Icma.az
close
up
RU
Regional inteqrasiyanın AZƏRBAYCAN MODELİ

Regional inteqrasiyanın AZƏRBAYCAN MODELİ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Cənubi Qafqazın yeni siyasi-iqtisadi dizaynı formalaşır. Bu dizaynın əsas hərəkətverici qüvvəsi Azərbaycandır. 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqların 8 avqust Vaşinqton razılaşması ilə dayanıqlı sülhün hüquqi bazasına çevrilməsi Prezident İlham Əliyevin hərb meydanının ardınca diplomatik müstəvidə də qalib gəldiyinin sübutu kimi qiymətləndirilir. Bir çoxları erməni tərəfinin əksər hallarda beynəlxalq konyunktura nəzərən, əldə edilmiş anlaşmaları pozduğunu əsas götürərək proseslərə nisbətən skeptik yanaşır. Ancaq Azərbaycan liderinin Astanadan verdiyi tarixi mesaj geosiyasi konfiqurasiyanın yeni “yol xəritəsi” sayıla bilər. 
“Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Yekun sülhün kağız üzərində qalmayacağını şərtləndirən bəzi səbəblər var. Bunların sırasında təbii ki, iki xalq arasında etimad mühitinin yaradılması özünəməxsus rol oynayır. Çünki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması psixoloji baryerləri aşmaqdan keçir. Erməni şovinizmi və ekstremizminin hələ də təşviq etdiyi “azərbaycanofobiya” perspektivdə duran bütün regional layihələr üçün potensial təhdiddir.
 

Hay revanşistləri hətta onların ölkələrinin maraqlarına cavab verən məsələlərdə belə Azərbaycan dövləti ilə uzlaşmanı yaxına buraxmaq istəmir. Azərbaycan xalqı isə ötən 30 il ərzində vəhşi qəbilənin törətdiyi cinayətləri, Xocalı soyqırımını və digər qətliamları, tarixi, dini və mədəni abidələrimizin məhv edilməsini, 4 min itkin düşmüş insanın taleyini əsla unutmayacaq.


Bununla belə, Azərbaycan dövləti gələcəyə baxır və Cənubi Qafqazın beynəlxalq əməkdaşlıq məkanına çevriləcəyini nəzərə alaraq mümkün neqativləri sürətlə aradan qaldırmağa çalışır. Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarı da məhz həmin silsilə neqativlərə savaş açıldığını təsdiqləyir.
Obrazlı desək, “buzlar əriyir” və Bakı İrəvana əməkdaşlıq əli uzatmaqla Cənubi Qafqazın yeni arxitekturasının təməlini qoyur. Prezident İlham Əliyevin müdrik qərarının arxasında duran niyyətlər onun regionun gələcəyi üçün məsuliyyəti öz üzərinə götürdüyündən qaynaqlanır.
Çünki, Azərbaycan uzun illərdir ki, “Qafqaz evi” ideyasını təklif edir və Cənubi Qafqazın 3 respublikası arasında yeni tipli, sağlam və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulmasını dəstəkləyir. 30 illik erməni işğalı bu istiqamətdə praktik və rasional addımlar atmağa imkan verməsə də, Prezident postmüharibə reallıqlarının yaradıcısı kimi artıq yeni, inteqrasiya etmiş Cənubi Qafqazın təşəkkülünə nail olur.
Taxıl tranziti bu yolda atılmış ən effektiv addımlardan biri kimi tarixə düşəcək. Dünyanın tanınmış mütəxəssisləri də açıq etiraf edirlər ki, Prezident İlham Əliyevin qərarı Azərbaycanın bölgənin gündəliyini formalaşdıran və konstruktiv həll yolları təklif edən regional statusunu təsdiqləyir.
Siyasi və iqtisadi paradiqmalar
Bakının məlum qərarının iqtisadi mahiyyəti də geniş müzakirə olunur. Qazaxıstandan gələn yükün ölkəmizə məxsus infrastrukturla Ermənistana çatdırılması dayanıqlı sülhün qarantına çevrilməklə yanaşı, hay məmləkətinə indiki iqtisadi böhrandan çıxış yollarını göstərir. Başqa sözlə desək, Azərbaycan üzərindən taxıl tranziti qlobal logistikanın böhran yaşadığı bir dövrdə yeni marşrutların açılmasını şərtləndirir. Bu isə ərzaq təhlükəsizliyi və iqtisadi dayanıqlığa mühüm töhfə kimi qəbul olunmalıdır.
Digər tərəfdən, son qərar TRIPP layihəsi ilə bağlı pessimist rəylər ortaya qoyan radikal erməni müxalifətinin Bakı  əleyhinə inamsızlıq təşviq etməsinə sarsıdıcı zərbədir. Ermənistan baş nazirinin Tbilisidə təşkil olunan İpək Yolu konfransında taxıl yükünə məhdudiyyəti aradan qaldırdığına görə Prezident İlham Əliyevə təşəkkür bildirməsi Azərbaycanla əldə olunan sülhü təhdid edən revanşistlərin iddialarının artıq arxivə göndərildiyindən xəbər verir. Çünki, xuntaçılar heç bir mərkəzdən pozitiv impuls almır.
Məsələn, ermənilər deyirlər ki, Azərbaycan marşrutuna alternativsiz xətt kimi baxmaq təhlükəlidir.
Ermənistan tərəfinin qarşıdakı dövrdə hər hansı tələb irəli sürəcəyi təqdirdə Bakı yüklərə qoyulan məhdudiyyəti yenidən bərpa edə bilər. Parlamentdə ajiotaj qaldıran müxalifətçilər isə Ermənistanın iqtisadiyyat nazirini ittiham edərək məlumatı ilk dəfə Azərbaycan Prezidentinin dilindən eşitmələrini hay məmləkəti üçün rüsvayçılıq adlandırırlar. Üstəlik, hakimiyyəti ittiham edərək “Ermənistan öz iqtisadi siyasətini Azərbaycan liderinin bəyanatlarına uyğun şəkildə formalaşdırır” tipli qızışdırıcı açıqlamalar səsləndirirlər. 
Dünya birliyinin reaksiyası rəsmi Bakının praqmatik addımlarına adekvat oldu.
Avropa İttifaqı və ABŞ, eləcə də regional oyunçular və Azərbaycanın dostları tranzit məhdudiyyətinin aradan qaldırılmasını sülhün möhkəmlənməsi və Cənubi Qafqazda inteqrativ proseslərin başlanğıcı kimi qiymətləndirərək bu hadisəni Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin nümayiş olaraq qiymətləndirdilər.
Nəhayət, daha bir nüans...
Taxıl tranziti ilə bağlı məhdudiyyətin aradan qaldırılması ölkəmizin əsas aktorlardan biri kimi çıxış etdiyi Orta Dəhliz layihəsi və onun əsas qollarından olan Zəngəzur dəhlizinin qlobal nəqliyyat xəritəsində layiqli yerini tutduğunun göstəricisi sayılmalıdır. Belə ki, Çin və Orta Asiya ölkələrini Avropa ilə birləşdirən Azərbaycan infrastrukturu ilə daşımaların həcmində ciddi artımlar müşahidə olunur.
 

Liman, dəmir yolu və avtomobil yolu infrastrukturunun genişləndirilməsinə böyük sərmayələr qoyulduğu üçün yükdaşıma imkanları 1 milyon tondan illik 5 milyon tona qaldırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Cənubi Qafqazı Türkiyə və Avropa ilə birləşdirir, yük dövriyyəsi 15 milyon ton və 100 min TEU olan Bakı Dəniz Limanı dəniz, dəmir yolu və avtomobil daşımalarını birləşdirən multimodal qovşaq rolunu oynayır.


Bu gün Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir. Ölkəmizdə 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycan vasitəsilə 14,5 milyon ton tranzit yük daşınıb ki, bunun da 4 milyon tondan çoxu Orta Dəhlizin payına düşür.
Bakının “Qafqaz evi” ideyası gündəlikdədir
Prezidentin tranzit yüklərə məhdudiyyətlərin aradan qaldırılmasının yaratdığı yeni reallıqlar və perspektivlər isə bunlar olacaq:

1.Bu qərar Azərbaycanın davamlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı ölkə imicini möhkəmləndirir;

2.Mürəkkəb geosiyasi şərait fonunda rəsmi Bakı müstəqil, ardıcıl və məsuliyyətlə davranmaq, verdiyi vədləri yerinə yetirmək bacarığını ortaya qoyur;
3.Tranzit məhdudiyyətini aradan qaldıraraq Azərbaycan sülhün təminatçısı statusunu gücləndirməklə yanaşı, Avropa və Asiya arasında strateji-logistik haba çevrilir;
4.Ermənistandakı məhdud düşüncəli qüvvələrin hay-küyünə rəğmən, rəsmi Bakı son addımı ilə Zəngəzur dəhlizi layihəsinə hüquqi-siyasi dəstəyi təmin edir;
5.Azərbaycan yenidən “Qafqaz evi” ideyasını gündəliyə daxil edir və ayırıcı deyil, birləşdirici missiya yerinə yetirdiyini nümayiş etdirir.
Bir sözlə, Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaq fraqmental xarakter daşıyan hadisə deyil, bu, Prezident İlham Əliyevin tək Azərbaycan deyil, bütün Cənubi Qafqazla bağlı həyata keçirdiyi uzunmüddətli strategiyadır. Bu addım bir daha təsdiqləyir ki, regionun gələcəyi müharibələr yox, etimad və əməkdaşlıq modelləri üzərindən dizayn edilməlidir. Həmin yeni vizionu Azərbaycan yaradır. Sahib olduğu konkret üstünlüklərlə...
-birincisi, Azərbaycan bütün platformalarda müasir dünya trendlərinin daşıyıcısı olan aparıcı dövlət kimi qəbul edilir;
-ikincisi, supergüc iddiasına düşən bəzi mərkəzlər bu reallıqla barışmaq istəməsələr də, fakt faktlığında qalır: yeni dünya nizamı bu nizama ayaq uydura bilməyən ənənəvi və köhnə platformaları arxa plana atır, ön plana isə yeni güc mərkəzləri çıxır ki, onların sırasında Azərbaycan dövləti də yer alır.
Bir sözlə, 8 avqust Vaşinqton razılaşması və prezidentlər Donald Tramp və İlham Əliyev arasında yeni xarakterli əlaqələrin yaranması bir tərəfdən Azərbaycanın regionun lider dövləti kimi qəbulunu şərtləndirir, digər tərəfdən isə, Cənubi Qafqazın iqtisadi simasını tamamilə dəyişə biləcək cəsarətli qərarların verilməsinə gətirib çıxarır.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri