Icma.az
close
up
RU
Azərbaycan ŞƏT: ortaq maraqların cazibədarlığı

Azərbaycan ŞƏT: ortaq maraqların cazibədarlığı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

10–15 il öncə Çinin  “Bir kəmər, bir yol” təşəbbüsünün siyasi təqdimatı kimi qəbul edilən Şanxay Əməkdaşlıq Təşkilatının məqsədi qısaca belə ifadə edilə bilərdi: Ticarət-iqtisadi, nəqliyyat, loqistika və enerji əlaqələrinin gücləndirilməsi yolu ilə Çin və Mərkəzi Asiya regionunda inkişafı təmin etmək.

O zaman iştirakçı ölkələr arasında etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi yolu ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı əsas hədəf götürülmüşdü. Müxtəlif təmayüllü terrorizm, ekstremist və silahlı separatizmlə mübarizə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə tədbirlər isə regional sabitliyin və təhlükəsizliyin təşviqi ilə nəticələnməli idi. 

İştirakçı ölkələr belə təşviqləri milli maraqların qorunması, müstəqil inkişaf yolu ilə formalaşdırdıqları idarəetmə modeli ilə irəliləmək üçün dəstək kimi də nəzərdə tuturdular. 

Daha çox ticarət əlaqələrini özündə ehtiva edən Şanxay Əməkdaşlıq Təşkilatı  regional təhlükəsizlik, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirləri çərçivəsində daha dərin əməkdaşlığı da nəzərdə tuturdu. Sülh və stabilliyin vacib təməlləri kimi bu sahələrdə qarşılıqlı əməkdaşlıq, nəqliyyat və enerji infrastrukturlarının inkişafı iştirakçı ölkələr arasında kiber çağrışlar və rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığı gücləndirirdi.

O ki qaldı Azərbaycana, qeyd etməliyik ki, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyasında mühüm rolu olan ölkə kimi Azərbaycan ŞƏT-in diqqətini təşkilat yarandığı ilk günlərdən cəlb edib. Bu yanaşmanın müqabilində münasibətlərimizin rəsmi statusu olan dialoqun tərəfdaş ölkəsi kimi Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. 

Dialoq formatı Şanxay Əməkdaşlıq Təşkilatının məqsədlərində nəzərdə tutulan istiqamətlər üzrə mövcud qarşılıqlı əlaqələrdən kənarda həm də təşkilatla gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi üçün imkan kimi nəzərdə tutulur. Azərbaycan ŞƏT-in iclasları və forumlarının fəal iştirakçısı olaraq qurumun fəaliyyəti və qərarları ilə bağlı müzakirələrə də qoşulur.

Ölkəmiz siyasi, iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirir, terrorizm və narkotik ticarəti ilə mübarizə kimi birgə təhlükəsizlik təşəbbüslərində iştirak edir. Format, sadəcə, dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi anlamına gəlsə də, əsas məqsəd, əlbəttə, siyasi, iqtisadi və humanitar tərəfdaşlığın inkişafına zəmin yaratmaqdır. Qeyd edək ki, Çin və diğər üzv ölkələr Azərbaycanın ŞƏT-ə müşahidəçi, yaxud üzv ölkə statusunda qoşulmasını arzu edirlər. 

Cənub–Şimal və Qərb–Şərq enerji-nəqliyyat dəhlizi,  strateji regionun nəqliyyat layihələrinin açar  ölkəsi kimi  Azərbaycanın ŞƏT-də müşahidəçi statusunda təmsil olunması da arzuediləndir. Bu status Çinin qitələrarası nüfuzunun artması baxımından  Azərbaycanı həm də  “Bir kəmər–bir yol” layihəsinin strateji bəndi olaraq  cazibədar edir.

Xatırladaq ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusda təmsil olunması və ya tamhüquqlu üzv kimi təmsilçiliyi ölkəmizdən  daha çox Çinin marağındadır. Azərbaycan üçün isə ŞƏT-ə üzv dövlətlər, xüsusilə Mərkəzi Asiya regionu ölkələri yeni bazar perspektivi baxımından maraqlıdır.

Yeganə HACIYEVA

Mətbuat Şurası İdarə Heyətinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri