Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Azərbaycan regional geopolitik proseslərlə yanaşı həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir DEPUTAT

Azərbaycan regional geopolitik proseslərlə yanaşı həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir DEPUTAT

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan regional geopolitik proseslərlə yanaşı həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir" - DEPUTAT

"Ənənəvi olaraq, bu ilin yanvar ayının 7-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlət Başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Sözsüz ki, ölkə Başçısı müsahibəsidə həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir. Beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda, şübhəsiz ki, bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib, yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qədər mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsində, ölkəmizin dünya siyasi səhnəsində nüfuzunun günü-gündən daha da artmasında Prezident İlham Əliyevin sarsılmaz şəxsiyyəti, Liderliyi mühüm əhəmiyyət kəsb edir".

Bu fikirləri Sonxeber.az-a Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, yerli televiziya kanallarına müsahibəsində ölkə Başçısı bir çox mühüm məsələlərə toxunmuşdur. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, Azərbaycan- Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə bağlı suallarını cavablandırıb. Bunlardan bəzilərini xüsusilə vurğulamalıyıq. Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan-Ermənistan arasında münasibətlərlə bağlı bir çox nüanslara aydınlıq gətirib. O, Minsk qrupunun ləğv edilməsi, Ermənistanın konstitusiyanın dəyişdirilməsi kimi mühüm məsələləri qeyd edərək, bildirib ki, bunlarsız sülh müqaviləsi mümkün deyil. Cənab Prezident bildirib: "Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil." Ermənistan Qərbdəki havadarlarına güvənərək revanşist meyillər nümayiş etdirməklə çox böyük səhv edir. Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olmasına çalışır və bunun üçün irəli sürdüyü şərtlər tamamilə reallığa uyğundur.Ermənistan dünyada və regionumuzda gedən geosiyasi prosesləri düzgün təhlil etməlidir. Sülh müqaviləsi imzalanmadan da Azərbaycan öz siyasətini həyata keçirə və məqsədlərinə nail ola bilər. Ermənistan isə get-gedə siyasi səhnədə təklənir. Onların dostları siyasi arenadan biabırçılıqla silinirlər. Elə götürək Fransanı və onun ermənilərdən daha çox erməni olan prezidenti Emmanuel Makronu. İkinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə davamlı olaraq Azərbayca qarşı ittihamlar və cəfəng iddialar səsləndirmək Fransa siyasi hakimiyyətinin gündəlik fəaliyyətinin bir parçasına çevrilib desək yanılmarıq. Öz ölkələrinin daxili problemlərini həll etmək əvəzinə Qafqazda 10 milyon əhalisi olan Azərbaycana qarşı destruktiv mövqe nümayiş etdrimək görünür daxili problemlərini ört-basdır etməkdə onlara daha çox sərf edir. Bütün bunlara baxmayaraq, Azərbaycan Qafqazda sülh və əmin-amanlıq istəyir, heç bir ölkənin daxili işinə qarışmaq niyətində deyil. Biz istəyirik ki, heç bir ölkə bizə mane olmasın. Cənab Prezidentin dediyi kimi "Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər".
Müsahibədə cənab Prezidentin toxunduğu mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Məlumdur ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr üçtərəfli Bəyanatın icra olunmayan bir bəndidir. Zəngəzur dəhlizində nəzərdə tutulan yolun tikintisi Azərbaycan tərəfindən başa çatdırılıb. Ermənistana da təklif olundu ki, öz üzərlərinə düşən yol tikintisini həyata keçirsin. Azərbaycan paralel olaraq İran ərazisində də belə bir yolun çəkilməsi ilə bağlı işlər aparır. Lakin, Ermənistan Zəngəzur dəhlizinin açılmasından boyun qaçırır. Cənab Prezident İlham Əliyev müsahibədə bu məsələ ilə əlaqədar olaraq konkret mövqe nümayiş etdirib: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun". Zəngəzur dəhlizinin açlması üçün Ermənistan tərəfinin atmalı olduğu addımlar gecikməməlidir.

Ümumən deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ölkənin gələcək inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirməklə yanaşı, ölkəmizə qarşı anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə qarşı açıq mesajları özündə ehtiva edirdi. Dövlət Başçısının söylədiyi fikirlər dövlətin həyata keçirdiyi yüksək səviyyəli siyasi kursun keyfiyyət göstəricilərini Azərbaycan xalqının nəzərinə çatdırdı. Şübhəsiz ki, bütün bunlar vətəndaşın dövlətə inamının daha da güclənməsində və xalq-dövlət birliyinin, həmrəyliyinin möhkəmlənməsində mühüm amillərdən biridir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 10 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri