Icma.az
close
up
RU
Azərbaycan Rusiyanın şərtini qəbul etməyib

Azərbaycan Rusiyanın şərtini qəbul etməyib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Rusiya faktiki olaraq şərt irəli sürür. Ancaq aydın görünür ki, Azərbaycan bu şərti qəbul etməyib.

Bu, nədən görünür?

Sualın cavabı Mariya Zaxarovanın elə öz açıqlamasında "gizlənib": "Bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”.

Deməli, bu mövzunun müzakirəsindən iki həftəyə qədər vaxt keçib, Azərbaycan həbs edilmiş Rusiyalıları azadlığa buraxmayıb. Bundan əlavə Azərbaycanda həbsdə olan Rusiyalılarla Rusiya konsulunun sayca dördüncü görüşü üçün "müraciət göndərilib, lakin hələ buna razılıq verilməyib”.

Azərbaycan Rusiyanın bu tələbini yerinə yetirməyibsə, deməli, avqustun 22-də Həştərxanda təkcə Azərbaycanda həbs edilmiş Rusiyalılarla bağlı məsələ müzakirə edilməyib, həm də Rusiyada həbs edilmiş Azərbaycanlılarla bağlı məsələ də müzakirə mövzusu olub, ancaq Mariya Zaxarova bu haqda heç nə deməyib, məsələnin üzərindən sükutla keçib. Halbuki Həştərxanda təkcə Rusiyada həbs olunmuş Azərbaycanlılarla bağlı deyil, Rusiyada iki soydaşımızın işgəncələrlə qətlə yetirilməsi, təqsirkarların cəzasız qalması da Rusiya hökumət komissiyasının - rəsmi Moskvanın diqqətinə çatdırılıb. Bu da hələ hamısı deyil; Azərbaycan 2024-cü il dekabrın 24-də Rusiya ərazisində vurulmuş sərnişin təyyarəsi ilə bağlı məsələni də qaldırıb. Rəsmi Bakının tələbləri Rusiya rəhbərliyinə bir daha çatdırılıb. Bu, prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına müsahibəsindən də görünür. Avqustun 22-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Həştərxanda Rusiyalı həmkarı Aleksey Overçukla bu müzakirələri aparıb. Yekaterinburq hadisələri və həbslərlə, qətlə yetirilmiş iki Azərbaycanlı qardaşla bağlı Rusiya hökumətinin rəsmisi Şahin Mustafayevə deyib ki, guya həmin şəxslər cinayət törətməkdə şübhəli bilindiyi üçün hüquq-mühafizə orqanları əməliyyat keçirib. Həştərxandan qayıdandan sonra Şahin Mustafayev prezidentə səfərin yükunları, danışıqların nəticələri ilə bağlı məruzə edib. Ona görə də prezident avqustun 26-da - hökumət komissiyalarınln görüşündən 3 gün sonra özünün son müsahibəsində bu məsələyə belə şərh verib: "Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir?"

Bu şərhdən də görünür ki, Azərbaycan Rusiyanın bu məsələyə dair rəsmi mövqeyindən narazıdır, haqlı olaraq qane olmayıb. Buna görə prezidentin Rusiyaya qarşı Azərbaycanın haqlı tələblərində israr etdiyinə şübhə yeri qalmır. Eləcə də, Mariya Zaxarovanın açıqlamasından sonra bəlli olur ki, Azərbaycanda həbsdə olan Rusiyalıların azadlığa buraxılması ilə bağlı irəli sürdüyü "şərt" də rədd edilib. Zaxarova deyib ki, münasibətlərin normallaşması üçün həmin şəxslərin buraxılması "vacib addım ola bilər".

Azərbaycan, əlbəttə, bu şərti qəbul etməz. Rusiya bir yandan ikitərəfli münasibətləri normallaşdırmaqdan danışır, o biri tərəfdən də şərt qoymağa çalışır. Şərt qoymaq münasibətləri daha da gərginləşdirir, nəinki normallaşdırır. Bu, məsələnin bir tərəfidir.

İkincisi, Azərbaycanda Rusiyalıların həbsi səbəb deyil, nəticədir. Əsas səbəb Rusiyanın Azərbaycan mülki təyyarəsini vurması və bunun məsuliyyətindən yayınmaq istəməsidir. Üstəlik bu da azmış kimi, Rusiya hüquq-mühafizə orqanlarına ölkədə Azərbaycanlı "ovuna çıxmaq" əmrinin verilməsidir. Prezident İlham Əliyev bunu heç də təsadüfən "Rusiyada Azərbaycanlılara qarşı səbəbsiz hücumlar" adlandırmayıb.

Rusiyanın Azərbaycanlılara qarşı həmin o səbəbsiz hücumları rəsmi Bakını AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı Moskvaya qarşı mövqeyini yumşaldıb, tələblərini geri çəkməyə sövq etmək məqsədi daşıyır. Prezident buna işarə edir və sözügedən müsahibədə Azərbaycanın öz tələblərində israr etdiyini bir daha vurğulayır və prinsipial mövqe sərgiləyir. Prezident Əliyevin 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi, müsəlman Şərqində ilk demokratik respublikanı dağıtdığını deməsi də təkcə Naxçıvanın coğrafi anlamda Azərbaycanın əsas ərazisindən ayrı düşməsi faktının tarixi izahı üçün deyildi. Prezident Azərbaycanın müstəqil dövlətçiliyinə bugünkü Rusiya təhdidini də dünyanın diqqətinə çatdırırdı. Deməli, rəsmi Bakı Rusiya qarşısında indiki duruşunu dəyişmək niyyətində deyil. Hər halda biz belə bir dəyişikliyin əlamətlərini görmürük. Deməli, dediyimiz kimi, Rusiyanın şərti qəbul edilmir. Azərbaycanın tələbləri qəbul edilənədək...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri