Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Əfqanıstan vətəndaşları 2000-c il təvəllüdlü M. R və 2006-cı il təvəllüdlü S. A Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək İrandan Astara rayonu vasitəsilə Azərbaycana keçiblər. Onlar Astara rayonundan Bakıya oradan Gürcüstana qanunsuz keçmək üçün Balakən rayonuna gediblər. Balakən rayon ərazisindən Gürcüstana keçməyə cəhd edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki Əfqanıstan vətəndaşına Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz pozma) maddəsi ilə ittiham verilib. Balakən rayon Məhkəməsinin hökmü ilə hər iki Əfqanıstan vətəndaşı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Sentyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















