Icma.az
close
up
RU
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi münasibətlər dimanik inkişaf mərhələsindədir

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi münasibətlər dimanik inkişaf mərhələsindədir

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə xüsusi olaraq vurğulamışdır ki, dövlətlərimiz arasında yüksək səviyyəli tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. Bu münasibətlərin əsasını çoxsaylı hüquqi sənədlər təşkil edir və onların sırasında Moskva şəhərində 2022-ci il fevralın 22-də imzalanan  Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə xüsusi yeri tutur. Bəyannamənin imzalanması 30 ildən artıq bir müddətdə iki dövlətin birlikdə keçdiyi və səmərəli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən böyük inkişaf yolunun əyani nümayişidir.

Qarşılıqlı fəaliyyətin əhəmiyyətli istiqamətləri sırasında iqtisadi əlaqələri xüsusi olaraq qeyd etmək lazımdır. Məsələn, 2017-ci illə müqayisədə 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard ABŞ dollarina çatmışdır. Bu ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon ABŞ dolları səviyyəsində olub. 

İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə 17 faiz artaraq 4.5 milyard ABŞ dolları səviyyəsinə yüksəlib və 2024-cü ildə daha böyük nəticə gözlənilir. Hazırda Azərbaycanda 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir və Rusiya Federasiyası tərəfindən ölkəmizin iqtisadiyyatına 6,2 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırılıb. Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın "KamAZ" zavodu ilə əməkdaşlığı, "Azərmaş" və "QAZ" şirkətləri arasında birgə layihələrin reallaşdırılması səmərəli əməkdaşlığın mühüm nümunələridir.

Diqqəti cəlb edən digər əməkdaşlıq sahəsi loqistik layihələr, və xüsusilə  "Şimal-Cənub" dəhlizi ilə bağlıdır və bu istiqamətin inkişafı ilə əlaqədar əhəmiyyətli addımlar atılıb.  Prezident İlham Əliyev qeyd etmişdir ki, "Azərbaycan ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər".
İki dövlət arasında səmərəli iqtisadi əməkdaşlığın həyata keçirilməsi əyani formada sübut edir ki, qarşılıqlı fayda və maraqlar çərçivəsində əlaqələrin reallaşdırılması bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına hesablanan əhəmiyyətli fəaliyyətdir. 
Nizami Səfərov,
Milli Məclisin deputatı
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri