Icma.az
close
up
RU
Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı sənədlərin imzalanmasından bir il ötür. Bu müddət ərzində iki ölkə arasında münasibətlərdə müsbət dinamika qorunub saxlanılıb. Bakı isə əsas diqqəti real əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmiş praktiki addımlara verir.
Bu barədə Milli Məclisin deputatı Nigar Arpadarai 1news.az-a açıqlamasında ötən ilin nəticələrini və Azərbaycan–Ermənistan–ABŞ üçbucağında münasibətlərin dinamikasını qiymətləndirərkən bildirib.
 

Onun sözlərinə görə, son bir ildə baş verən dəyişiklikləri qiymətləndirərkən bir il əvvəlki və bugünkü geosiyasi vəziyyəti müqayisə etmək, eyni zamanda Azərbaycan-Ermənistan, Azərbaycan-ABŞ və Ermənistan-ABŞ münasibətlərini ayrı-ayrılıqda nəzərdən keçirmək vacibdir.


“Azərbaycan və Ermənistan münasibətlərindən danışarkən qeyd etmək olar ki, proses bir il əvvəl formalaşmış ssenari üzrə inkişaf edir. Azərbaycan sülh prosesinin irəliləməsinə yönəlmiş addımları ardıcıl və düşünülmüş şəkildə həyata keçirir”, – deyə deputat vurğulayıb.
Nigar Arpadarainin sözlərinə görə, müsbət dinamika qorunur və Azərbaycanın atdığı addımlar əsasən praktiki xarakter daşıyır.
O, buna misal olaraq Azərbaycanın ərazisindən Ermənistan istiqamətində yükdaşımaların təşkilini, logistika və ticarət məsələlərinin həllini, eləcə də Ermənistanın idman nümayəndə heyətlərinin Azərbaycana səfərlərini göstərib.
 

“Bunlar real əməkdaşlıq atmosferinin formalaşdırılmasına yönəlmiş konkret addımlardır”, – deyə deputat bildirib.


Onun fikrincə, Ermənistan tərəfinin addımları isə hələlik daha çox simvolik xarakter daşıyır. Buraya rəsmi şəxslərin barışıq çağırışları, Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinə dair əvvəlki yanaşmaların səhv olduğunu etiraf etməsi, eləcə də parlamentin keçmiş spikeri Alen Simonyanın Qarabağ mövzusunun artıq bağlanmış səhifə olduğunu bildirməsi daxildir.
“İki yanaşma arasındakı fərq açıq görünür: Azərbaycan daha az danışır, daha çox praktiki addımlar atır. Ermənistan isə daha çox bəyanatlar səsləndirir, lakin praktiki nəticələr hələ məhduddur”, – Nigar Arpadarai qeyd edib.
Deputat hesab edir ki, bu vəziyyət qismən obyektiv amillərlə də bağlıdır. Belə ki, Ermənistanın coğrafi, iqtisadi və demoqrafik imkanları, eləcə də manevr imkanları Azərbaycanla müqayisədə daha məhduddur.
Naxçıvanla əlaqə və Ermənistan Konstitusiyası məsələsi
Nigar Arpadarai bildirib ki, Azərbaycanın əsas gözləntilərindən biri dəyişməz olaraq qalır – ölkənin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı nəqliyyat əlaqəsinin təmin edilməsi.
 

Onun sözlərinə görə, bu məsələ davamlı sülhün əsas elementlərindən biridir. Bununla yanaşı, Ermənistan Konstitusiyası ilə bağlı məsələ də həllini gözləyir.


“Ermənistan prinsip etibarilə bu məsələni rədd etmir, lakin onun həlli üçün zəruri addımları atmağa tələsmir. Bu da prosesin ləngiməsinə səbəb olur”, – deyə deputat vurğulayıb.
O xatırladıb ki, bir il əvvəl Ermənistan rəhbərliyi ehtiyatlı mövqeyini qarşıdakı seçkilərlə izah edirdi. Hazırda isə seçkilər artıq başa çatıb və hökumət yeni mandat əldə edib.
Nigar Arpadarainin fikrincə, Ermənistanda daxili siyasi proseslər göstərir ki, Paşinyan hökuməti sülh gündəliyini müəyyən mənada cəmiyyətin tələbi ilə uyğun şəkildə irəlilətməyə çalışır.
“Böyük ehtimalla Ermənistan cəmiyyətinin əksəriyyəti yeni müharibə istəmir. Lakin bu yanaşma bütün siyasi elita üçün xarakterik deyil. Ermənistan diasporunun və siyasi dairələrin müəyyən hissəsi hələ də Azərbaycan-Ermənistan qarşıdurmasından daxili siyasi məqsədlər üçün istifadə edir”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan həqiqətən sülh tərəfdarıdırsa, prosesi sürətləndirməli və tamhüquqlu sülh sazişinin mümkün qədər tez əldə olunmasına çalışmalıdır.
Azərbaycan–ABŞ münasibətlərində müsbət dinamika
Nigar Arpadarai Bakı ilə Vaşinqton arasındakı münasibətlərə də toxunaraq, burada sabit müsbət dinamikanın qorunduğunu bildirib.

“Son iki il ərzində tərəflər ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş addımları ardıcıl şəkildə atıblar”, – deyə o qeyd edib.
 

Deputat diqqətə çatdırıb ki, son aylarda ABŞ administrasiyasının diqqətinin əhəmiyyətli hissəsi Yaxın Şərqə, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələrə yönəlib.


Bu fonda, onun fikrincə, Azərbaycanın balanslaşdırılmış siyasəti xüsusi əhəmiyyət daşıyır.
“Vaşinqtonla konstruktiv münasibətləri inkişaf etdirən Bakı eyni zamanda ABŞ-ın İranla hər hansı geosiyasi qarşıdurmasının nə birbaşa, nə də dolayı şəkildə iştirakçısına çevrilmir. Məhz bu yanaşma Azərbaycanın müstəqil xarici siyasət kursunun göstəricisidir”, – Nigar Arpadarai vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-la əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün mühüm olsa da, ölkənin digər dövlətlər arasında regional qarşıdurmada alətə çevrilməsinin qarşısının alınması da prinsipial əhəmiyyət daşıyır.
 

Deputat hesab edir ki, yaxın perspektivdə ABŞ diplomatiyasının Cənubi Qafqaza marağı yenidən artacaq.


“Vaşinqton zamanla İranla bağlı gündəliyin müəyyən sabitləşməsinə nail olacaq və digər strateji istiqamətlərə daha çox diqqət ayıra biləcək. Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ üçün bir sıra səbəblərdən əhəmiyyətini qoruyur. Bu, həm Rusiya-Ukrayna münaqişəsi ətrafında diplomatik proseslər, həm də İranla bağlı regional təhlükəsizlik məsələləri ilə əlaqədardır”, – deyə o bildirib.
Strateji Xartiya artıq praktiki nəticələr verir
Azərbaycan–ABŞ münasibətlərindən danışan Nigar Arpadarai bir neçə ay əvvəl iki ölkə arasında imzalanmış Strateji Xartiyanın əhəmiyyətini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, sənəd ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün mühüm institusional baza yaradır və yeni layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar açır.
 

“Xartiyanın imzalanmasından cəmi bir neçə ay sonra yüksək səviyyəli ABŞ hökumət və biznes nümayəndə heyətinin Bakıya səfəri baş tutdu. Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında ilk İqtisadi Dialoq keçirildi və böyük iqtisadi sazişlər paketi imzalandı”, – deputat xatırladıb.


O qeyd edib ki, əldə olunan razılaşmalar milyardlarla dollar dəyərində investisiya layihələrini və iqtisadi əməkdaşlıq istiqamətlərini əhatə edir. Bu isə Strateji Xartiyada əks olunan müddəaların artıq praktiki müstəviyə keçdiyini göstərir.
Nigar Arpadarai bildirib ki, sənədin əhəmiyyəti yalnız iqtisadiyyatla məhdudlaşmır.
“Xartiya enerji təhlükəsizliyi, nəqliyyat və logistika, rəqəmsal inkişaf, regional bağlantı, investisiyalar və digər strateji istiqamətlərdə yeni birgə təşəbbüslər üçün geniş imkanlar açır. Buna görə də Xartiyanın əsas nəticəsi yalnız imzalanmış sənədin özü deyil, onun əsasında formalaşan Azərbaycan və ABŞ arasında uzunmüddətli əməkdaşlıq platformasıdır”, – deyə Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Avqust 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri