Icma.az
close
up
RU
Azərbaycan təcrübəsi Suriyada tətbiq oluna bilər

Azərbaycan təcrübəsi Suriyada tətbiq oluna bilər

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müharibədən sonrakı dövr ölkənin gücü hərbi potensialı ilə yanaşı, sülh və sabitlik qurmaq qabiliyyəti ilə də ölçülür. Azərbaycan bu baxımdan Qarabağda həyata keçirdiyi quruculuq və bərpa modeli ilə regionda fərqlənən, sistemli və modern yanaşma ortaya qoyur. Beş il ərzində azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq - infrastrukturun qurulması, mədəni və dini abidələrin bərpası, ağıllı kənd və şəhər konsepsiyalarının tətbiqi beynəlxalq səviyyədə də diqqətlə izlənən nümunəyə çevrilib.

Eyni zamanda, illərlə müharibə içində olan və bu gün yenidən ayağa qalxmaq istəyən Suriya üçün bu təcrübə real dəyər daşıya bilər. Azərbaycanın texniki imkanları, idarəetmə bacarığı və beynəlxalq tərəfdaşlıq təcrübəsi, Suriyanın yeni mərhələdə ehtiyac duyduğu sistemli və etibarlı dəstəyi təmin edə bilər. İki ölkə arasında bu istiqamətdə qurulacaq əməkdaşlıq həm də bölgədə mədəniyyətlərarası anlaşma, sabitlik və inkişaf üçün yeni körpü rolunu oynaya bilər.

Qarabağda sıfırdan inkişaf 
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasını milli prioritetlər sırasına daxil edərək, bu istiqamətdə genişmiqyaslı və sistemli proqramlar həyata keçirməyə başladı. 2020 - 2025-ci illəri əhatə edən dövr üçün ayrılmış ümumi vəsaitin həcmi 18 milyard manatdan artıqdır. Bu investisiya proqramı həm infrastruktur, həm sosial layihələr, həm də texnoloji və mədəni irsin bərpasını əhatə edir.
Beş il ərzində görülən işlər miqyas və məzmun baxımından regionda nadir hesab olunur. Füzuli, Zəngilan və Laçın rayonlarında inşa edilmiş beynəlxalq hava limanları bölgənin logistik imkanlarını tamamilə dəyişib, həm mülki, həm də strateji əhəmiyyət daşıyan bu layihələr azad olunmuş ərazilərin regional və beynəlxalq bağlantılarını gücləndirib. Yüzlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolu xətləri, o cümlədən Zəfər Yolu, Bərdə -Ağdam, Horadiz-Ağbənd dəmir yolu, Şükürbəyli - Cəbrayıl, Füzuli - Hadrut, Kəlbəcər - Laçın yol layihələri yerli və beynəlxalq daşımalar üçün yeni imkanlar yaradıb, dağlıq və çətin relyefli ərazilərdə tikilən tunellər isə mühəndis baxımından uğurlu nümunələr hesab olunur.
Eyni zamanda, minlərlə yaşayış evi, fərdi və çoxmənzilli yaşayış kompleksləri, sosial obyektlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, poliklinikalar, mədəniyyət evləri və ictimai binalar yenidən inşa olunub və ya sıfırdan tikilib. Bu obyektlər həm də sosial həyatın dirçəldilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bərpa o cümlədən ağıllı kənd və ağıllı şəhər konsepsiyası çərçivəsində həyata keçirilir. Zəngilanın Ağalı kəndində uğurla tətbiq edilən bu konsept enerji səmərəliliyi, “yaşıl” texnologiyalar, rəqəmsal idarəetmə, müasir su təchizatı və tullantıların idarə olunması sistemlərini özündə birləşdirir. 
Suriya Azərbaycanın təcrübəsindən necə istifadə edə bilər?
İllərlə davam edən vətəndaş müharibəsi nəticəsində Suriya da genişmiqyaslı dağıntılarla üz-üzə qaldı. Dəməşq, Hələb, Homs, Dəra, Rakka və digər iri şəhərlərdə yaşayış məntəqələri yerlə-yeksan edildi, sənaye və iqtisadi infrastruktur sıradan çıxdı, tarixi-mədəni irs nümunələri isə ya dağıdıldı, ya da talan edildi. Milyonlarla insan evsiz qaldı, milyonlarla insan ölkəni tərk etməyə məcbur oldu, ölkədaxili köçkünlərin sayı sürətlə artdı. UNESCO-nun hesabatlarına görə, Suriyada minlərlə tarixi və dini abidə ciddi ziyan görüb, yüzlərlə obyekt isə tamamilə məhv edilib.
Bu gün beynəlxalq ictimaiyyətin, o cümlədən ərəb dövlətlərinin Suriyanı siyasi izolyasiyadan çıxarmağa çalışdığı dövrdə ölkənin real ehtiyacları bərpa və dirçəlişdir. Bu isə yalnız maliyyə resursları ilə deyil, sistematika, koordinasiya və praktiki təcrübəyə malik tərəfdaşlarla mümkün ola bilər. Məhz bu nöqtədə Azərbaycan nümunəsi diqqət çəkir. Qarabağda sıfırdan həyata keçirilən tikinti və yenidənqurma prosesi, eyni zamanda mina təmizləmə, idarəetmə və insan potensialının səfərbərliyi sahəsində formalaşmış praktiki model Suriyanın yeni hökuməti üçün nümunəvi yanaşma ola bilər.
Azərbaycan bu sahədə texniki resurslarla yanaşı, idarəetmə, planlaşdırma və beynəlxalq əməkdaşlıq mexanizmləri ilə də seçilir. Beş il ərzində qurulmuş dəqiq büdcə və layihə disiplini, yerli və xarici tərəfdaşların cəlb olunması, dövlət və özəl sektorun qarşılıqlı fəaliyyəti, həm də bu prosesin humanitar və sosial elementlərlə zənginləşdirilməsi Azərbaycanın bərpa sahəsində yaratdığı modelin dayanıqlığını sübut edir. Suriya üçün bu təcrübənin köçürülməsi, həm də post-münaqişə idarəçiliyi və ictimai sabitliyin bərpası baxımından əhəmiyyətli ola bilər.
Qarabağda yollar, binalar, hava limanları ilə yanaşı mədəni və dini irs nümunələri də bərpa olunub. Bu proses Azərbaycan dövlətinin mədəniyyətə və dini müxtəlifliyə yanaşmasının prinsipial olduğunu açıq şəkildə göstərir. 2020–2025-ci illər ərzində Qarabağda həyata keçirilən restavrasiya və konservasiya işləri nəticəsində
Şuşadakı Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, orijinal memarlıq üslubuna uyğun şəkildə yenidən qurulub, Molla Pənah Vaqifin məqbərəsi, modern texnologiyalarla təchiz edilərək bərpa olunub və ictimaiyyətin istifadəsinə verilib, Xan qızı Natəvanın bulağı, su mənbəyi və dekorasiyası ilə birlikdə yenidən bərpa olunub, Şuşada bir çox tarixi şəxsiyyətlərin ev muzeyləri bərpa edilib, Çöl Qala məscidi, tarixi əhəmiyyətinə görə Heydər Əliyev Fondu tərəfindən tam bərpa olunub və 2023-cü ildə ictimaiyyətə təqdim edilib.
Bu nümunələr göstərir ki, Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir mədəni abidəyə eyni yanaşma ilə yanaşır, onu tarixi mirasın bir hissəsi kimi qoruyur və gələcək nəsillərə çatdırır. Dövlətin bu mövqeyi həm daxildə vətəndaş həmrəyliyinə, həm də beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir.
Suriyanın da bu cür barışıq mesajlarına və dini-mədəni müxtəlifliyə hörmət əsasında formalaşan bərpa siyasətinə ehtiyacı var. Tarixi şəhərlərdə Hələb, Palmira və Dəməşqdə yerləşən məscid, kilsə və sinaqoqların eyni baxışla bərpa olunması Suriya cəmiyyətində itirilmiş etimadın yenidən qurulmasına töhfə verə bilər. Azərbaycan təcrübəsi bu istiqamətdə həm texniki töhfə, həm də siyasi və sosial simvolizm baxımından model rolunu oynaya bilər.
Müharibədən sonra sabitlik axtaran Suriya üçün Azərbaycan modeli niyə vacibdir?
Qarabağda həyata keçirilən quruculuqdan öncə on minlərlə hektar ərazi minalardan təmizlənib. Bu işi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) sistemli şəkildə həyata keçirir. İndi isə bu model beynəlxalq səviyyədə tanınır və BMT, UNDP və digər təşkilatlar tərəfindən dəstəklənir.
Suriyada da minalar və partlayıcı qalıqlar əsas təhlükə mənbəyidir. Azərbaycan bu sahədə həm təlim, həm texniki yardım, həm də mütəxəssis göndərmək potensialına malikdir.
2025-ci ilin may ayında Azərbaycan hökumət nümayəndə heyəti Dəməşqə səfər edərkən bərpa və enerji sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycan təcrübəsinin Suriyada tətbiqi məsələsi müzakirə olunub. Suriya Prezidenti Əhməd Əl-Şəraa Azərbaycanın Qarabağ modelini “müharibədən sonra inkişaf nümunəsi” adlandıraraq, bu təcrübənin öyrənilməsinə maraqlı olduqlarını bildirib.
Azərbaycanın son illərdə həyata keçirdiyi aktiv diplomatik siyasət nəticəsində Qara dəniz yarmadasından başlayaraq Orta Asiyaya, Afrikadan Yaxın Şərqə qədər müxtəlif regionlarda nüfuzu artıb. Suriya ilə mümkün əməkdaşlıq regional sabitliyə töhfə, mədəniyyətlərarası körpü və iqtisadi tərəfdaşlıq baxımından da əhəmiyyətlidir.

Azərbaycan Qarabağda müharibədən sonra “sıfırdan inkişaf” modeli yaradıb. Bu model  yenidənqurma ilə yanaşı davamlılıq, mədəni irsin qorunması, təhlükəsizlik və diplomatik balansla da seçilir.
Bu təcrübə hazırda Suriyada yaranmaqda olan yeni siyasi mühit üçün örnək ola bilər. Suriya Azərbaycanın təcrübəsindən yararlanarsa, fiziki, sosial və mədəni dirçəliş baxımından da mühüm irəliləyişə nail ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri