Icma.az
close
up
RU
Azərbaycan Qırğız İnkişaf Fondunun yeni investisiya siyasəti təsdiq edilib

Azərbaycan Qırğız İnkişaf Fondunun yeni investisiya siyasəti təsdiq edilib

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan-Qırğız İnkişaf Fondunun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2 layihənin investisiyası təsdiq edilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən Şuranın 4-cü iclasında razılıq əldə edilib.

Tədbirdə Azərbaycan və Qırğızıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda vurğulanıb ki, Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün dövlətlərimizin başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir. Bu baxımdan, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Fondun fəaliyyəti Qırğızıstanda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin prioritet layihələrinin maliyyələşməsini əhatə edir.

Qeyd olunub ki, ötən ilin aprelində “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Sazişdə dəyişiklik edilməsi haqqında” imzalanmış Əlavə Saziş əsasında Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon dollaradək artırılması nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının artırılması prosesinin sürətləndirilməsi üçün zəruri addımlar atılır. Hazırda Fond vasitəsilə maliyyələşmə çərçivəsində təqdim olunan layihələrə investisiyaların ayrılması məsələsinə baxılır.

İclasda Fondun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2025-ci il büdcəsi, təşkilati strukturu, ştat cədvəli, eləcə də tikinti və enerji sahələri üzrə 2 layihənin investisiya hesabatı təsdiq edilib, digər məsələlər müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri