Icma.az
close
up
RU
Moldova xəbər portal: TDT böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır

Moldova xəbər portal: TDT böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kişineu, 8 oktyabr, AZƏRTAC

Moldovanın nüfuzlu “Noi.md” xəbər portal Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü haqqında silsilə məqalələr dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı fikirlərə xüsusi diqqət yetirilib. Dövlətimizin başçısına istinadla qeyd edilib ki, Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Həmçinin, vurğulanıb ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır. Təşkilatın təsis sənədi olan Naxçıvan Sazişi sülh və təhlükəsizliyin əsas məqsəd və vəzifələri sırasında yer alır.

Məqalədə vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının (OTG) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə türk dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi və təkmilləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təşviqi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, regional və qlobal çağırışlara cavab olaraq birgə fəaliyyətin vacibliyi məsələləri ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.

İclasın yekunu üzrə qəbul olunan Qəbələ Bəyannaməsində türk dünyasında həmrəyliyin gücləndiyi, qarşılıqlı etimadın artdığı, suverenlik, müstəqillik və dövlətçilik prinsiplərinə sadiqlik bir daha təsdiqlənib. Sənəddə təşkilatın regional sülhün və çoxtərəfli əməkdaşlığın təşviqi üçün konstruktiv platforma kimi rolu vurğulanıb.

Məqalədə həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın çıxışına da yer ayrılıb. V.Orbana istinadla qeyd edilib ki, sammitdə iştirak edən güclü liderlər birgə layihələr və gələcək üçün strateji planlar ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan Prezidenti İlham Əliyevin əldə etdiyi nailiyyətlər, ölkəsində həyata keçirilən bərpaolunan enerji layihələri, sülh və əməkdaşlığa verdiyi əhəmiyyət göstərir ki, bu regionda uzaqgörən və uğurlu siyasət həyata keçirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri