Icma.az
close
up
RU
Azərbaycan qəhrəman və işgüzar qadınlar yurdudur

Azərbaycan qəhrəman və işgüzar qadınlar yurdudur

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

19 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə əməkdaşlığı ilə Yeni Azərbaycan Partiyasının 33-cü ildönümünə həsr olunmuş "Azərbaycan qəhrəman və işgüzar qadınlar yurdudur" mövzusunda tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Şəhid anaları, YAP-ın rayon təşkilatının veteran qadınları və fəal gənclər iştirak ediblər.
Tədbiri Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva tədbirin məqsəd və məramından danışdı.
İlk olaraq YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı geniş məruzə edib. O, məruzəsində Azərbaycanın Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin eyni zamanda YAP-n siyasi və iqtisadi fəaliyyəti haqqında danışdı. Bu çətin və mərhələli inkişaf tarixində Azərbaycan qadınının daima cəmiyyətin inkişafında mühüm rol oynadığını, xüsusilə müasir dövrdə qadınların dövlət idarəçiliyində, təhsildə, elm və sosial həyatda yüksək fəallıq göstərdiyini vurğulayıb. Seyfəddin Əliyev həmçinin şəhid analarının və ailələrinin əzmkarlığını, dövlətimizin onlara göstərdiyi diqqət və qayğının önəmini xüsusi qeyd edib.
Şəhid Nurlan və İntiqam Əsgərlinin anası Ziba xanım öz çıxışında qadınlarımızın üzərinə düşən məsuliyyətdən danışıb, şəhid analarının göstərdiyi iradənin Azərbaycan qadınının əsl simvolu olduğunu vurğulayıb. O deyib ki, bu gün qadınlar təkcə ailədə deyil, həm də ictimai həyatda yenilikçi və təşkilatçı kimi ön sıralardadırlar.
Sonra tədbirdə çıxış edən Həsənli kənd uşaq bağçasının direktoru , YAP veteranı Nazilə Hüseynova və Mina Quliyeva Azərbaycan qadınının həm ailədə, həm də cəmiyyətdə nümunəvi mövqeyindən söz açdılar. Qızların təhsilinə xüsusi önəm verildiyini, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu bildirən çıxışçılar bu yolda özlərinin istifadə etdikləri təcrübə və tövsiyələrini gənclərlə bölüşmüş oldular.
Daha sonra Masallı Dövlət Regional Kollecinin müəllimi, YAP-n gənc fəal üzvü Humay Əliyeva və başqaları çıxışlarında gənclər arasında sağlam düşüncə, vətən sevgisi və sosial fəallığın artırılmasının vacibliyini qeyd edib. O, Azərbaycan qadınlarının həm təhsildə, həm də elmi fəaliyyətlərdə mühüm nailiyyətlər qazandığını, bu uğurların dövlət siyasətinin nəticəsi olduğunu bildirib.
Tədbir qarşılıqlı fikir mübadiləsi, Şəhid analarına diqqət, qadınların ictimai rolunun dəyərləndirilməsi ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri