Icma.az
close
up
RU
Azərbaycan qlobal telekommunikasiya simpoziumunda təmsil olunub

Azərbaycan qlobal telekommunikasiya simpoziumunda təmsil olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndə heyəti Ankarada Tənzimləyici Qurumların Qlobal Simpoziumu (“GSR-26”) çərçivəsində təşkil olunan yüksəksəviyyəli sessiyalarda iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sözügedən simpoziumu telekommunikasiya və rəqəmsal tənzimləmə sahəsində dünyanın ən nüfuzlu platformalarından hesab edilir.

Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin əsas tərəfdaş kimi çıxış etdiyi tədbirdə rəqəmsal bazarların inkişafı, yeni texnologiyaların tənzimlənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və regional əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tənzimləyici qurum rəhbərlərinin yüksəksəviyyəli müzakirə sessiyasında iştirak edib. Toplantıda rəqəmsal bazarların sürətli inkişafı fonunda tənzimləmə yanaşmalarının daha çevik olması, texnoloji dəyişikliklərə uyğun hüquqi çərçivələrin formalaşdırılması, bazara giriş maneələrinin azaldılması, investisiyaların artırılması və məsuliyyətli rəqəmsal inkişaf məsələləri müzakirə edilib.

Müzakirələr zamanı xidmət keyfiyyətinin ölçülə bilən indikatorlar əsasında qiymətləndirilməsi, istehlakçı hüquqlarının qorunması, rəqəmsal bazarlarda şəffaflığın artırılması, data əsaslı tənzimləmə modelləri, internet dayanıqlılığı və milli rəqəmsal suverenlik məsələləri xüsusi diqqət mərkəzində olub.

Tədbir çərçivəsində qəbul edilən ən yaxşı təcrübə təlimatları (“GSR-26 Best Practice Guidelines”) rəqəmsal bazarlarda çevik, şəffaf və nəticəyönümlü tənzimləmə yanaşmalarının tətbiqinə dair beynəlxalq tövsiyələri özündə birləşdirir və gələcək tənzimləmə siyasətlərinin formalaşdırılmasında mühüm istinad sənədi kimi çıxış edir.

İKTA üçün bu platformada iştirak beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl tənzimləmə yanaşmalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri