Icma.az
close
up
RU
ARDNFnin İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyəti sədrinin müavini seçilib

ARDNFnin İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyəti sədrinin müavini seçilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin məcmu vəsaitlərinin həcmi 8 trilyon dollarından çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilat olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən illik 16-cı iclasında iştirak edir.

ARDNF-dən AZƏRTAC-a bildirilib ki, Oman İnvestisiya Təşkilatının ev sahibliyi ilə “Dayanıqlı gələcək axtarışında” mövzusunda tədbir dayanıqlı və davamlı investisiya strategiyalarının müzakirəsi məqsədilə SFBF-nin üzvü olan suveren fondları bir araya gətirib. Yığıncağa 100-dən çox maliyyə və inkişaf institutlarını təmsil edən 200-dən çox nümayəndə qatılıb.

Yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibi müəyyən olunub. SFBF-nin sədr müavini vəzifəsinə keçirilən seçkilərdə ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov səs çoxluğu ilə qalib gəlib. Qeyd olunmalıdır ki, İdarə Heyəti sədrinin müavini vəzifəsi üç ili əhatə edir və həmin müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti üç il ərzində İdarə Heyətinin sədri vəzifəsinin icrası başlayır. İsrafil Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli göstəricisidir.

İsrafil Məmmədov çıxışı zamanı Santiaqo Prinsiplərinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, güclənən proteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır. “Suveren fondlar olaraq biz yalnız gəlir əldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq və çevikliyin təmin olunması üçün çalışmalıyıq”, – deyə o bildirib.

Tədbirdə, həmçinin öz ölkələrinin ən iri suveren fondları olan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”), Abu Dabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası (“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarının təmsilçiləri İdarə heyətinin üzvləri seçilib.

Katibliyi London şəhərində yerləşən SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il oktyabrın 8-9-da Bakı şəhərində keçirib. Könüllü qrup olan SFBF-in əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Xatırladaq ki, ARDNF-nin həmtəşkilatçılığı ilə SFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” mövzusunda 14-cü illik iclası 2022-ci ildə Bakıda keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri