Icma.az
close
up
RU
Azərbaycan Slovakiya: fəal siyasi dialoqdan çoxşaxəli işbirliyinə

Azərbaycan Slovakiya: fəal siyasi dialoqdan çoxşaxəli işbirliyinə

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 8 dekabr tarixində Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını nümayiş etdirir. Bəyanatda, həmçinin əməkdaşlığın enerji, müdafiə sənayesi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində yeni perspektivlər yaratdığı qeyd olunur.

Slovakiya və Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır və iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri yüksək səviyyəyə çatdırmışdır. Bu sənədin imzalanmasından sonra hər iki tərəfin müştərək işçi qrupları bütün sahələrdə aktiv şəkildə fəaliyyət göstərmiş, siyasi-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da dərinləşmişdir.
Energetika sahəsi bu əməkdaşlığın ənənəvi və eyni zamanda strateji istiqaməti olaraq xüsusi əhəmiyyət kəsb edir və ilk dəfə ötən il Azərbaycan qazının Slovakiyaya çatdırılması həmin sahədə yeni mərhələnin başlanğıcını göstərmişdir. Hazırda Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatmış, ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir və bunun yarısı Avropa ölkələrinə yönəldilir, bu isə regionda dövlətimizin lider mövqeyini təsdiqləyir. Yeni qaz yataqlarının işlənməsi nəticəsində Slovakiya və onun qonşuları üçün Azərbaycan qazının daha böyük həcmdə təminatı mümkün olacaqdır.
Dövlətimizin başçısı mətbuata bəyanatında müdafiə sənayesi sahəsində imkanları da qeyd etmişdir. Bu sahədə əməkdaşlığın əsas məqsədi sənayenin və texnologiyanın inkişaf etdirilməsidir. Həmin yanaşma yalnız texnoloji inkişafı dəstəkləmir, həm də regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azadlıq müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri dəvət olunmuş, bu jest iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın mühüm göstəricisi kimi dəyərləndirilmişdir. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük: “Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.
Slovakiyanın güclü potensialı bu dost dövlətin regional nüfuzunu artırır və Azərbaycan tərəfindən hörmətlə qarşılanır. Azərbaycan isə Şərqlə Qərb arasında körpü rolunu oynayır və Orta Dəhliz layihəsində fəal iştirak edərək, Avropa və Orta Asiyanı birləşdirən ən etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının inkişafına töhfə verir. Bu baxımdan, iki ölkə arasında nəqliyyat sahəsində perspektivlər xüsusi əhəmiyyət daşıyır və gələcək illərdə bu sahəyə əlavə vəsait ayrılması logistika imkanlarını daha da genişləndirərək Azərbaycan-Slovakiya münasibətlərini strateji kontekstdə möhkəmləndirəcəkdir.
Energetika və rəqəmsal infrastruktur sahəsində də əməkdaşlıq perspektivləri genişdir. Dövlətimizin böyük enerji potensialı süni intellekt və data mərkəzləri üçün əsas üstünlük təşkil edir. Hazırda istifadə olunmayan 2 giqavat enerji potensialı növbəti beş il ərzində 8 giqavata çatdırılacaq, bu isə beynəlxalq data mərkəzləri üçün əlverişli mühit yaradır. Soyuq iqlim şəraiti və geniş enerji imkanları Azərbaycanın bu sahədə regional və qlobal tərəfdaşlar üçün cəlbedici potensialını ortaya qoyur. Slovakiya şirkətləri ilə bu istiqamətdə həyata keçiriləcək layihələr iki ölkə arasında texnoloji əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Dövlətlərarası hüquqi və institusional baza münasibətlərin davamlı inkişafını təmin edir. Slovakiyanın Bakıda səfirliyi 1 oktyabr 2019-cu ildə fəaliyyətə başlamış, Azərbaycanın həmin ölkədə səfirliyi isə 14 iyul 2023-cü ildə təsis olunmuşdur. İkitərəfli hüquqi bazaya 13 sənəd daxildir və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupu bu münasibətlərin inkişafında mühüm rol oynayır.
Beləliklə, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsini təsdiqləyir və gələcək perspektivləri müəyyən edir. Energetika, müdafiə sənayesi, sənaye istehsalı, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində həyata keçirilən təşəbbüslər iki ölkəni daha yaxınlaşdırır, Hər iki ölkənin müstəqil xarici siyasəti və sənaye potensialı bu tərəfdaşlığa mühüm töhfə verir və regionun enerji və nəqliyyat xəritəsində strateji mövqeyi gücləndirir. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də iqtisadi və texnoloji inkişafın genişlənməsinə xidmət edir, gələcəkdə yeni layihələrin və təşəbbüslərin reallaşmasına geniş imkanlar yaradır.

Asif Əsgərov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri