Icma.az
close
up
RU
Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir TƏHLİL

Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir TƏHLİL

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 fevral, AZƏRTAC

Milli Məclisin Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş “BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası”nın ratifikasiyası haqqında Qanun layihəsini qəbul etməsi Azərbaycanın beynəlxalq hüquq və qlobal təhlükəsizlik sistemində artan rolunun mühüm göstəricisidir. Həmin qərarla Azərbaycan təkcə Konvensiyaya qoşulan dövlətlərdən biri kimi çıxış etmir, eyni zamanda, ratifikasiya prosesini ilk tamamlayan ölkə olaraq lider mövqe nümayiş etdirir. Bu fakt ölkənin beynəlxalq hüquqi təşəbbüslərdə passiv icraçı deyil, normayaratma prosesində fəal subyekt olduğunu bir daha təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) hazırladığı analitik məqalədə bildirilir.

Qeyd edilir ki, BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiyası” təsadüfi olaraq “XXI əsrin Konvensiyası” adlandırılmır. Rəqəmsallaşmanın sürətlənməsi, dövlətlərin, iqtisadiyyatların və cəmiyyətlərin informasiya texnologiyalarından asılılığının artması kibercinayətkarlığı qlobal təhlükəsizlik gündəliyinin mərkəzinə çıxarıb. Bu gün kibercinayətlər yalnız maliyyə fırıldaqları ilə məhdudlaşmır, onlar dövlət institutlarının fəaliyyətinin pozulması, kritik infrastrukturun sıradan çıxarılması, seçki proseslərinə müdaxilə və transmilli terror şəbəkələri ilə əlaqəli fəaliyyətləri də əhatə edir. Belə şəraitdə Konvensiya kibercinayətkarlıqla mübarizə sahəsində hüquqi baxımdan məcburedici qlobal çərçivə formalaşdıran ilk sənəd kimi çıxış edir. Bu, indiyədək mövcud olan tövsiyə xarakterli mexanizmlərdən əsaslı şəkildə fərqlənir və beynəlxalq hüquqda yeni mərhələnin əsasını qoyur.

Konvensiyanın yekun layihəsinin hazırlanması prosesində Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunmalıdır. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər qurumların nümayəndələrindən ibarət heyət çoxtərəfli danışıqlarda prinsipial və konstruktiv mövqe nümayiş etdirərək sənədin mətninə substantiv töhfələr verib. Bu iştirak yalnız texniki deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir. Azərbaycan kibertəhlükəsizlik məsələlərində regional çərçivə ilə məhdudlaşmayan, qlobal miqyasda düşünən aktor kimi çıxış etdiyini sübut edib.

2024-cü ilin dekabrında BMT Baş Assambleyasında Konvensiyanın qəbul edilməsi və 2025-ci ilin oktyabrında Hanoyda keçirilən imzalanma mərasimində 74 dövlətin sənədə qoşulması onun beynəlxalq legitimliyini daha da möhkəmləndirib. Böyük Britaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Avstraliya və digər aparıcı dövlətlərin iştirakı Konvensiyanın geniş konsensus əsasında formalaşdığını göstərir. Sənədin milli parlamentlər tərəfindən ratifikasiyası isə onun real hüquqi qüvvə qazanmasının əsas şərtidir. Bu baxımdan Azərbaycanın ratifikasiya prosesini ilk tamamlayan ölkə olması mühüm siyasi mesajdır. Bu addım rəsmi Bakının qlobal təhlükəsizlik təşəbbüslərinə verdiyi önəmi və kibertəhlükəsizlik gündəliyində liderlik iddiasını açıq şəkildə ortaya qoyur.

Azərbaycanın bu prosesi digərlərindən əvvəl başa çatdırması ölkəyə gələcəkdə Konvensiyanın icrası, təfsiri və institusional mexanizmlərinin formalaşdırılması ilə bağlı müzakirələrdə əlavə söz haqqı qazandırır. Bu, ölkənin beynəlxalq hüquq sistemində mövqeyini daha da gücləndirən amildir.

Konvensiyanın ratifikasiyası milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Sənəd elektron sübutlarla bağlı beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır və təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri yaradır. Bu isə kibercinayətlərə operativ reaksiya verilməsinə, sübutların itirilməsi və ya manipulyasiya olunmasının qarşısının alınmasına real imkanlar açır.

Xüsusilə transmilli xarakter daşıyan kibercinayətlər kontekstində bu mexanizmlər Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Çünki kiberməkanda sərhədlər mövcud deyil və bu sahədə mübarizə yalnız milli deyil, beynəlxalq səviyyədə aparılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri