Icma.az
close
up
RU
Azərbaycan sülh qovşağı layihəsini məqbul hesab etmir POLİTOLOQ

Azərbaycan sülh qovşağı layihəsini məqbul hesab etmir POLİTOLOQ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb


Qonşu dövlətlərlə normal münasibətlərə böyük əhəmiyyət verir və regionda açıq sərhədli və tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışırıq. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda keçirilən Ermənistan-Avropa Birliyi Parlament Tərəfdaşlığı Komitəsinin dördüncü iclasının açılışındakı çıxışında deyib. Simonyan qeyd edib ki, Ermənistan hökuməti regionumuzun nəqliyyat və kommunikasiya marşrutlarını ölkələrin suverenliyi, bərabərliyi, ərazi bütövlüyü və qarşılıqlı münasibətlər prinsipləri əsasında daha səmərəli etmək üçün “Sülh qovşağı” layihəsini irəli sürüb: “Regiondakı ölkələr və güc mərkəzləri ilə təhlükəsizlik, iqtisadiyyat, enerji və digər sektorlar arasındakı fərqə əsaslanaraq balanslaşdırılmış siyasət aparmağa çalışırıq”.

Politoloqlar isə hesab edir ki, Ermənistanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur.


Simonyanın gündəmə gətirdiyi "sülh qovşağı" layihəsini Azərbaycanın məqbul hesab etmədiyini xatırladan politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu layihəni ilk dəfə Ermənistanın baş naziri Nikol Paşinyan tezislər şəklində bəyan etmişdi.  İndi isə Ermənistan parlamentinin spikerinin nəsə maraqlı bir təkliflə çıxış edirmiş kimi bu mövzuya toxunması, regionda açıq sərhədli və tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışdıqlarını bəyan etməsi  Ermənistanın sülh danışıqlarının mahiyyətindən uzaqlaşdıqlarını göstərir: 


“Ermənistan rəhbərliyinə elə gəlir ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Halbuki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri də dəfələrlə qeyd ediblər ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir”.


Politoloq həmçinin bildirib ki, dənizə çıxışı olmayan və məhdud nəqliyyat infrastrukturunu nəzərə alaraq, Ermənistanın bu qədər yüksək tranzit həcmlərinə nail olması ehtimalı azdır: 

“Ermənistan dənizə çıxışın olmaması və infrastrukturun kifayət qədər inkişaf etməməsi kimi ciddi məhdudiyyətlərlə mübarizə aparmağa məcburdur. Qlobal marşrutlar və nəqliyyat dəhlizləri transformasiya olunmağa davam etdikcə, region ölkələri üçün uğurun əsas amili artıq mövcud olan və inkişaf edən logistika sistemlərinə inteqrasiya olunmaq qabiliyyəti olacaq.  Qeyd edim ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb, uzağa getmək lazım deyil, Zəngəzur dəhlizi layihəsinin kontekstində bunun aydın nişanələrini görmək mümkündür. Paşinyanın öhdəliklərdən boyun qaçırması yeni fakt deyil, Zəngəzur dəhlizi ilə bağlı isə manipulyasiya edir. Fikir versək, görərik ki, Paşinyan Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, ümumi fonda regional kommunikasiyaların açıq olmasının vacibliyindən bəhs edir. Bunun özü qeyri-müəyyən mövqedir. Ermənistan bu zamana qədər ən qısa yolun çəkilişini də həll edə bilməyib - uzun illərdir İrandan magistral yol, dəmiryol xətti çəkmək istəyən Ermənistan buna vəsait tapmadı. Bu mənada Simonyanın açıqladığı bu ideyaların  reallaşacağı inandırıcı deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 04:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri