Icma.az
close
up
RU
Azərbaycan qazının yeni istiqaməti: Yaxın Şərq bazarına strateji giriş

Azərbaycan qazının yeni istiqaməti: Yaxın Şərq bazarına strateji giriş

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu günə qədər əsasən Avropa ölkələrinə yönələn qaz ixracatı artıq yeni bir istiqamət – Yaxın Şərq coğrafiyası ilə genişlənir. 2025-ci ilin ortalarında Suriyaya qaz ixracı məsələsinin müzakirə edilməsi və texniki infrastrukturun yenidən qurulması bu prosesin real mərhələyə keçdiyini göstərir.
Azərbaycan bu günə qədər 12 ölkəyə qaz ixrac edir. Bunlar əsasən Avropa ölkələri, Qafqaz və region ölkələri və digər alıcılardır.
Bu marşrutlar əsasən Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilir. Lakin indi gündəmdə olan Yaxın Şərq istiqaməti bu siyahıya Suriyanın daxil olması ilə 13-cü ölkə kimi əlavə olunması deməkdir. Bu, Azərbaycanın ixrac coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsi və enerji diplomatiyasının daha da güclənməsi deməkdir.
Türkiyə-Suriya qaz kəməri artıq bərpa olunub və texniki olaraq Azərbaycan qazının Suriyaya çatdırılması mümkündür.
Suriya-İordaniya qaz kəməri müharibə dövründə zədələnsə də, onun yenidən qurulması mümkündür. Bu bərpa Azərbaycan qazının İordaniya, oradan isə Misir və digər Şimali Afrika ölkələrinə çatdırılması üçün perspektiv açır.
Suriya özü enerji resursları baxımından kənar ölkəyə çevrilib və enerji idxalına ehtiyacı var. Eyni zamanda onun geostrateji mövqeyi — Aralıq dənizi və Yaxın Şərqə çıxışı onu tranzit ölkəyə çevirə bilər. Beləliklə, Azərbaycan qazı yalnız Suriyaya deyil, oradan Misir, İordaniya, hətta Livan kimi ölkələrə də ixrac oluna bilər.
Azərbaycan uzun müddətdir “enerji körpüsü” funksiyasını icra edir. İndi bu rol Qərb və Yaxın Şərq arasında enerji bağlayıcısı olmaqla daha da genişlənə bilər.
Türkiyə artıq özünü enerji habına çevirib və Azərbaycanın qazının Yaxın Şərqə çatdırılmasında əsas keçid ölkədir. Bu, Azərbaycan-Türkiyə strateji müttəfiqliyini daha da möhkəmləndirir.
Azərbaycan təkcə qaz ixracında deyil, elektrik enerjisi ixracı sahəsində də sürətli inkişaf mərhələsindədir.
Yaşıl enerji potensialı (xüsusən Qarabağ və Naxçıvanda) artır. Regional şəbəkələrin bərpası ilə Azərbaycan Yaxın Şərqə elektrik ixrac edən ölkəyə çevrilə bilər. Bu, həm də Azərbaycanın enerji mənbələrinin diversifikasiyası baxımından strateji üstünlükdür.
Yaxın Şərqə qaz və enerji ixracı Azərbaycanın dövlət gəlirlərini artıracaq. Yeni bazarlar, xüsusilə enerji böhranı ilə üzləşən regionlar üçün etibarlı və davamlı təchizat mənbəyi Azərbaycanı daha da cəlbedici edir. Qaz ixracının artması fonunda SOCAR və tərəfdaş şirkətlərin investisiya imkanları genişlənir.
Azərbaycan qazı üçün Yaxın Şərq istiqaməti sadəcə coğrafi genişlənmə deyil, həm də geosiyasi nüfuzun artması, iqtisadi gəlirlərin diversifikasiyası və enerji təhlükəsizliyinə töhfə anlamına gəlir. Suriyanın qaz alıcısı və tranzit ölkəyə çevrilməsi bu strategiyanın mərkəzində dayanır. Azərbaycan artıq təkcə Avropanın enerji təhlükəsizliyinə deyil, Yaxın Şərqin enerji sabitliyinə də mühüm töhfə verə biləcək ölkəyə çevrilməkdədir . (Trend.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri