Azərbaycan şirkəti 118 ci mağazasını istifadəyə verib
Icma.az, Marja.az saytına istinadən bildirir.
Azərbaycanda qida məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış "Azza Gastronom" sayca 118-ci mağazasını istifadəyə verib.
Marja.az Şirkətə istinadən xəbər verir ki, şəbəkənin 118-ci filialı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 552 (Xalqlarda körpünün yanı) ünvanında yerləşir.
"Sizə hər zaman daha yaxın olmaq, ən sevdiyiniz dadları və şirniyyatları bir addımlığınıza gətirmək üçün şəbəkəmizi genişləndiririk. Böyük fəxrlə bildiririk ki, sayca 118-ci mağazamız artıq fəaliyyətdədir. Yolu Babək prospektindən düşən, Xalqlar Dostluğu yaxınlığında yaşayan hər kəsi yeni ünvanımızda gözləyirik. Gəlin, bu şirin anları birlikdə bölüşək", -"Azza Gastronom"in məlumatında bildirilir.
Qeyd edək ki, “AZZA” 15 ildən çoxdur fəaliyyət göstərir. Əksər vətəndaşlar tort, şirniyyat və digər məhsulların seçimində “AZZA”ya etibar edirlər. Artıq “AZZA” adı - yüksək keyfiyyət və xüsusi zövq sözləri ilə sinonim olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 27 Fevral 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















