Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan: türk dünyasının möhkəmlənməsinə töhfə verəcək münasibətlər

Azərbaycan Qazaxıstan: türk dünyasının möhkəmlənməsinə töhfə verəcək münasibətlər

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın dostluq və qardaşlıq münasibətləri qurduğu mühüm dövlətlərdən biri də Qazaxıstandır. Xalqlarımızı ortaq tarixi köklər, milli-mənəvi dəyərlər və türklük ideyası birləşdirir. İki ölkə arasındakı əlaqələr təkcə siyasi səviyyədə deyil, həm də iqtisadi, enerji, nəqliyyat-logistika və mədəni sahələrdə ardıcıl şəkildə dərinləşir. Xəzər hövzəsində strateji əməkdaşlıq, transregional nəqliyyat layihələri, Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi yolunda Azərbaycan-Qazaxıstan tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edir.

Cari ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına növbəti dövlət səfərini etmişdir. Səfər çərçivəsində dövlət başçımız “Orta Dəhlizin inkişafı” – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə layihənin təqdimatında, eləcə də Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirak etmişdir. Bu görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirmişdir.

Səfər zamanı dövlətlərimiz arasında hüquqi baza daha da genişləndirildi və əməkdaşlığın çoxşaxəli istiqamətlərini əhatə edən mühüm sənədlər imzalandı. Bunlara “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” və digər qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə xidmət edən sənədlər daxildir.

Daha sonra dövlət başçımız mətbuata bəyanatla çıxış etdi. 2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatı və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı iki ölkə arasında mövcud strateji tərəfdaşlığın həcmini və perspektivlərini bir daha nümayiş etdirdi. Bu görüş, regional güc balansının dəyişdiyi, yeni nəqliyyat və təhlükəsizlik çağırışlarının aktuallaşdığı bir dövrdə Azərbaycan–Qazaxıstan münasibətlərinin mühüm mərhələyə qədəm qoyduğunu təsdiq etdi.

Prezident İlham Əliyev vurğuladı ki, Qazaxıstan bu gün beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınır. Ən önəmlisi isə, Qazaxıstan Azərbaycan üçün çətin dövrlərdə ardıcıl və prinsipial dəstək göstərmiş ölkələrdən biridir. İşğal dövründə bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə verilən dəstək qardaşlıq münasibətlərinin praktiki təsdiqi olmuşdur.

Prezident İlham Əliyev çıxışında xalqlarımızı birləşdirən ortaq tarixi, mənəvi və mədəni dəyərlərin əməkdaşlığın əsasını təşkil etdiyini xüsusi qeyd etdi. Son üç il ərzində qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin sürətlə inkişaf etdiyini nümayiş etdirir.

Bu gün iki ölkə yalnız siyasi sahədə deyil, enerji, nəqliyyat, rəqəmsal transformasiya, humanitar mübadilələr və müdafiə sənayesi kimi geniş istiqamətlərdə strateji hədəflərini uyğunlaşdırır. Ali Dövlətlərarası Şura mexanizmi isə bu inkişafı sistemli şəkildə idarə etməyə imkan yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, geniş Avrasiya regionu üzrə həyata keçirilən layihələr nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiya arasında sıx inteqrasiya sürətlə dərinləşir. Cənab Prezident vurğuladı ki, bu layihələr regionları bir-birinə daha güclü bağlayır və onları bir çox hallarda vahid geostrateji məkan kimi çıxış etməyə imkan verir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Qazaxıstan arasında keçirilən Hökumətlərarası Komissiyanın və Ali Dövlətlərarası Şuranın toplantılarında əldə olunan razılaşmalar ölkələrimizin və xalqlarımızın rifahına xidmət edir, həm də bölgədə sülh, təhlükəsizlik və inkişaf üçün mühüm geosiyasi əhəmiyyət daşıyır.Yeni nəqliyyat marşrutlarının açılması bu əməkdaşlığın dinamik inkişafını tələb edir və bu proses dövlət başçılarının birbaşa diqqət mərkəzindədir.

Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini xüsusi vurğuladı. Həm BMT, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də digər platformalarda Azərbaycan və Qazaxıstan ənənəvi olaraq bir-birinə arxa duran dövlətlərdir. Prezident qeyd etdi ki, türk dövlətləri arasında siyasi həmrəyliyin mühüm göstəricisi olan bu əməkdaşlıq gələn il Bakıda keçiriləcək iki böyük beynəlxalq tədbir – İƏT Sammiti və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti zamanı da öz təsdiqini tapacaq. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu tədbirlərdə fəxri qonaq kimi iştirak edəcək və bu, iki ölkə arasında qardaşlığın növbəti rəmzi olacaq.

Prezident İlham Əliyev Qarabağın bərpasında Qazaxıstanın göstərdiyi dəstəyə görə təşəkkürünü çatdırdı. O qeyd etdi ki, azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidənqurma işlərində Qazaxıstanın iştirakı xalqlarımız arasında qardaşlıq bağlarının nə qədər sarsılmaz olduğunu bir daha nümayiş etdirir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Qazaxıstanın səmimi dəstəyinin parlaq təzahürüdür və bu mərkəzdən keçən hər bir insan qardaş dövlətin köməyinə şahid olur. Qazaxıstanın bu humanitar dəstəyi “Böyük Qayıdış”ın həyata keçirildiyi indiki dövrdə xüsusilə əhəmiyyətlidir.

Çıxışında nəqliyyat-kommunikasiya əməkdaşlıq mövzusuna da toxunan Prezident İlham Əliyev vurğuladı ki, Zəngəzur dəhlizi layihəsi Orta Dəhlizin yeni strateji xətt kimi formalaşmasına böyük potensial verəcək. Azərbaycan ərazisində işlərin qısa müddət ərzində başa çatdırılması planlaşdırılır və digər ölkələrdə də paralel şəkildə fəaliyyət aparılacağı təqdirdə dəhliz 2028-ci ilin sonuna qədər tam istifadəyə verilə bilər.

Humanitar əməkdaşlıq mövzusuna toxunan İlham Əliyev bildirdi ki, son illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili xalqlarımız arasında mədəni bağların möhkəmlənməsinə böyük töhfə verib. Gələcəkdə bu kimi tədbirlərin həm paytaxtlarda, həm də regionlarda mütəmadi keçirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin yol xəritəsi hazırlanmalıdır.

Energetika sahəsində əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev dedi ki, həm ənənəvi enerji resursları, həm də bərpaolunan enerji mənbələri üzrə Azərbaycan və Qazaxıstan böyük potensiala malikdir. Dövlət başçısı xatırlatdı ki, keçən ilin noyabrında Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi barədə üçtərəfli mühüm müqavilə imzalanıb və bu layihə regionun enerji təhlükəsizliyini gücləndirəcək.

Dövlət başçımız nitqinin sonunda bir daha vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq və müttəfiqlik əlaqələri strateji mahiyyət daşıyır. O dedi ki, bu əməkdaşlıq yalnız iki qardaş dövlətin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya regionunun daha güclü gələcəyi üçün möhkəm təməl yaradır.

Prezident İlham Əliyevin Astanadakı çıxışı bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri yalnız dostluq və qardaşlıq bağları üzərində qurulmayıb, həm də ortaq gələcəyə hesablanmış strateji hədəflərlə möhkəmlənib. İki ölkə regional dayanıqlığın təmin olunması, nəqliyyat-logistika şəbəkələrinin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində eyni mövqedən çıxış edir.

Bu əməkdaşlıq təkcə Bakı və Astananın deyil, bütün Türk dünyasının və geniş Avrasiya məkanının rifahına xidmət edir. Qarabağın bərpasında Qazaxıstanın göstərdiyi dəstək, Orta və Zəngəzur dəhlizlərinin reallaşdırılması perspektivləri, eləcə də qarşılıqlı siyasi etimad iki ölkə münasibətlərinin gələcək illərdə daha da yüksələcəyinin bariz göstəricisidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri iki qardaş dövlət arasında münasibətləri yeni strateji mərhələyə yüksəldib. Astanada imzalanan sənədlər, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər regional və qlobal səviyyədə sülh, sabitlik və qarşılıqlı rifahın təmin edilməsinə yönəlib. Həmin səfər bir daha göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri dərin tarixi köklərə, güclü siyasi iradəyə və ortaq strateji məqsədlərə əsaslanır. Məhz bu prinsiplər sayəsində iki ölkə Avrasiya məkanında sabitliyin, enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi tərəfdaşlığın etibarlı dayağına çevrilib.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri