Icma.az
close
up
RU
Sloveniya ilə birgə biznes forumu

Sloveniya ilə birgə biznes forumu

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Azərbaycanın İqtisadiyyat və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan – Sloveniya biznes forumunda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, İKT, tekstil, turizm, tikinti və maşınqayırma kimi sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndəsi iştirak edib.

Mərasimdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov forum zamanı həyata keçiriləcək qarşılıqlı faydalı müzakirələrin əməli addımlar və konkret layihələrlə müşayiət olunacağına, nəticə etibarilə Azərbaycan – Sloveniya tərəfdaşlığının güclənərək daha dayanıqlı və çoxşaxəli xarakter almasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan və Sloveniya arasında son zamanlar dinamik xarakter alan yüksək səviyyəli səfərlərin, artan siyasi dialoqun, genişlənən iqtisadi əməkdaşlığın, habelə ilk dəfə təşkil olunmuş Birgə İşçi Qrupunun iclasının və biznes forumun hər iki tərəfin qarşılıqlı marağının, eləcə də bir çox sahələr üzrə əməkdaşlıq niyyətinin aydın təzahürü olduğu vurğulanıb. Çıxış zamanı sloveniyalı biznes tərəfdaşları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma fəaliyyətlərində fəal iştirak etməyə, xüsusilə də həmin regionlarda investisiya layihələrini nəzərdən keçirməyə dəvət olunub.

Sloveniyanın xarici işlər və Avropa işləri naziri xanım Tanya Fayon ölkəsinin Azərbaycanla özəl sektor sahəsində qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Biznes forumda Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye iqtisadi tərəfdaşlığın genişlənməsi, işgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti, qarşılıqlı ticarət və sərmayə yatırımı imkanları barədə danışıb, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı və “SPIRIT Slovenia”nın nümayəndəsi Tanya Drobniç isə Azərbaycan və Sloveniyanın biznes və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.

Forum zamanı Azərbaycanın “Bestcomp Group” və Sloveniyanın “Kontron” şirkətləri arasında ticarət sazişi imzalanıb, B2B və B2G görüşlər təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri