvi tədbirlər, qanunvericilikdə islahatlar, psixoloji dəstək və sosial şəbəkələrdə etik qaydaların təbliği bir-birini tamamlamalıdır. Bu tədbirlər birgə şəkildə həyata keçirildikdə, şagirdlərin davranışlarının yaxşılaşması və məktəb mühitinin sağlamlaşması mümkün olacaq".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 09 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri