Icma.az
close
up
RU
Azərbaycan səhiyyəsi 33 yaşlı gənci belə "öldürdü" Kardiologiya İnstitutuna İTTİHAM

Azərbaycan səhiyyəsi 33 yaşlı gənci belə "öldürdü" Kardiologiya İnstitutuna İTTİHAM

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Dünən, 08.12.2025-ci il tarixində Akademik C. Abdullayev adına Elmi -Tədqiqat Kardiologiya institutunda gənc xəstənin ölümü faktı qeydə alınıb.


20.02.1991 – ci il təvəllüdlü Vüsal İsayev ürəyində kəskin ağrılarla özünü Kardiologiya institutuna çatdırıb. Ona infarkt və ürək çatışmazlığı diaqnozu qoyulub.

Lakin reanimasiyada ağır xəstə süni tənəffüs apararına qoşulmayıb.

Medicina.az xəbər verir ki, xəstənin yaxını, jurnalist Turan Özan onun həyatını xilas etmək üçün xəstəxana axtarışına çıxsa da, nəticəsiz qalıb. O, xəstənin ölümündə səhiyyə sistemini günahlandırır.

“Bir neçə dəqiqə əvvəl Azərbaycan səhiyyəsi 33 yaşlı gənc oğlanı öldürdü . Bəli, o, qəsdən, etinasızlıqdan öldü.

Azərbaycanın o boyda Kardiologiya institunun reanimasiyasında traxeostomiya edib, süni tənəffüs aparatına qoşmaq üçün şəraitləri yoxdur. Baş həkimə deyirəm şəraitiniz bərbaddırsa transfer edək başqa yerə, üzümə baxır deyir “xəstəxanaları siz razı salın, biz göndərək”.

Turan Ozan saytımıza açıqlamasına görə, əsl həngamə bundan sonra başlayıb. O, xəstəni təxliyə etmək istəsə də buna nail ola bilməyib.

“Yeni klinikaya aparılması üçün müraciət etdik, şəxsən mən baş həkim Barat Yusubova zəng etdim , amma o, telefonuma geri dönüş etmədi. Daha sonra xəstəxananın mətbuat xidmətindən bildirdilər ki, yerimiz yoxdur. Təsəvvür edirsiz, Azərbaycanın bir nömrəli xəstəxanası, nəhəng Yeni klinikanın reanimasiyasında yer yoxdur. Hansı k,i Covid dönəmində , yüzlərlə xəstəni eyni anda qəbul etmək üçün yaradılmışdı. Ölkə rəhbərliyinin qarşısında bir dəfə məsuliyyət götürmüşdülər , birinci dəfə korrupsiya ilə batırdılar, indi də belə...


Daha sonra səhiyyə nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə üz tutduq, onlar da 5-10 min manat depozit istədilər, daha sonra Neftçilər xəstəxanası dedi yerimiz yoxdur . Bu ölkədə səhiyyənin hal hazırda gəldiyi durum budur . O cavan oğlan isə bir neçə dəqiqə əvvəl vəfat etdi . Bütün məsuliyyət və günah Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , TƏBİB , ET Kardiologiya İnstitutu Barat Yusubov - sizdədir .Mən ailəyə nə qədər kömək etməyə çalışsam da, imkanlarımdan və əlaqələrimdən bu dəfə istifadə edə bilmədim . Və buna görə özümü də günahkar hiss edirəm, bəs sizin vicdanınız sızladımı?”.



Məsələ ilə bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinə sorğu göndərmişik.


Aygün Musayeva

MEDİCİNA.AZ


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 09 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri