Icma.az
close
up
RU
Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır Deputat

Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır Deputat

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Rusiya Azərbaycana qarşı dost olmayan siyasət yürütməkdə davam edir. Bu siyasət artıq açıq aqressiya müstəvisinə keçib. Əgər əvvəllər Kreml öz mövqeyini yalnız siyasi ritorika, təbliğatçı politoloqlar və radikal çıxışlarla ifadə edirdisə, indi proses hərbi-siyasi səviyyəyə qaldırılıb. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov, antiAzərbaycan mövqeyi ilə seçilən Vladimir Solovyov və digər propaqandistlərin təhdidlərinin davamı kimi Moskva təhlükəli addımlar ataraq, Ukraynada Azərbaycana məxsus enerji obyektlərini hədəfə almağa başlayıb.

Rusiya Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb

Son hadisələr məhz bu təcavüzkar kursun bariz göstəricisi kimi qiymətləndirilən bilər. Ötən gecə SOCAR-a məxsus Odessa vilayətində yerləşən neft bazası növbəti dəfə Rusiya tərəfindən İranın “Şahed” tipli PUA-ları ilə intensiv hücuma məruz qalıb. Birbaşa zərbələrdən sonra güclü yanğın baş verib, 17 yanacaq çəni, nasosxana, operator otaqları və texniki binalar ciddi zərər gördü, ərazinin hasarı dağılıb. Ümumi tutumu 16 min kubmetr olan bu obyektin sıradan çıxarılması Azərbaycanın iqtisadi maraqlarına və enerji təhlükəsizliyinə qarşı yönəlmiş açıq təxribatdır. Xüsusilə qeyd etmək lazımdır ki, bu, Rusiyanın Odessada SOCAR-a məxsus neft bazasına ikinci hücumudur. Avqustun 8-də də Rusiya 10 “Şahed” ilə SOCAR-ın neft bazasına hücum etmiş, nəticədə qismən dağıntılar olmuşdu.

Bundan əvvəl – avqustun 6-da isə Rusiya Odessada Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələr endirilmişdi. Göründüyü kimi, Rusiya son vaxtlar Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb.

Azərbaycan Ermənistanla müharibədə ələ keçirdiyi rus silahlarını güzəştli sərtlərlə Ukraynaya satmalıdır

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Rasim Musabəyovun qənaətinə görə, Azərbaycanın etirazlarına baxmayaraq, SOCAR-ın obyektlərini hədəfə alan Rusiyaya əlavə bəyanat və müraciət ünvanlamadan cavab vermək lazımdır.

Deputat APA-ya açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın etirazlarına baxmayaraq SOCAR-ın obyektlərini mütəmadi olaraq havadan zərbələrə məruz qoyur: “Artıq bununla bağlı onlara əlavə müraciət və ya bəyanat ünvanlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, biz Ukraynaya silah satışına qoyulmuş embarqonu aradan qaldıra bilərik və bu addımı atmaq lazımdır. Rusiyanın dediklərinə fikir vermədən hərəkət etmək lazımdır. Vaxtilə Ermənistanla müharibə dövründə ələ keçirilmiş rus silahlarını Ukraynaya satmaq mümkündür. Naxçıvanda da ordumuz tamamilə Türkiyə silahlarına keçid etdiyi üçün orada kifayət qədər zirehli texnika qalıb. “Qrad” qurğuları, digər texnikalar var ki, onları artıq saxlamağa ehtiyac yoxdur. Bu texnikanı Ukraynaya satış üçün göndərmək olar. Vaxtilə Ukrayna bizə sovet silahlarını satmışdı – həm tankları, həm də MiQ-29 qırıcılarını Azərbaycana vermişdi. Mən indi heç bir qəbahət görmürəm ki, Azərbaycan da öz növbəsində artıq bizə artıq lazım olmayan sovet istehsalı silahları Ukraynaya güzəştli qiymətlərlə satsın. Onsuz da həmin vəsaiti Avropa ölkələri böyük məmnuniyyətlə ödəyirlər. Buna əlavə izahat da lazım deyil – kimə xoşdursa, xoş olsun, xoş deyilsə, fərq etməz”.

Etirazlar nəticə vermirsə, addımlar vacibdir

Rasim Musabəyov hesab edir ki, Rusiya vaxtilə erməniləri silahlandıraraq Azərbaycana qarşı istifadə etməyə çəkinmədiyi kimi, Azərbaycan da söz atışmasına girmədən öz addımları ilə cavab verməlidir.

“Vaxtilə ermənilər bizim torpaqlarımızı işğal etmişdilər. Rusiya isə onlara milyardlarla dollar dəyərində pulsuz silah verir, həmin silahlar da işğal altındakı ərazilərimizdə yerləşdirilərək Azərbaycana qarşı istifadə olunurdu. Rusiya bundan çəkinmirdisə, Azərbaycan da öz addımlarını ataraq, Moskvanı məcbur edəcək ki, bunu həzm eləsin. Amma bir daha vurğulayıram: onlarla hansısa söz atışmasına girməyə ehtiyac yoxdur. Onlar hərəkət edirsə, biz də hərəkətlə cavab verməliyik”, - deyə Rasim Musabəyov fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri