Icma.az
close
up
RU
Azərbaycan qocalır : Uşaq sayı azalır, yaşlılar artır

Azərbaycan qocalır : Uşaq sayı azalır, yaşlılar artır

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda son 35 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb.

Belə ki, 2025-ci ildə ölkədə təxminən 81 min uşaq doğulub ki, bu da Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən bəri ən aşağı göstərici hesab olunur. Sözügedən statistika sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər doğum səviyyəsinin kəskin azalmasının cəmiyyətin sürətlə qocalmasına, işçi qüvvəsinin azalmasına, pensiya sisteminin risk altına düşməsinə və insan kapitalının zəifləməsinə yol aça biləcəyini bildirirlər.

Eyni zamanda, məktəblərin bağlanması, kəndlərin boşalması təhlükəsi də vurğulanır. Müzakirələr fonunda "uşaq pulu” məsələsi yenidən gündəmə gəlib və sosial şəbəkə istifadəçilərinin böyük qismi isə doğumun azalmasını Azərbaycanda həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirir. 

Sosioloq Yusif Nəbiyev "Cümhuriyət”-ə bildirib ki, bu qarşısı alınması mümkünsüz prosesdir:

"Hələlik məsələni geniş və əsaslı şəkildə müzakirə etmək üçün vaxtımız var və bu vaxtdan düzgün istifadə olunmalıdır. Bu, sırf Azərbaycana xas vəziyyət deyil. Bu cür cəmiyyətlər sosiologiyada "keçid cəmiyyətləri”, yəni kənd tipli yaşayış modelindən şəhər tipli yaşayış modelinə keçid edən cəmiyyətlər adlanır.

Qərbi Avropa ölkələri də daxil olmaqla, inkişaf etmiş dövlətlərdə və ümumilikdə istənilən yerdə keçid cəmiyyəti formalaşdıqda, kənddən şəhərə axın başlayır və bunun fonunda doğum səviyyəsinin azalması, ailələrin daha gec qurulması, boşanmaların artması ortaya çıxır.

Şəhərləşmənin artması kənd yerlərində əhalinin azalmasına, nəticə etibarilə məktəblərin bağlanmasına, infrastrukturun zəifləməsinə və iş imkanlarının azalmasına səbəb olur. Bu, bir tendensiyadır və reallıqdan qorxmaq lazım deyil. Əsas məsələ reallığı düzgün görmək və onu doğru qiymətləndirməkdir.

Bunu yalnız Azərbaycanın başına gələn spesifik problem kimi görmək də doğru yanaşma deyil. Vəziyyət hələ tam demoqrafik böhran səviyyəsində deyil. Ölkədə əhali artımı var, sadəcə bu artımın tempi zəifləyib. Təbii ki, qırmızı siqnaldır, amma yenə də hər bir halda bu demoqrafik böhran deyil”. 

O qeyd edib ki, biz bu prosesi süni şəkildə dayandırmaq və ya artım tempini məcburi şəkildə sürətləndirmək olmaz: 

"Təbii ki, Azərbaycanın əvvəlki illərin göstəriciləri ilə müqayisədə doğum səviyyəsində azalma trendinin artdığı aydın görünür. Əsas məsələ odur ki, biz bu prosesi məcbur şəkildə sürətləndirə bilmərik. Əsas vəzifə gələcək risklərə hazır olmaqdır. Artıq müşahidə olunur ki, yaşlı əhalinin ümumi əhali içində payı artır, gənclərin sayı isə azalır.

Bu isə o deməkdir ki, işləyən əhalinin payı azalır, təqaüd alanların payı isə artır. Nəticə etibarilə daha az sayda işləyən vətəndaşın üzərinə daha çox pensiya yükü düşür ki, bu da gələcəkdə dövlət adına ciddi risklər yarada bilər.

Əgər pensiya ödənişləri dövlət büdcəsi hesabına qarşılanmalı olarsa, bu yükün haradan və necə kompensasiya ediləcəyi ayrıca məsələ kimi ortaya çıxır. Məhz buna görə də sosial siyasət düzgün tənzimlənməlidir. Bu məsələlərə indidən baxılmalıdır ki, gələcəkdə ən azı hazırlıqlı olaq”. 

Sosioloq əlavə edib ki, bu sahədə qismən də olsa stimullaşdırıcı addımlar atıla bilər:

"Ən azından, yeni ailə quran gənclər üçün dövlət tərəfindən dəstək proqramları hazırlanmalıdır. Bu dəstək birdəfəlik ödənişlər formasında ola, yaxud gənclərin mənzil əldə etmə imkanlarını mərhələli və daha əlverişli şərtlərlə asanlaşdıra bilər. Eyni zamanda, hər iki valideynin işlədiyi ailələrdə övlad böyütmək ayrıca bir problemə çevrilir.

Bu baxımdan, valideynlər üçün daha elastik iş imkanları verilsə, növbəli iş qrafikləri və ya vaxtaşırı məzuniyyətlər valideynlərin həm iş həyatını, həm də övlad qayğısını paralel şəkildə idarə etməsinə şərait yarada bilər. Misal üçün, artıq atalıq məzuniyyəti tətbiq olunmağa başlanıb.

Yeni doğulan uşaqların atalarına 14 gün ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur. Bu kimi qanunlar daha çox olmalıdır ki, elastik şərait qismən valideynlərə imkan versin ki, iş ilə paralel övladlarına da baxa bilsinlər. Bundan başqa, uşaqlara qulluq mərkəzlərinin, xidmətlərin və bağçaların sayı və keyfiyyəti artırılmalı, əlçatanlığı təmin olunmalıdır.

Bu xidmətlərin qiymətləri münasib, xidmət səviyyəsi isə yüksək olmalıdır ki, valideynlər övladlarını etibarla həmin müəssisələrə həvalə edərək rahat şəkildə iş fəaliyyətlərini davam etdirə bilsinlər”. 

Yusif Nəbiyevin fikrincə, əvvəl verilən  "uşaq pulu”nun məbləği heç bir real problemi həll etməyəcək qədər az olub:

"Bu məbləğ real problemlərin həllinə təsir göstərə biləcək səviyyədə olmayıb. Açıq desək, 50-60 manat "uşaq pulu” veriləcək deyə heç kim övlad sahibi olmaq riskini üzərinə götürmək istəmir. Məhz buna görə də yalnız aylıq "uşaq pulu” mexanizminə deyil, daha çox stimullaşdırıcı və ciddi məbləğdə birdəfəlik ödənişlərə ehtiyac var ki, valideynlər bu məsuliyyətin altına girməyə daha hazır olsunlar.

Amma məsələyə daha geniş və sistemli yanaşdıqda aydın olur ki, demoqrafik problemlər təkcə "uşaq pulu” ilə həll edilə bilməz. Ümumiyyətlə, bu, yalnız demoqrafiya ilə bağlı deyil, istənilən sosial problemin kökündə maddi amil dayanır.

Resurs çatışmazlığı bir çox problemlərin əsas səbəbidir. Bu resurs çatışmazlığını aradan qaldırmaq üçün ölkədə iş imkanlarının artırılması, sahibkarlığın inkişafı və insanların öz bizneslərini qura bilməsi üçün şəraitin ideal səviyyədə formalaşdırılması vacibdir. İş və sahibkarlıq imkanları maksimum səviyyədə genişləndirilmədən sosial siyasətdə dayanıqlı və uzunmüddətli nəticələr əldə etmək mümkün deyil”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Fevral 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri