Icma.az
close
up
RU
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində islahatlar: Cəmiyyətin Adil Kərimova dəstəyi niyə vacibdir? II MƏQALƏ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində islahatlar: Cəmiyyətin Adil Kərimova dəstəyi niyə vacibdir? II MƏQALƏ

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birinci məqalədə vurğuladığım kimi, mədəniyyət sahəsi hər bir dövlətin yumşaq güc sistemində strateji sütundur. Xüsusilə də Qarabağ Zəfərindən sonra Azərbaycan üçün mədəniyyət sektoru milli kimliyin yenidən konstruksiyası, cəmiyyətin ideoloji tərbiyəsi, diplomatiyamızın mədəni alətlərlə genişlənməsi kimi funksiyalar daşıyan həlledici bir instituta çevrilib.
Bu səbəbdən Mədəniyyət Nazirliyində aparılan və aparılması zəruri olan islahatlar milli maraqların qorunması platformasıdır.
Bəli, Azərbaycan ictimai rəyində Mədəniyyət Nazirliyi uzun müddət korrupsiya, qeyri-şəffaflıq, büdcə pozuntuları, sui-istifadə və idarəetmədə xaotikliklə assosiasiya olunub. Onlarla vəzifəli şəxs barəsində cinayət işləri açılıb və bütün bunlar cəmiyyətlə nazirlik arasında güvən böhranı yaradıb. Sabiq nazirlərin dövründə yaranan bu böhranın aradan qaldırılması Mədəniyyət naziri Adil Kərimov üçün əsas prioritetlərdəndir.
Bu barədə nazir özü də dəfələrlə mediaya açıqlama verib və bildirib ki, mədəniyyət sahəsində instutisional islahatların aparılmasına çox ciddi ehtiyac var.
Onun sözlərinə görə, həqiqəti səmimi olaraq bölüşmək, demək lazımdır:
"Bu sahəyə hər zaman diqqət və qayğı olub. Amma ola bilsin ki, bunun düzgün tətbiqi istiqamətində idarəetmə yetərsizliyi olub. Digər problemlərdən biri də cəmiyyət tərəfindən dəstəyin alınmamasıdır. Bu sahəyə sovet ideoloji əsaslarında olduğu kimi, sinfi yanaşma mövcud olub, bu gün də var.
Bu yanaşmada iki ciddi nüans var.
Birincisi budur ki, mədəniyyət sovet dövründə olduğu kimi qapalı çevrədə qalmamalı, cəmiyyətin yaradıcı enerjisindən bəslənməlidir.
İkincisi, mədəniyyət siyasəti yalnız büdcə ilə deyil, ictimai legitimliklə işləməlidir.
Xarici ölkələrin təcrübəsi göstərir ki, mədəniyyətin institusional olaraq güclənməsi üçün üç şərt mütləq təmin edilməlidir.
• cəmiyyətlə açıq dialoq,
• şəffaf idarəetmə,
• bütün sahələr üzrə “inklüziv iştirakçılıq modeli”.
Bu baxımdan Adil Kərimlinin yanaşması həm mütərəqqidir, həm də ümidvericidir.
Bütün obyektiv müşahidəçilər, o cümlədən bəndəniz dəfələrlə vurğulayıb ki, Adil Kərimlinin təyinatından sonra qurumun idarəçiliyində xeyli müsbət dinamika yaranıb. O, daha rasional bürokratik model qurmağa, mədəniyyət təsisatları üzərində çevik nəzarət qurmağa və sektorun institusional boşluqlarını doldurmağa çalışır.
Nəticədə:
- Muzeylərdə və mədəniyyət müəssisələrində audit və inventarizasiya aparılır;
- Regional mədəniyyət idarələri yenidən qurulur;
- Kadr siyasətində yenilənmə tendensiyası mövcuddur.
Uzun illər, onilliklər boyu “qapalı kasta”ya çevrilmiş bir qurumda bütün bu işləri görmək, əlbəttə, zaman və iradə tələb edir. Lakin zaman həm də bizi tələsdirir və “Zəfər mədəniyyəti ideologiyası” yaratmağa səsləyir. Üstəlik, hər birimiz onu da yaxşı anlayırıq ki, yenilənmiş mədəniyyət modeli olmadan “qalib xalq ideologiyası” tamamlanmayacaq. Fəqət bu ideologiya yalnız bürokratik mexanizmlərlə formalaşa bilməz. Cəmiyyətin fəallığı və icitmai iştirakçılıq bu məqamda xüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət sahəsi iqtisadi dəyər yaradan böyük bir ekosistemdir: turizm, yaradıcı sənayelər, festivallar, tədbirlər, texnoloji kreativ məkanlar və s. Bu sahənin institusional olaraq sağlamlaşması ölkədə yeni iş yerləri, yeni biznes modelləri və yeniləşmiş urban mədəniyyəti formalaşdırır. Cəmiyyətin dəstəyi həm də sosial-iqtisadi dividentlərin dəstəklənməsi deməkdir.
Bu mədəni ekosistemin qurulması üçün cəmiyyətin dəstəyi emosional deyil, funksional olmalıdır. Yəni sırf şərh yazmaqla, sosial şəbəkədə müzakirə aparmaqla deyil, real institutlar və mexanizmlər üzərindən Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi ictimai intellektualları yanında görməldir.
Sadə vətəndaş isə muzeyə getməklə, tamaşaları izləməklə, konsertlərə bilet almaqla, yerli yazıçıları oxumaqla prosesə qatıla bilər.
Odur ki, mənim baxışım əslində Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə üst-üstə düşür: problemləri müzakirə edək, ancaq islahatların məğzini və vacibliyini şübhə altına almayaq!
İslahatlar hər zaman müəyyən qrupların etirazına səbəb olur. Statusları zədələnmiş, gəlirləri əldən çıxmış, korrupsiya mexanizmləri çökmüş insanlar sağda-solda deyinərək yeni çağırışların gerçəkləşməsinə mane olmağa çalışırlar. Sosial şəbəkələr bu yöndə laqqırtıları rasional ictimai rəydən önə çıxarmaq potensialına sahibdir. Yadınızdadırsa, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi saxta əlillərlə mücadiləyə başlayanda məsələ tam fərqli müstəviyə çəkildi.
İndi Mədəniyyət Nazirliyi də öz sistemini saflaşdıranda və yenidən quranda məkrli anti-təbliğata tuş gəlməsi qaçılmazdır.
Odur ki, bu məsələdə intellektual media resursları Mədəniyyət Nazirliyinə daha geniş informasiya dəstəyi verməlidir.
Biz öz fiziki və hüquqi şəxsimizdə buna hazırıq.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri