Icma.az
close
up
RU
Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) Əbu-Dabi şəhərində təşkil etdiyi və "Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması"na həsr olunmuş illik iclasda iştirak edir.

XQ bu barədə Fonda istinadən xəbər verir.

Forum idarəetməsində olan məcmu aktivlərin dəyəri 10 trilyon ABŞ dollarından çox olan, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platformadır. Tədbir Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayidin himayəsi altında, Əbu-Dabi İnvestisiya Təşkilatı (ADIA), Mubadala İnvestisiya Şirkəti və digər strateji tərəfdaş qurumların ev sahibliyi ilə keçirilir.

Forumda qlobal iqtisadi və geosiyasi dəyişikliklərin fonunda suveren fondların uzunmüddətli dəyər yaradan investisiya strategiyalarının müzakirəsinə, dayanıqlı kapital qoyuluşu, texnoloji transformasiya və alternativ aktivlərin inkişafı kimi mövzuların müzakirəsinə həsr olunub. Forum həmçinin Santyaqo Prinsiplərinin tətbiqinə dair beynəlxalq standartların yeni çağırışlara uyğun təkmilləşdirilməsi və suveren fondların şəffaflıq, hesabatlılıq və məsuliyyətli idarəetmə prinsiplərinə sadiqliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İllik iclas çərçivəsində keçirilən İcraçı Direktorların Forumunda İ.Məmmədov çıxış edərək suveren sərvət fondlarının uzunmüddətli dayanıqlılığı və inkişaf imkanlarının formalaşdırılmasında rolu, bu fondların qlobal iqtisadi sistemə təsiri, eləcə də rəqəmsallaşmanın suveren fondların investisiya idarəçiliyində tətbiqi perspektivləri barədə fikirlərini bölüşüb. O, müasir texnoloji innovasiyaların, aktivlərin qorunması və artırılması, həmçinin kapital bazarlarında şəffaflığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARDNF-in bu iclasda iştirakı Azərbaycanın beynəlxalq maliyyə icmasında etibarlı və məsuliyyətli institusional investor kimi mövqeyini möhkəmləndirir, həmçinin qlobal suveren fondlar arasında dayanıqlı inkişaf və uzunmüddətli kapital qoyuluşu sahəsində formalaşan dialoqa fəal töhfəsini nümayiş etdirir.

SFBF-nin katibliyi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir, 2009-cu ildən suveren fondlar arasında əməkdaşlığın təşviqi, təcrübə mübadiləsinin gücləndirilməsi və qlobal investisiya idarəçiliyində institusional etimadın artırılması istiqamətində fəaliyyət göstərir. Xatırladaq ki, Forumun 14-cü illik iclası 2022-ci ildə ARDNF-nin həmtəşkilatçılığı ilə Bakıda keçirilmişdir və bu tədbir Azərbaycanın suveren fondların qlobal icmasındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirmişdir. 2024-cü ildə Omanın Maskat şəhərində keçirilən illik iclasda isə İ.Məmmədov sözügedən forumun İdarə Heyəti sədrinin müavini seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri