Icma.az
close
up
RU
Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılmasına dair layihənin təqdimatı keçirilib

Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılmasına dair layihənin təqdimatı keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 3-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilib.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib.

Tədbiri açan akademik İsa Həbibbəyli AMEA ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında uzun illərdir qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, bugünkü tədbir də bu əməkdaşlıq münasibətlərinə söykənir və gələcək birgə fəaliyyətimiz üçün olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyevin son illərdə ölkəmizdə süni intellekt və rəqəmsal inkişafın təmin edilməsi istiqamətində bir sıra ardıcıl olaraq, fərman və sərəncamlar imzaladığını deyən akademik İsa Həbibbəyli ölkə başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında da bu məsələlərə toxunduğunu, Azərbaycanın gələcəyini bu istiqamətdə gördüyünü və bundan irəli gələrək alimlərimiz qarşısında bir sıra vəzifələr qoyduğunu diqqətə çatdırıb.

Son illərdə AMEA-da elektron xidmətlərin genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran akademik İsa Həbibbəyli 2023-cü ilin yanvar ayında AMEA Rəyasət Heyəti aparatında Elektron akademiya şöbəsinin yaradıldığını, qısa müddətdə bir sıra mühüm uğurlar əldə edildiyini, 2025-ci ildə isə müasir dövrün çağırışlarından və yeni texnoloji reallıqlardan irəli gələrək şöbənin adının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi olaraq dəyişdirildiyini söyləyib.

Akademik İsa Həbibbəyli bildirib ki, şöbə ötən dövr ərzində AMEA-da rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza atıb. Belə ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında işıq üzü görən nəşrlərin nüfuzlu beynəlxalq elmmetrik bazalara daxil olunmasını təşviq etmək məqsədilə onların elektron resursları hazırlanıb, “Crossref”lə əməkdaşlıq çərçivəsində hər bir məqaləyə bu günə kimi ANAS adı altında 2800-ə yaxın DOİ identifikatoru verilib. Bundan əlavə, Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkı ilə əməkdaşlıq çərçivəsində AMEA-nın özünün Dərgi Park bazası yaradılıb. Həmçinin AMEA Dərgi Parkına daxil olan “Azərbaycan Riyaziyyat Jurnalı”, “Müqayisəli ədəbiyyatşünaslıq” və “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalları Türkiyənin TÜBİTAK ULAKBİM DergiPark sisteminə qəbul edilib. AMEA-da elmmetrik göstəricilərin qiymətləndirilməsi məqsədilə milli istinad sistemi qurulub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, görülən işlər Azərbaycan elmini dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə yüksəltmək məqsədi daşıyır və süni intellekt, rəqəmsal texnologiyaların inkişafı istiqamətində proses bundan sonra da davam edəcək.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev çıxış edərək AHİK-in Azərbaycan alimlərinin müalicə və istirahətlərinin səmərəli təşkili məsələsində daim onlara dəstək verdiklərini söyləyib. Həmçinin AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının ötən 19 illik fəaliyyəti dövründə yetişdirdiyi kadrlarla ölkəmizdə əmək bazarının formalaşdırılması işinə layiqli töhfə verdiyini bildirib. Qeyd edib ki, bu gün təqdim edilən layihənin əsas məqsədi elmi nəşrlərin elmi informasiya mübadiləsini həyata keçirmək, onların beynəlxalq elmi bazalara çıxış imkanlarını genişləndirməkdir.

Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsini təqdim edib. Bildirib ki, layihə ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və elmi nəşrlərin beynəlxalq standartlara uyğun identifikasiya ilə təmini baxımından olduqca önəmlidir.

Xəyalə Məmmədova daha sonra Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi və həyata keçirilən layihə ilə bağlı təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Sonda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edərək süni intellekt və rəqəmsal inkişaf istiqamətində görülən işlər, eləcə də təqdimat ətrafında fikirlərini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see261

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see190

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see162

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see146

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri