Icma.az
close
up
RU
Gizli danışıqlar ortaya çıxdı Rusiyalı oliqarxlarla bağlı SENSASİYA

Gizli danışıqlar ortaya çıxdı Rusiyalı oliqarxlarla bağlı SENSASİYA

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın kürəkəni Cered Kuşner və Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffun görüşü barədə bəzi nəticələr çıxarmaq olar”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri siyasi analitik Aqşin Kərimov qeyd edib.

O bildirib ki, ABŞ-nin dondurulmuş Rusiya aktivlərinin bir hissəsini Ukraynada bərpa və quruculuq əməliyyatları adı ilə Moskvaya qaytarmağa razılıq verdiyi ehtimal olunur:

“Ukraynada atəşkəs və ya postmüharibə dövründə milyarderlərin fəaliyyət və nüfuz bölgüsü Rusiya-ABŞ razılaşması ilə müəyyən edilir. Kuşnerin danışıqlarda iştirakı da prosesin arxa planını daha aydın təsəvvür etməyə imkan verir. Kuşner həm də ABŞ-ın 28 maddəlik sülh layihəsinin həmmüəlliflərindən biridir.

“The Insider” yazır ki, Rusiyanın 100 milyard dollarlıq dondurulmuş aktivləri itirilməyəcək və Putinin milyarder yaxınlarını zənginləşdirmək üçün gələcək biznes imkanlarına yönləndiriləcək. Beləliklə, rusiyalı və amerikalı oliqarxlar Ukraynada investor kimi öz gəlirlərini əldə etmək şansı qazanmağı prioritetləşdirirlər. Putinə yaxın olan oliqarx dairələrin ABŞ biznes elitası ilə mədən müqavilələrinə dair gizli danışıqlar aparması da bu fikri gücləndirir.

“Wall Street Journal” mənbələri və Avropa kəşfiyyat rəsmilərinin məlumatına görə, danışıqlarda nadir torpaq mineralları, qaz hasilatı və hətta “Şimal axını” boru kəmərinin bərpasına toxunulub. Mənbələr bildirirlər ki, oliqarxlar ABŞ şirkətlərinə Oxot dənizində və potensial olaraq daha dörd regionda qaz hasilatı üçün güzəştlər təklif ediblər. Onlar həmçinin Sibir Arktikasının dərinliklərində yerləşən nəhəng mədən şəhəri olan Norilsk ətrafındakı nikel yataqlarının yaxınlığında və Sibirdə altı işlənməmiş sahədə nadir torpaq metalları hasil etmək imkanlarını işə salırlar”.

A.Kərimov bildirib ki, Donald Trampın kampaniyasının donoru Gentri Beach layihədə pay almaq üçün danışıqlar aparır:

“Rusiya tərəfdən isə oliqarxiyanı Gennadi Timçenko, Yuri Kovalçuk, Arkadi və Boris Rotenberq qardaşları təmsil edir. ABŞ-dan milyarder Todd Boehly, Trampın ianəçisi Stiven Linç Vaşinqtondan biznes əməliyyatlarında iştirak üçün icazə istəyənlər siyahısındadır.

Geoiqtisadi cəhətdən Uitkoffla Putinin danışıqları ABŞ və Rusiya arasındakı  müştərək biznes əməliyyatlarının razılaşdırılması aspektinə yönəlib. Bu ideyanın əsas müəllifi ehtimal ki, Rusiya Birbaşa İnvestisiya Fondunun direktoru Kiril Dmitriyevdir. Rusiyanın və ABŞ-ın əsas hədəf nöqtəsi Çinlə bağlı ola bilər və güman ki, Vaşinqtonla Moskva Pekinin geoiqtisadi portfelinin Ukraynada minimallaşdırılması üzrə də fikir mübadiləsi aparırlar.

Kreml rəhbəri görüşdən öncə, Rusiyanın Avropa ilə müharibəyə hazır olduğunu qeyd etdi. Ardınca Putin-Uitkoff görüşünün xoş atmosferdə keçməsi onu göstərir ki, ABŞ Rusiyanın Avropaya yönələn təzyiq mexanizmlərinə maneə yaratmaq istəmir – yalnız qırmızı xətlərin tapdalanmaması şərtilə. Putinin Avropanı müharibə ilə hədələməsi bu məsələdə ABŞ-Rusiya gizli razılaşması barədə dərin fikirlər yaradır. Beləliklə, Putin əlavə istiqamətlərə motivasiya qazanır. Ancaq ABŞ da müqabilində Rusiyadan jest gözləyir və burada Vaşinqtonun Venesuelaya hərbi müdaxilə variantını gündəmdə saxlaması qarşılıqlı güzəştə dair kartları açır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Dekabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri