Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan münasibətləri: regional inteqrasiyanın nümunəvi modeli

Azərbaycan Qazaxıstan münasibətləri: regional inteqrasiyanın nümunəvi modeli

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin çoxşaxəli və strateji xarakterini əks etdirən mühüm məqamları diqqətə çatdırıb. Dövlət başçımızın fikirləri həm iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyəsini, həm də ortaq türk kimliyi əsasında formalaşmış mənəvi-siyasi yaxınlığı dərin şəkildə ifadə etdi.

Bu müsahibə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı məkanında inteqrasiya proseslərinin sürətləndiyi, regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu dövrdə, Bakı ilə Astana arasında mövcud strateji ittifaqın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd xarakteri daşıyır.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır.

Bu münasibətlərin kökündə xalqlarımızı birləşdirən ortaq türk kimliyi, tarixi dostluq və mənəvi dəyərlər dayanır. Cənab Prezidentin ifadəsi ilə desək, “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.

İki ölkə liderləri arasında formalaşmış qarşılıqlı hörmət və səmimiyyət siyasi dialoqun dinamikliyini təmin edir, dövlətlərarası əlaqələrin bütün səviyyələrdə dərinləşməsinə şərait yaradır. Bu dialoq yalnız siyasi münasibətləri deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə inteqrasiyanı gücləndirir.

Prezident İlham Əliyev Qazaxıstanda müşahidə edilən modernləşmə və iqtisadi islahatları yüksək qiymətləndirərək qeyd edib ki, son üç ildə qardaş ölkəyə səfərləri zamanı bu inkişafı hər dəfə şəxsən müşahidə edib.

Qazaxıstanın uğurlu inkişaf modeli Prezident Kasım-Jomart Tokayevin düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan lideri həmkarının ölkəmizə səfərlərini də xüsusi vurğulayaraq, bu qarşılıqlı səfərlərin dövlətlərimiz arasında sıx əlaqələrin göstəricisi olduğunu qeyd edib.

Eyni zamanda, İlham Əliyev Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin açılışını xalqlarımız arasında qardaşlıq münasibətlərinin parlaq təzahürü kimi dəyərləndirib. Bu təşəbbüs mədəni diplomatiya baxımından Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni nəfəs gətirib.

Azərbaycan ilə Qazaxıstan arasında 2005-ci ildə imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə bu il 20 illiyini qeyd edir. Prezident İlham Əliyevin sözlərinə görə, bu müddət ərzində iki dövlət təqribən 170-dən çox sənəd imzalayaraq çoxşaxəli hüquq-müqavilə bazası formalaşdırıb.

Bu sənədlər əsasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar, investisiya və enerji sahələrində səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Cənab Prezidentin fikrincə, bu müqavilə iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün etibarlı təməl rolunu oynayıb.

Prezident İlham Əliyev qeyd edib ki, 2024-cü ildə Bakıda keçirilən Ali Dövlətlərarası Şuranın ilk iclası Azərbaycan-Qazaxıstan münasibətlərinin institusional inkişafında yeni mərhələnin əsasını qoydu.

Bu ilin payızında Astanada keçiriləcək ikinci iclasda isə tərəflər qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini və əlaqələrin yeni səviyyəyə qaldırılması yollarını müzakirə edəcəklər.

Şura formatı ikitərəfli münasibətlərin sistemli şəkildə idarə olunmasına, razılaşdırılmış qərarların icrasına və yeni layihələrin reallaşdırılmasına mühüm töhfə verir.

Dövlət başçımız həmçinin vurğulayıb ki, Azərbaycan və Qazaxıstan BMT, Türk Dövlətləri Təşkilatı, İƏT, CICA kimi beynəlxalq platformalarda bir-birini dəstəkləyir və ortaq geosiyasi mövqeləri bölüşür.

Azərbaycan-Qazaxıstan münasibətlərinin mühüm sütunlarından biri iqtisadi əməkdaşlıqdır. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ardıcıl olaraq artır, biznes dairələri arasında fəal dialoq formalaşır.

Energetika, nəqliyyat, logistika, aqrar sektor və informasiya texnologiyaları sahələrində qarşılıqlı investisiyalar sürətlə artır. Bu proses, dövlət başçımızın vurğuladığı kimi, məqsədyönlü dövlət siyasəti və biznes icmalarının qarşılıqlı etimadı nəticəsində mümkün olub.

Prezident İlham Əliyevin sözlərinə görə, hazırda ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu fəaliyyət göstərir. Bu, Azərbaycan iqtisadiyyatına olan etimadın göstəricisidir və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar, 2025-ci ilin yanvar–avqust aylarında isə 547 milyon dollar təşkil edib. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə üç dəfə artım deməkdir. Cənab Prezident bu artımı Orta Dəhlizin səmərəli istifadəsi və nəqliyyat-logistika sisteminin modernləşdirilməsi ilə əlaqələndirib.

Hazırda Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollara çatıb. Bu göstəricilər qarşılıqlı etimada və uzunmüddətli tərəfdaşlığa əsaslanan iqtisadi siyasətin bariz nümunəsidir.

2024-cü ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub.

Bu artım nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, vahid tarif siyasətinin həyata keçirilməsi və tranzit imkanlarının optimallaşdırılması nəticəsində mümkün olub.

2022-ci ildə Aktauda Azərbaycan, Qazaxıstan və Türkiyə tərəfindən imzalanmış “Orta Dəhlizin inkişafı və istismarı üzrə 2022–2027-ci illər üçün Yol Xəritəsi” regionun nəqliyyat-logistika sistemində vahid standartların tətbiqini nəzərdə tutur.

Əhəmiyyətli layihələrdən biri də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. 2025-ci ilin martında imzalanan müqaviləyə əsasən, layihə 2026-cı ilin sonuna qədər tamamlanacaq və bu, regionun rəqəmsal inteqrasiyasını gücləndirəcək.

Enerji sektoru Azərbaycan–Qazaxıstan tərəfdaşlığının əsas istiqamətlərindəndir.

SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti barədə saziş imzalanıb.

2024-cü ildə tranzit həcmlərinin artırılması və tariflərin azaldılması barədə əlavə razılaşma əldə olunub.

Aktau və Ələt limanlarının modernləşdirilməsi, nəqliyyat infrastrukturunun yenilənməsi və gəmiqayırma sahəsində əməkdaşlıq Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi rolunu daha da möhkəmləndirir.

Prezident İlham Əliyev vurğulayıb ki, bərpaolunan enerji və “yaşıl keçid” sahəsində əməkdaşlıq ikitərəfli gündəliyin prioritet istiqamətinə çevrilib.

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair memorandumlar imzalanıb.

Bu təşəbbüslər ölkələrin ekoloji cəhətdən təmiz texnologiyalara və dayanıqlı inkişafa keçidinə birgə sadiqliyini göstərir.

Azərbaycan və Qazaxıstanın siyasi, iqtisadi və mədəni müstəvilərdə birgə fəaliyyəti Türk Dövlətləri Təşkilatının daxilində əməkdaşlıq üçün nümunəvi model formalaşdırır və türk dünyasının gələcək inkişafına strateji töhfə verir.

2009-cu ildə qədim torpağımız Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı bu gün türk xalqları arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın əsas dayağına çevrilib. Qazaxıstan və Azərbaycanın təşkilat çərçivəsində sıx əməkdaşlığı regional inteqrasiya və ortaq dəyərlər əsasında strateji tərəfdaşlığın nümunəsidir.

Son illərdə keçirilmiş Şuşa və Qəbələ Zirvə görüşləri türk dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və ortaq təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi baxımından mühüm mərhələlər olub.

Türk Dövlətləri Təşkilatı çərçivəsində humanitar əməkdaşlıq geniş vüsət alıb. Beynəlxalq Türk Akademiyasının fəaliyyəti elm və təhsil sahəsində birgə layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycan və Qazaxıstan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA kimi qurumlarda da səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq qarşılıqlı etimadın və ortaq dəyərlərin təcəssümüdür.

Gələn il 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd edilməsi planlaşdırılır.

Türk Dövlətləri Təşkilatı Azərbaycan və Qazaxıstanı birləşdirən çoxşaxəli əməkdaşlığın ideoloji, siyasi və mənəvi dayağıdır. Bu birliyin güclənməsi təkcə türk dünyasının gələcəyi üçün deyil, həm də regional və qlobal sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Bununla yanaşı, Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələr də ardıcıl şəkildə inkişaf edir. 2023-cü ildə Bakıda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin göstəricisidir.

Eyni zamanda, Kemel Tokayevin “Gecə açılan atəş” əsərinin Azərbaycan dilində nəşri, MirCəlal Paşayev və Kemel Tokayevin yubileylərinə həsr olunmuş konfranslar mədəni əlaqələrin dərinliyini əks etdirir

Dövlət başçımız Xəzər dənizinin səviyyəsinin azalmasının region üçün həm ekoloji, həm də iqtisadi təhlükə yaratdığını bildirib. Azərbaycan və Qazaxıstan bu sahədə birgə elmi tədqiqatlar aparmalı, ekoloji tarazlığın bərpası istiqamətində koordinasiyalı tədbirlər həyata keçirməlidirlər.

Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəm siyasi dayaqlar üzərində qurulduğunu və gələcəyə yönəlik dərin strateji məzmun daşıdığını bir daha təsdiqləyir.

İki qardaş dövlətin liderləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, türk dünyasının birliyi və regional sabitlik üçün nümunəvi model formalaşdırır.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see196

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see154

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see145

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri