Icma.az
close
up
RU
Azərbaycan regionda çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən etibarlı tərəfdaş kimi

Azərbaycan regionda çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən etibarlı tərəfdaş kimi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 9-da Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycanın regional təşkilatlar çərçivəsində oynadığı fəal rolu bir daha nümayiş etdirib. Növbəti gün baş tutan məhdud tərkibli iclasda dövlətimizin başçısı çıxış edərək birliyin fəaliyyətində strateji istiqamətləri müəyyən edən mühüm fikirlər səsləndirib,

MDB məkanında qarşılıqlı hörmət,bərabərhüquqlu əməkdaşlıq və humanitar inteqrasiyanın əhəmiyyətinə diqqət çəkib.Müzakirələr zamanı səsləndirilən ümumi fikirlər göstərdi ki, birliyin əsas məqsədi üzv dövlətlər arasında bərabərhüquqlu münasibətlərin qorunması, qarşılıqlı maraqların təmin olunması və humanitar, iqtisadi, siyasi sahələrdə inteqrasiyanın dərinləşdirilməsidir. Bu yanaşma MDB-nin gələcək fəaliyyətində dayanıqlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir.İclas zamanı Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında münasibətlərin müsbət dinamikasına diqqət çəkərək, bu əlaqələrin ardıcıl inkişaf etdiyini qeyd edib. İki ölkə arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlər formalaşıb. Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi, ticari, mədəniyyət, təhsil və enerji kimi sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq sisteminə çevrilib.Azərbaycan ilə Tacikistanı birləşdirən ortaq tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı hörmət ənənələri münasibətlərin təməlini təşkil edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış sənədlər və həyata keçirilən birgə layihələr bu əlaqələrin daha da genişlənməsini təmin edir. İki ölkə arasında qarşılıqlı investisiya təşəbbüsləri, nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsi və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülən işlər MDB çərçivəsində regional inteqrasiyanın möhkəmlənməsinə mühüm töhfə verir.Prezident İlham Əliyev çıxışında MDB dövlət başçılarına Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib. Həmin qərar təkcə Laçının qədim tarixi və zəngin mədəni irsinin tanınması deyil, həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinə verilən beynəlxalq dəyərin təzahürüdür.Bu ilin iyununda Laçında keçirilmiş “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi şəhərin dirçəlişini nümayiş etdirən mühüm tarixi məqam kimi dəyərləndirilib. Mərasim iştirakçıları Laçının tarix boyu formalaşmış mədəni irsi, memarlıq ənənələri və təbiət gözəllikləri ilə tanış olublar. Eyni zamanda, onlar 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində müasir infrastruktur, ekoloji standartlara uyğun planlaşdırma və sosial obyektlərlə bərpa olunmasının şahidi olublar.Laçının belə qısa müddətdə müasir şəhərə çevrilməsi Azərbaycanın güclü dövlət idarəçiliyi və məqsədyönlü siyasətin nəticəsidir. Həmin şəhərin MDB mədəniyyət paytaxtı elan edilməsi, həmçinin təşkilat çərçivəsində mədəni diplomatiyanın güclənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və ortaq dəyərlərin təbliğinə mühüm töhfə verib. Bu əlamətdar hadisə MDB məkanında mədəni həmrəyliyin, bərabərhüquqlu əməkdaşlığın və inteqrasiya proseslərinin səmərəli nümunəsinə çevrilib.Prezident İlham Əliyev MDB məkanında humanitar əməkdaşlığın əhəmiyyətini vurğulamaqla, sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində keçirilən III MDB Oyunlarının uğurlu təşkilini yüksək qiymətləndirib. Oyunlar Nizami Gəncəvinin doğma şəhəri Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində keçirilib. 13 ölkədən – həm MDB üzvləri, həm də qonaq dövlətlərdən gələn 1600-dən çox idmançı bu yarışlarda iştirak edib.Bu mötəbər idman tədbiri həm yarış meydanlarında qazanılan uğurlarla, həm də xalqlar arasında dostluq və həmrəylik ruhunun təbliği ilə yadda qalıb. Oyunların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi ölkənin idman infrastrukturunun yüksək səviyyəsini və beynəlxalq tədbirləri peşəkar şəkildə təşkil etmək potensialını nümayiş etdirir.Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqləyib ki, Azərbaycan birliyin ən fəal və etibarlı üzvlərindən biridir. Prezident İlham Əliyevin çıxışı birliyin gələcək fəaliyyətinə strateji istiqamət verən, MDB məkanında əməkdaşlıq, sabitlik və mədəni inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş prinsipial mövqenin ifadəsi olub.

Heydər Əsədov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri