Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Damarları tıxananlar bu qidalardan imtina etsin

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan tarixində medal sayında yeni rekord il ərzində qazanılan mükafatlar İdman və Biz

Azərbaycan tarixində medal sayında yeni rekord il ərzində qazanılan mükafatlar İdman və Biz

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.

Gənclər və İdman Nazirliyindən İdman.biz-ə verilən məlumata görə, bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.

Qazanılan medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürüncdür. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.

Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışlarında iştirakı təmin edilib.

Multi-idman yarışları
Fransanın paytaxtında keçirilmiş Paris-2024 Yay Olimpiya Oyunlarında 48 Azərbaycan idmançısı 15 idman növündə 17 proqram üzrə yarışıb. Azərbaycan 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 204 ölkə arasında 30-cu olmaqla yeni Olimpiya rekordumuza nail olub. Ölkəmiz Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutub.

Azərbaycan Milli Paralimpiya komandası Fransanın paytaxtı Parisdə keçirilmiş XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olunub. Ölkəmiz Paralimpiadada 11 medal (4 qızıl, 2 gümüş və 5 bürünc) qazanıb.

Ölkəmiz Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games” beynəlxalq multi-idman oyunları, Saxa Respublikasının Yakutsk şəhərində "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunları, Bəhreyndə Beynəlxalq Gimnaziada İdman Oyunları, Moskvada I dünya korporativ oyunları, Qazaxıstanda V Dünya Köçəri Oyunları, Macarıstanda tələbələrin Avropa Universitet Oyunları və digər multi-idman yarışlarında uğurla təmsil olunub.

Azərbaycanda beynəlxalq yarışlar
2024-cü il Azərbaycan daha bir nüfuzlu beynəlxalq yarışların məkanı olub. İl ərzində Bakı şəhəri çövkən üzrə dünya çempionatına, “TeamGym” üzrə Avropa çempionatına, atıcılıq üzrə Dünya Kubokuna, bədii gimnastika üzrə Avropa Kubokuna, cüdo üzrə Böyük Dəbilqə turnirinə, güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə, şahmat üzrə "Baku Open 2024" beynəlxalq festivalına, güləş üzrə U-23 Avropa çempionatına, Formula 1 Azərbaycan Qran-Prisinə və digər yarışlara ev sahibliyi edib.

Təkcə paytaxtda deyil, regionlarda, eləcə də işğaldan azad edilmiş şəhərlərdə də beynəlxalq yarışlar təşkil olunub. Xankəndi şəhərində Xankəndi – Bakı ultramarafonu, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı-2024" beynəlxalq şahmat turniri, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə reqatası və digər beynəlxalq yarışlar uğurla təşkil edilib. 2024-cü ilin “İdman Paytaxtı” Qubada “Ulduz cup” beynəlxalq futbol turniri, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku uğurla keçirilib.

Bakıda beynəlxalq tədbirlər
İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun 1-ci rəsmi görüşü də paytaxtımızda təşkil edilib. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası; COP29-la əlaqədar Bakıda “Təmiz suda avar çək!” yürüşü; Beynəlxalq Çövkən Federasiyasının ilk Baş Assambleyası; Beynəlxalq Çövkən Federasiyasının növbədənkənar 2-ci Baş Assambleyası; Çövkən üzrə beynəlxalq seminar; Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı təşkil edilib. Bundan başqa 2026-cı il dünyanın "İdman Paytaxtı"na namizədliklə bağlı Bakı şəhərində təqdimat olub və sevindirici haldır ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının qərarı ilə Bakı şəhəri 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçilib.

Ölkədaxili yarışlar
Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün təsdiq etdiyi “Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin vahid təqvim planı”na əsasən, il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə 305 ölkə miqyaslı, 79 beynəlxalq yarış keçirilib.

Kütləvi yarışlar
Artıq ənənəyə çevrilmiş bir sıra kütləvi yarışlar da geniş əhatə dairəsi ilə fərqlənib. Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında II minifutbol turniri, Bakı kənd və qəsəbələri arasında II minifutbol turniri, “Qürurla irəli” şüarı ilə “IV Qələbə qaçışı”, “Üzgüçülük hamı üçün”, Mingəçevir şəhərində keçirilən “Kürü keçək?!” açıq suda üzmə yarışı və digər kütləvi idman yarışlarını xüsusi qeyd etmək olar.

2024-cü ilin "İdman Paytaxtı" Quba şəhərində il ərzində 75 tədbir təşkil edilib. Tədbirlər 8000-dən çox iştirakçını əhatə edib. Qubada keçirilən lll İdman Festivalında 14 təlim baş tutub. 8 gün davam edən festival 23 idman növü üzrə 100 idmançı (13-15 yaş), 34 məşqçini, eləcə də 1000-dən çox əhalini əhatə edib.

İl ərzində "Sağlam həyat" layihəsi çərçivəsində 15 region üzrə 29 tədbir keçirilib. Tədbirlərə 7000-dən çox iştirakçı qoşulub.

Həmçinin 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Həftəsi”ndə keçirilən 20 tədbir 3993 iştirakçını, həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil edilən 253 tədbir isə 14387 nəfər iştirakçını əhatə edib.

Bundan başqa, dövlət qurumlarının əməkdaşları arasında ümumi 19 idman növündə 29 yarış üzrə 1943 iştirakçı yarışıb. Regionlarda il ərzində ümumi 3196 tədbir, 1768 yarış, 1428 kütləvi tədbir keçirilib.

İdman infrastrukturu
2024-cü il ərzində ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində də bir çox işlər görülüb. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə Qafqazın ən böyük idman mərkəzi - Gəncə İdman Sarayının açılışı oldu. Bundan başqa, Gəncə şəhər stadionunun da təməli qoyulub. İl ərzində bir sıra idman zalları da istifadəyə verilib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Dekabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see179

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see166

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see146

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see144

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see131

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see131

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see130

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see128

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see126

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see125

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri