Icma.az
close
up
RU
Azərbaycan səması necə “beynəlxalq körpü”yə çevrildi?

Azərbaycan səması necə “beynəlxalq körpü”yə çevrildi?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Yaxın Şərqdə baş verən hadisələrin fonunda Azərbaycanın hava məkanının beynəlxalq aviasiya sistemindəki strateji mövqeyi ilə bağlı CANSO (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) tərəfindən geniş analitik məqalə dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, məqalə “Azərbaycanın hava məkanı “geosiyasi turbulentlik” şəraitində necə qlobal dayanıqlığın sütununa çevrildi” adlı başlıqla nəşr edilib.

Qeyd edilib ki, 2025-ci ilin iyununda Yaxın Şərqdə artan geosiyasi qeyri-sabitlik İran, İsrail və onların qonşu ölkələrinə təsir edən bir çox hava məkanını bağlamağa məcbur etməsi beynəlxalq daşıyıcıların marşrut seçimlərinin təcili yenidən qiymətləndirilməsinə səbəb olub.

Azərbaycan isə belə bir şəraitdə minimum fasilələrlə əməliyyatın davamlılığını təmin etdi və Şimala yönəldilmiş yüzlərlə uçuşu qəbul etdi.

Bildirilib ki, iyunun 13-dən 23-dək Azərbaycanın hava məkanı vasitəsilə ümumilikdə 10 838 uçuş qeydə alıb ki, bunun da 8 207-si tranzit uçuşlar olub. Beləliklə, regionda müvəqqəti bağlanmış hava məkanlarından Azərbaycan tranziti ilə gündəlik orta hesabla 110 əlavə uçuş həyata keçirilib.

2024-cü ilin iyun ayında 2023-cü illə müqayisədə Azərbaycan üzərindən tranzit daşıma artıq 20 faiz artıb və 2025-ci ilin iyununda əlavə olaraq 13 faiz artım gözlənilir.

Əlavə edilib ki, 2022-ci ildən Azərbaycanın hava məkanı regional geosiyasi böhranlara cavab olaraq alternativ və səmərəli hava marşrutlarının təmin edilməsində mühüm rol oynayıb.

Bu gün 200-dən çox beynəlxalq aviaşirkət Azərbaycanın hava məkanından müntəzəm istifadə edir. Təkcə 2024-cü ildə bu marşrutlarla təxminən 50 milyon sərnişin uçub.

Son böhranın zirvəsində 25-dən çox aparıcı aviadaşıyıcı, o cümlədən “Türk Hava Yolları”, “Air France”, “British Airways” və “Sinqapur Hava Yolları” Azərbaycan üzərindən uçuşların istiqamətini tamamilə dəyişdirib.

Marşrutun dəyişdirilməsinə baxmayaraq, Azərbaycanın bütün beynəlxalq hava limanları ləngimə və xidmət fasilələri olmadan fəaliyyətini davam etdirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyul 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri