Icma.az
close
up
RU
Azərbaycan Səudiyyə Ərəbistanı ilə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Səudiyyə Ərəbistanı ilə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq edəcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib. Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin iştirakı ilə keçirilən iclasın yekununda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Anlaşma Memorandumu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Bitki Mühafizəsi haqqında” Beynəlxalq Konvensiyasının (IPPC) fitosanitar qaydalarına uyğun olaraq, ticarət əlaqələrinin inkişafı və ticarət müqavilələrinin həyata keçirilməsi zamanı öz ərazilərinə karantin tətbiq olunan zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, bitki mühafizəsi və karantini sahəsində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Memorandumda birgə əməkdaşlıq çərçivəsində idxal, ixrac, təkrar ixrac və tranzit zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün zəruri fitosanitar tədbirlərin görülməsi, məlumat mübadiləsi, bitki mühafizəsi və karantini sahəsində elmi yenilikləri təşviq etmək və müvafiq təcrübəni öyrənmək məqsədilə mütəxəssislərin qarşılıqlı işçi səfərlərinin təşkil edilməsi, zərərli orqanizmlərin qeydə alınması, lokallaşdırılması və məhv edilməsi ilə bağlı elmi və texniki yardım mübadiləsi, hər iki dövlətin milli qanunvericiliyinə uyğun olaraq, bitki mühafizəsi və karantini sahəsində birgə səy göstərilməsi kimi məsələlər əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri