Icma.az
close
up
RU
Azərbaycan region dövlətlərinin siyasi, hərbi və kiber müharibə meydanı deyil və buna icazə verməyəcək

Azərbaycan region dövlətlərinin siyasi, hərbi və kiber müharibə meydanı deyil və buna icazə verməyəcək

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan regionda sabit sülhün olmasında maraqlıdır. Biz 44 günlük müharibədə qazandığımız qələbədən sonra da Ermənistana sülh müqaviləsi imzalanması ilə bağlı müraciət edəndə də əsas hədəfimiz bölgədə sülhün, sabitliyin qorunub saxlanması idi və indi də bu mövqedə qalırıq. Eləcə də bizə hansı münasibətdə olmağından asılı olmayaraq, istər şimal qonşumuzun, istər cənub qonşumuzun bu vaxta qədər Azərbaycana xoş olmayan münasibətləri kontekstində də, ona rəğmən Azərbaycan qonşu dövlətlərlə normal və bərabərhüquqlu əməkdaşlıq, qonşuluq münasibətlərinin qorunub saxlanmasında maraqlıdır. Bu baxımdan biz bütövlükdə regionda sülhə və sabitliyə dəstək veririk, eyni zamanda təhdidləri önləmək üçün də tədbirlər tərəfimizdən görülürdü”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, hətta bir neçə il bundan əvvəl İrana qarşı həyata keçirmək istədikləri əməliyyatı Azərbaycan ərazisindən etmək istəyəndə də Azərbaycan prezidenti buna tam olaraq qarşı olmuşdu və o zaman da Azərbaycan ərazisindən qonşularımıza, digər tərəflərə qarşı hər hansı bir əməliyyatın həyata keçirilməsi və Azərbaycan ərazisində bunun üçün poliqon qurulmasına heç bir halda yol verilməyəcəyini bildirmişdi və biz bu vaxta qədər bu siyasətə sadiqik.

Arzuxan Əlizadə / Foto: amip.az

“Təəssüflər olsun ki, İranın yürütdüyü siyasət ona gətirib çıxarır ki, bölgədə çox ciddi gərginlik yaranır. İsrail-İran münasibətlərinin bu həddə gəlib çatması və getdikcə də münaqişənin alovlanması heç də xoş gələcək vəd etmir. İstənilən halda bundan region ölkələri bu və ya digər formada zərər görmüş olurlar. Təbii ki, bu zərəri önləmək üçün də addımlar atılır, atılmaqdadır. İran prezidenti də Azərbaycan prezidentinə atəşkəs olması ilə bağlı məsələlərdə vasitəçilik etmək və öz mövqeyini ortaya qoymaqla tərəflər arasında münasibətləri normallaşdırmaq üçün bir missiyanı üzərinə götürməyi xahiş edib”-deyə deputat bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, zamanında quru sərhədlərimizin bağlı qalması da əslində dövlət təhlükəsizliyimiz baxımından olduqca doğru addım olub: “Bu gün də İranla sərhəddə yalnız xarici ölkələrin bilavasitə müraciəti əsasında müxtəlif ölkələrin, İranda fəaliyyət göstərən diplomatik missiyanın, nümayəndəliklərin işçiləri və onların ailə üzvləri, eləcə də digər dövlətlərin müxtəlif sahələrdə işləyən şəxsləri Azərbaycan sərhədindən keçməklə öz ölkələrinə getməsi üçün şərait yaradılır”.

Arzuxan Əlizadə bildirib ki, müharibə alovlandıqca bizi daha çox Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyi narahat edir:  “Soydaşlarımıza qarşı çox ciddi təhdidlər olarsa və həyati təhlükələri olarsa, onların da təxliyyə edilməsi ilə bağlı hər hansı addımlar tərəfimizdən atıla bilər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri