Icma.az
close
up
RU
Azərbaycan teatrlarına axın başlayıb Səbəb nədir?

Azərbaycan teatrlarına axın başlayıb Səbəb nədir?

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Teatr əsrlər boyu cəmiyyətin mədəni həyatının ayrılmaz hissəsi olub. O, yalnız əyləncə vasitəsi deyil, həm də insanlara düşünmək, hiss etmək və fərqli dünyaları yaşamaq imkanı yaradan bir sənət növüdür. 

Azərbaycanda da teatr sənətinin zəngin tarixi var və klassik tamaşalar hələ də tamaşaçıların marağını cəlb edir. Lakin müasir dövrdə bəzən gənclərin teatra marağının azaldığını görsək də, son illər az da olsa artım müşahidə edirik.

Bəs, hazırda ölkəmizdə teatra maraq varmı?

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı Ölkə.az-a açıqlamasında bildirib ki, son vaxtlarda teatrın tamaşaçılarının say məsələsində nəzərəçarpan artım müşahidə olunur. 

Onun sözlərinə görə, bunu dolu zal, tamaşaçıların münasibəti göstərir:

"Tamaşaya baxdıqdan sonra onlar bizə sosial şəbəkə vasitəsilə təşəkkür məktubları ünvanlayırlar.  Biz hər tamaşanın təzim səhnəsini çəkib sosial şəbəkə hesablarımızda paylaşırıq və onlar şərh yerinə öz rəğbətdolu sözlərini yazırlar. Əlbəttə, bu bizi sevindirir. Medianın və sosial şəbəkələrin rolu burada çox ciddidir. Mən bunu xüsusən qeyd etmək istəyirəm ki, biz artıq sosial şəbəkə hesablarımızdan,  "facebook" və "instagram"dan reklam məsələləri ilə bağlı işlər həyata keçiririk və bu, öz müsbət nəticəsini verməkdədir. Tələbələr bizə maraq göstərir. Daha çox gənclərin say tərkibində payının yüksək olmağı bizi çox sevindirir. Məktəblərdən, universitetlərdən müraciətlər gəlir. Bizim repertuarda olan tamaşalar dərs proqramlarında tədris olunur. 

Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin əsərlərinə tələbat var. Mən düşünürəm ki, əgər biz bütün vasitələrdən istifadə edib tamaşaçılı, teatrlı, medialı düşünə bilən adamların köməkliyi ilə  teatra olan bu marağı yüksəldə bilsək, təbliğatımızı düzgün qura bilsək, bu, gələcəkdə daha çox öz effektini verəcək. Teatr böyük mədəniyyətdir. Böyük mədəniyyətin mütləq mənada təsir gücü hər bir insanın, xüsusən gənclərin təfəkküründə, zehniyyətində, düşüncəsində öz izini qoymalıdır. Belə olsa, məncə, bizim gələcək üçün, cəmiyyətimiz üçün, gənclərimiz üçün, digər problemlərimizin də həllində bu, bizə çox ciddi kömək olacaq".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova da teatra olan marağın artdığını deyir:

"Azərbaycan Dövlət Akademik Musiqili Teatrının  zəngin repertuarı var. Elə buna görə də həmişə müxtəlif yaş kateqoriyalarında və fərqli  zövqləri olan tamaşaçıların maraq dairəsindədir. Tamaşaçı məmnunluğunu  sosial şəbəkə hesablarımıza gələn mesajlardan, paylaşdığımız postların altında yazılan rəylərdən də hiss edirik.

Elə səhnə əsərlərimiz var ki, biletləri satışa çıxarıldığı gün alınıb qurtarır. Bu mənzərə ürəkaçan olsa da, bəzən izləyicilərimiz tərəfindən narazılıqla da qarşılanır. Təbii ki, onlar növbəti ayların repertuar cədvəllərimizi izləməkdə davam edirlər və çalışırlar ki, biletləri tez əldə etsinlər.

Bizim həmişə tamaşaçılarımız olub. Xüsusilə pandemiyadan sonra daha çoxdur. Sanki insanlar asudə vaxtlarını daha səmərəli keçirməyə çalışırlar. Bu da çox sevindirici haldır".

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova da bildirib ki, pandemiyadan sonra insanların teatra marağı artıb:

"Biz azalmanı müşahidə etməmişik. Öz müşahidələrimə əsasən gördüm ki, teatra maraq pandemiya və postpandemiya dövrü ilə müqayisədə dəyişib. Bu gün kifayət qədər vizual əyləncələr çoxdur. Amma bütün bunların fonunda teatra maraq var. Bu təkcə bizdə yox, digər teatrlarda da müşahidə olunur. 

Kukla teatrına da birmənalı hər zaman böyük maraq olub. Bunu plandan kənar tamaşaların say çoxluğundan da görmək olar.  Yaradıcı heyət tamaşaçı tələbinə uyğun olaraq daim repertuarını yeniləməyə, zənginləşdirməyə çalışır. Bizim biletlərimiz əvvəl kassadan satış idi. Bu, üç manat idi. "İticket.az" satış rejiminə keçdikdən sonra bizdə bilet qiymətində dəyişiklik oldu. Hazırda satışımız beş manatdır. Bu elə də yüksək məbləğ deyil, çünki istər tamaşaların hazırlanması üçün, istərsə də rənglər, müəyyən dekorasiya avadanlıqları, rekvizit üçün vacib olan elementlərin bir çoxu xaricdən gəlir. Amma bununla belə teatra maraq itmədi.

Tələbat daha çox milli və dünyada məşhur olan nağıllaradır. Repertuar nə qədər zəngin, nə qədər rəngarəng olarsa, tamaşaçı müxtəlifliyi və say kontingenti də o qədər geniş olar. Biz bu yöndə də çalışırıq ki, hər zaman auditoriyanın marağını özümüzdə saxlaya bilək".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri