Icma.az
close
up
RU
Azərbaycan Respublikası Prezidentinin 2012ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2012ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21, № 4, maddə 393, № 6 (I kitab), maddə 667) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndə “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin.

2. 3-cü hissə üzrə:

2.1. 3.1-ci bəndin birinci abzasına “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin;

2.2. 3.1.7-ci yarımbənddə “hesabatlar” sözü “məlumatlar” sözü ilə əvəz edilsin.

3. 4.1-ci bəndin birinci abzasına və 4.2.1-ci yarımbəndə “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin.

4. 5-ci hissə üzrə:

4.1. adı, 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi

5.1. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi məqsədilə bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları), həmçinin bu Qaydanın 5.2-ci bəndində göstərilmiş meyarlarda nəzərdə tutulan digər dövlət orqanları (qurumları) fəaliyyət istiqamətləri üzrə həmin meyarlara uyğun olaraq, cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatları (göstəricilər əvvəlki illə müqayisəli şəkildə olmaqla) növbəti il yanvarın 15-dək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər.

5.2. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.”;

4.2. 5.3-cü bənddə “hesabatları” sözü “məlumatları” sözü ilə əvəz edilsin.

5. 6-cı hissə üzrə:

5.1. 6.1.1-ci, 6.1.5-ci və 6.1.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“6.1.1. sosial xidmət müəssisələrində;”;

“6.1.5. tibb müəssisələrində;”;

“6.1.7. digər dövlət və qeyri-dövlət uşaq müəssisələrində.”;

5.2. 6.5-ci bəndin ikinci cümləsinə “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 6.6-1-ci bənd əlavə edilsin:

“6.6-1. Monitorinqlər keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər nəzərə alınır.”;

5.4. 6.8.1-ci yarımbəndə “orqanlarına” sözündən sonra “(qurumlarına)” sözü əlavə edilsin.

6. 7.1–7.3-cü bəndlərə ismin müvafiq hallarında “orqanları” sözündən sonra ismin müvafiq hallarında “(qurumları)” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2024-cü il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri