Icma.az
close
up
RU
Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə minnətdarlıq məktubu ünvanlayıb

Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə minnətdarlıq məktubu ünvanlayıb

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Xəbər verdiyimiz kimi, aprel ayının 17-də İmişli Rayon Ağsaqqallar Şurası xristianların “Pasxa” bayramı münasibətilə rayon mərkəzində yerləşən “Kral” sarayında tədbir keçirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü və İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbirdə  digər qonaqlarla yanaşı, İmişli rayonu Rus İcmasının çoxsaylı üzvləri iştirak ediblər. Bayram süfrəsi arxasında,  musiqi sədaları altında yüksək səviyyədə keçən və maraqlı çıxışlarla yadda qalan görüşün sonunda Rus İcmasının üzvlərinə Rayon Ağsaqqallar Şurasının bayram sovqatları  hədiyyə edilib. Gəstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyinə Minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:

“İmişli rayonunda 17 aprel tarixində  Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə İmişli Rayon Ağsaqqallar Şurasının sədri  Saleh Səmədovun dəstəyi və Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının, İmişli rayonu Rus İcmasının birgə təşkilatçılığı ilə xristianların Pasxa bayramına həsr olunmuş tədbir keçirilmişdir.

Bu tədbirdə bütün ömrünü Azərbaycanın torpağında yaşamış və bu yurdu haqlı olaraq öz Vətəni hesab edən azsaylı pravoslav xristianların, əsasən, yaşlı insanların, dul və tənha vətəndaşların sevinc dolu simalarını görmək çox qürurverici idi.

Tədbir zamanı iştirakçılara ərzaq sovqatları təqdim olundu. Biz bu münasibətlə  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyən belə ləyaqətli Azərbaycan oğullarına dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildiririk.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri, Mərkəzi Kooperativlər İttifaqının – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev, eləcə də uzun illərdən bəri dostumuz və həmkarımız olan Saleh Səmədov kimi şəxslər ürəklərinin səsini dinləyərək  ideallarına uyğun şəkildə aztəminatlı ailələrə, təqaüdçülərə, veteranlara və ehtiyacı olanlara daim yardım edir və dəstək olurlar.

Biz Eldar Quliyev və Saleh Səmədov kimi insanlardan qürur və ehtiramla bəhs edirik. Onlar sözlə deyil, əməlləri ilə doğma Azərbaycan torpağında yaşayan hər bir insana necə dəstək olmağı nümayiş etdirirlər.

Sizə bundan sonra da ictimai fəaliyyətinizdə və işlərinizdə davamlı uğurlar arzulayırıq!

Hörmətlə,

Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri