Icma.az
close
up
RU
“Azərbaycan şanlı Zəfərdən ötən 5 il ərzində daha da güclənib ŞƏRH EDİLDİ

“Azərbaycan şanlı Zəfərdən ötən 5 il ərzində daha da güclənib ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Vətən müharibəsində Zəfərin 5-ci ildönümünə həsr olunmuş Hərbi Parad növbəti dəfə Azərbaycanın gücünü göstərdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, paradda Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikaların əlavə edildiyinin də şahidi olduq və bu texnikalar ilk dəfə məhz bu paradda nümayiş olundu. Parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi. Budəfəki paradda qardaş Türkiyə ilə Pakistanın da iştirakı növbəti birlik nümunəsi, həmçinin türk və islam dünyasına həmrəylik mesajı idi.

Qarabağın azadlığı bütün türk və islam dünyasının qürur mənbəyidir. 44 günlük savaşda mənəvi-siyasi dəstəklə Azərbaycanın yanında olan Ankara və İslamabad bu gün də bu dəstəyi davam etdirir. Cənab Prezidentin söylədiyi kimi, “bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin növbəti təzahürüdür”. Azərbaycan isə dost-qardaş dəstəyini hər zaman yüksək qiymətləndirir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başlamasının əsas siyasi və hərbi səbəblərinə diqqət çəkdi. Bəyan etdi ki, uzun müddət davam edən danışıqların nəticə verməməsi müharibəni qaçılmaz edirdi. Bu vəziyyət sona qədər davam edə bilməzdi. Ermənistan isə öz xoşu ilə bizim tarixi torpaqlarımızdan çıxmaq niyyətində deyildi. Düşmənin havadarlarının da niyyəti bəlli idi – Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Heç şübhəsiz, Azərbaycan xalqı və dövləti bu işğalla barışa bilməzdi və barışmadı.

Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə tam hazır idi. Biz həm hərbi, həm siyasi-iqtisadi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən buna hazır idik.

Ali Baş Komandanın da söylədiyi kimi, “biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi".

Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vətənpərvər gənc nəsil, xalq-iqtidar birliyi də qələbəmizi şərtləndirən əsas amillərdən biri idi.

Azərbaycan Silahlı Qüvvələri isə tam döyüş hazırlığı vəziyyətində idi. Dünyanın 50 ən güclü ordusundan biri kimi istənilən tapşırığın öhdəsindən gələ bilərdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” niyyətinə düşən Ermənistan ordusunu darmadağın etmək elə də çətin deyildi. Hər günü qələbə ilə yadda qalan 44 günlük Vətən müharibəsinin gedişi bunu bir daha təsdiqlədi. Beləliklə, Azərbaycan döyüş meydanında qalib gəlməklə bütün dünyada güclü dövlət, müzəffər xalq kimi tanındı və qəbul edildi.

Azərbaycan şanlı Zəfərdən ötən 5 il ərzində daha da güclənib. Müharibənin qalibi olan Azərbaycan həm də sülhün qalibidir. İşğaldan azad olunmuş ərazilərimizin sürətli bərpası, Böyük Qayıdışın təmin olunması Azərbaycanın gücünün göstəricisidir.

Təsadüfi deyil ki, qardaş Türkiyə Azərbaycanın Zəfərini Qafqazda davamlı sülhə gedən yolun məhək daşı kimi qiymətləndirir. Rəcəb Tayyib Ərdoğan regionda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyini bildirdi.

Dost Pakistan isə Azərbaycanın bu qələbəsini “suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi, ümid yeri” hesab edir.

Beləliklə, Azərbaycan Zəfərin 5-ci ildönümündə növbəti yüksək səviyyəli hərbi parad təşkil etməklə hərbi-siyasi, eləcə də iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri