Icma.az
close
up
RU
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı

Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı

Icma.az, Marja.az saytına istinadən bildirir.

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Marja xəbər verir ki, Azərbaycanın İqtisadiyyat, Çexiyanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çexiyanın Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ticarət, enerji, sənaye, tikinti, maliyyə, nəqliyyat-logistika, İKT və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, tərəfdaşlığın gücləndirilməsində Çexiya ilə İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya effektiv institusional mexanizm rolunu oynayır. Çexiya Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarındandır.

Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, ticarətin şaxələndirilməsi iqtisadi tərəfdaşlığın əsas prioritetlərindəndir. Çexiya ilə sənaye, ticarət, investisiya, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat-logistika və digər istiqamətlər üzrə birgə fəaliyyətin geniş perspektivləri qeyd edilib. Ölkəmizin iqtisadi potensialı, əlverişli işgüzar mühiti, ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek Azərbaycanla Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, keçirilən biznes forum və bu qəbildən olan tədbirlərin işbirliyinin inkişafında önəmini qeyd edib, birgə fəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı və iqtisadi imkanları barədə təqdimatla çıxış edib.

Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay isə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq mexanizmləri və yeni tərəfdaşlıq imkanları barədə danışıb.

Forum çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. AZPROMO ilə “Frýdlantské Strojírny – TR s.r.o.” şirkəti, Çexiya-Moraviya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumları, AZPROMO ilə Çexiyanın Sənaye Konfederasiyası, Sumqayıt Texnologiyalar Parkı ilə “Škoda Transportation” şirkəti, “BCC Group CJSC Azerbaijan” ilə  “WITKOWITZ, A.S., RADIS D.O.O” arasında isə anlaşma memorandumları mübadilə olunub.

Sənədlər sahibkarlığın inkişafına dəstək, biznes fəaliyyətinin genişləndirilməsi, sənaye, infrastruktur və nəqliyyat kimi sahələrdə işbirliyini təşviqini əhatə edir. Mübadilə olunan sənədlər Azərbaycan-Çexiya iqtisadi tərəfdaşlığının möhkəmləndirilməsinə və şaxələndirilməsinə töhfə verəcək.

Tədbir zamanı həmçinin B2B və B2G görüşlər təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://marja.az
archiveBu xəbər 27 Aprel 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri