Icma.az
close
up
RU
Azərbaycan TDT nin geosiyasi mərkəz kimi güclənməsinə töhfə verir

Azərbaycan TDT nin geosiyasi mərkəz kimi güclənməsinə töhfə verir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşündə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdi. Qəbələdə baş tutan toplantı bu dəfə sülh və təhlükəsizlik mövzusu çərçivəsində aparılan effektiv müzakirələrlə yadda qaldı. Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı, praktiki tərəfdaşlığın aktual məsələləri müzakirə edildi. Azərbaycan bu dəfə də yüksək səviyyəli ev sahibi kimi təşkilatın gələcək prioritetləri ilə bağlı öz mövqeyini ortaya qoydu. Dövlət başçımız türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bəyan etdi. Cənab Prezidentin də bəyan etdiyi kimi, ”Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdəki Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.”Rəsmi Bakı türk dünyasının bir parçası kimi TDT-ni sadəcə əməkdaşlıq platforması kimi deyil, həm də geosiyasi mərkəz kimi görür və bu istiqamətdə səylərin birləşdirilməsinin tərəfdarıdır.Təşkilata üzv ölkələr əhəmiyyətli geostrateji mövqe başda olmaqla, müsbət demoqrafiya, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar kimi vacib potensialı düzgün dəyərləndirməklə qarşıda duran hədəfləri reallaşdırmağa nail olur.Azərbaycan Prezidentinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair təklifi bu baxımdan təsadüfi sayılmamalıdır. Belə ki, 30 ilə yaxın işğaldan əziyyət çəkən və beynəlxalq hüququ, ədaləti öz gücü hesabına təmin edən ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu bir daha xatırlatdı. Birgə hərbi təlimlər, hərbi sahədə işbirliyinin möhkəmlənməsi həm də qlobal güclərin böyük maraq göstərdiyi Orta Dəhlizin təhlükəsizliyinin qorunması baxımından vacibdir. Cənab Prezident bu xüsusda Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkdi. TDT üzvləri də bu qənaətdədir ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.Mövcud geosiyasi gərginlik fonunda qlobal aktor kimi TDT-nin nüfuzu güclənməkdədir. Budəfəki müzakirələrdə “Türk Dövlətləri Təşkilatı+” formatının yaradılması ideyası da dəstəkləndi və bu ideya son illər təşkilata xüsusi marağın artması ilə bağlıdır.Qəbələdə TDT-yə üzv ölkələrin dövlət başçılarının səsləndirdiyi mesajlardan aydın oldu ki, bu gün türk coğrafiyasının birliyi zərurətdir və türk dövlətləri bu istiqamətdə imkanları daha sıx birləşdirməyə çalışır.


Nigar Məmmədova
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri