Icma.az
close
up
RU
“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”

“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır. Ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə,  regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində reallığa çevrilən  enerji layihələri dünyanın enerji xəritəsini  yenidən formalaşdırır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişlənir, yeni layihələr gündəmə gətirilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının uğurla davam etdirilməsi, yeni neft-qaz yataqlarının kəşfində birgə səylərin artırılması, qardaş Türkiyə və qonşu Gürcüstanla birgə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına   Cənub Qaz Dəhlizi layihəsinin daxil olması ölkəmizin regional və dünya  enerji təhlükəsizliyinə verdiyi töhfələrdəndir. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün təbii qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür.  Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Dövlət başçısı İlham Əliyev  gələcək planlardan bəhs edərkən bildirir ki, hədəf 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün  25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək.  Qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili diqqəti iyul ayında  Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri çərçivəsində  aparılan danışıqlara, əldə edilən razılaşmalara yönəldərək qeyd edib ki, dövlət başçısı İlham Əliyev ilə görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi vurğulayıb: “Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi və Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.  Səfər çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Sözügedən səfərə diqqət yetirməyimiz səbəbsiz deyil. Belə ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşanacaq. İlk dəfə Azərbaycan təbii qazının dost, qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlanılır.  Bu mühüm hadisə  təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə olacaq.  Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq.  Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir”.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan təbii qazı yeni bazara daxil olur: “Ölkəmizin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir. Qeyd edək ki, hazırda   Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. Göründüyü kimi, Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Yeni tərəfdaşlar, dostlar qazanan ölkəmiz malik olduğu resurslara söykənərək gündəmə gətirdiyi hər bir layihəni birgə səylər əsasında uğurla reallığa çevirir. Qaz ixracının coğrafiyasının genişləndirilməsi, perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionunun da   nəzərdən keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Türkiyə vasitəsilə Suriyaya ixrac yeni istiqamətdir.  Ölkəmiz Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər”.

Milli Məclisin deputatı bildirib ki,  Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür: “Bugünümüzün reallıqları Azərbaycanın təbii ehtiyatlarının dünyanın enerji xəritəsini dəyişdiyini bir daha təsdiqləyir. Hazırda əsas hədəf şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının yerli və dünya bazarlarına çıxışın istiqamətlərinin artırılmasıdır. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılması yeni əməkdaşlıq formatlarının  yaradılmasını şərtləndirir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır.  Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür”.

Vüqar Rəhimzadə bildirib ki,  Azərbaycan qazının Suriyaya ixracı enerji diplomatiyamızın növbəti uğurudur: “Ölkəmiz təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir. Azərbaycan həm ixrac imkanlarını, həm də siyasi təsir coğrafiyasını genişləndirir. Hər bir ölkənin iqtisadi müstəqilliyi enerji təhlükəsizliyi ilə tamamlanır. Bu prinsip  Azərbaycanın neft strategiyasının başlıca amili kimi bu gün də dəstəklənir və gələcəkdə də nümunə göstəriləcək. Azərbaycanın enerji diplomatiyası özünü doğrultmaqla ölkəmizin iqtisadi potensialının gücləndirilməsində mühüm rola malikdir. Azərbaycan qlobal əhəmiyyətli layihələrin həlli üçün əməkdaşlığa hazırdır və qazandığı təcrübələrin daha geniş miqyasda tətbiqində maraqlıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri