Icma.az
close
up
RU
Azərbaycan telekanallarında dublyaj rüsvayçılığı Türk dilindən türk dilinə mədəni zorakılıq

Azərbaycan telekanallarında dublyaj rüsvayçılığı Türk dilindən türk dilinə mədəni zorakılıq

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəlkə də bu ölkədə saysız-hesabsız sosial, iqtisadi və siyasi problemlər varkən dublyajdan danışmaq kiməsə artıq görünə bilər. Amma unutmayaq ki, televiziya təkcə əyləncə vasitəsi deyil. Televiziya dil yaradır, zövq formalaşdırır, nəsil yetişdirir. Efirə buraxılan hər keyfiyyətsiz dublyaj tamaşaçının təkcə qulağına yox, birbaşa düşüncəsinə təsir edir.

Bu gün Azərbaycan telekanallarında nümayiş olunan xarici bədii, sənədli və cizgi filmlərinin əhəmiyyətli bir hissəsi dublyaj mərhələsində ciddi keyfiyyət itkisinə məruz qalır. Məzmunun özü, aktyor oyunu və dramaturgiya çox vaxt arxa plana keçir. Problem ondadır ki, bəzi hallarda tamaşaçı artıq filmin özünü yox, dublyajın qüsurlarını izləməyə məcbur qalır. Bu isə filmin bədii dəyərini kölgədə qoyur.

Burada məsələ tərcümənin mövcudluğunda deyil. Məsələ dublyajın sadəcə səs oxuma səviyyəsinə endirilməsində, obrazın ruhunun nəzərə alınmamasında və tamaşaçıya formal yanaşmada gizlənir. Səs aktyoru obrazı yaşamır, sadəcə mətni səsləndirir. Emosiya təbii şəkildə ötürülmür, mexaniki şəkildə imitasiya olunur. Yersiz pafos, əsassız qışqırıqlar, intonasiyasız cümlələr, gizlədilməyən nəfəs almalar və yanlış tələffüzlər ekran qarşısında olan tamaşaçını filmdən uzaqlaşdırır.

Xüsusilə Türkiyə istehsalı olan serial və filmlərin dublyajı bu problemin ən bariz nümunəsidir. Türkiyə türkcəsini anlayan, bu dili qulaqdan-qulağa mənimsəmiş tamaşaçıya zorla “tərcümə edilmiş” türk dili təqdim olunur. Nəticədə nə orijinalın təbii axını qalır, nə də Azərbaycan dilinin estetik imkanlarından düzgün istifadə edilir. Ortaya çıxan səs nə Türkiyə türkcəsinə bənzəyir, nə də Azərbaycan türkcəsində təbii səslənir.

Mirzə Ələkbər Sabirin “Osmanlıcadan tərcümə türkə” ironiyası bu gün artıq sadəcə ədəbi nümunə deyil, real efir mənzərəsinin dəqiq təsviridir. Problem iki dil arasında anlaşılmazlıq deyil. Problem eyni dil ailəsinə mənsub iki yaxın dil arasında süni baryer yaradılmasıdır. Türkiyə türkcəsi guya yad dilmiş kimi təqdim olunur və bu yanaşma “dil siyasəti” adı altında əsaslandırılmağa çalışılır.

Bir neçə il əvvəl türk serialları orijinal səsdə yayımlanırdı və tamaşaçı bunu rahatlıqla anlayırdı. Bu gün isə eyni seriallar süni səslərlə, emosiyasız oxunuşla və obrazın psixologiyasını öldürən dublyajla təqdim olunur. Tamaşaçı artıq süjetə köklənmir, dublyajdakı uyğunsuzluqları saymağa başlayır.

“Kuruluş Osman”, “Payitaht Abdülhamid” kimi tarixi seriallar dublyajın təsiri ilə bəzən öz ağırlığını itirir. Epik səhnələr lazımi emosiyanı ötürmür, dramatik anlar süni səslənir, qəhrəmanlıq pafosu isə teatr monoloqu təsiri bağışlayır. Tamaşaçı tarixi atmosferi deyil, dublyajın texniki qüsurlarını hiss edir.

Daha bir problemli məqam isə türkü və mahnıların səsli şəkildə “tərcümə” edilərək oxunmasıdır. Mahnı mətninin mənası izah edilə bilər, amma musiqinin üzərinə oxunan süni tərcümə nə melodiyanın ritmini qoruyur, nə də vokal emosiyanı ötürür. Belə hallarda səhnənin dramatik yükü zəifləyir, musiqi isə fon elementi olmaqdan çıxaraq texniki maneəyə çevrilir. Türkü və mahnılar ya orijinal səsdə saxlanmalı, ya da altyazı vasitəsilə izah edilməlidir; əks halda bu yanaşma nə dilə, nə musiqiyə, nə də ekran estetikasına xidmət edir.

Bütün bunların fonunda mütləq qeyd olunmalıdır ki, yaxşı dublyaj nümunələri də mövcuddur. Peşəkar səsləndirmə, düzgün intonasiya və texniki keyfiyyət olan işlər var. Amma problem ondadır ki, bu yanaşma sistemli deyil, epizodik xarakter daşıyır.

Bu gün ortaq türkcə, ortaq mədəni məkan və ortaq informasiya sahəsi müzakirə edilən bir vaxtda Türkiyə türkcəsindən türk dilinə dublyajın nəyə və kimə xidmət etdiyi sualı açıq qalır. Tamaşaçı anlayırsa, orijinalı qəbul edirsə, bu süni müdaxilə kimin marağındadır? Dil yaxınlaşması müzakirə edilərkən, efirdə dilin parçalanması nə ilə əsaslandırılır?

Azərbaycan telekanalları bu cür dublyajla sadəcə keyfiyyət problemi yaratmır, tamaşaçı ilə aradakı məsafəni daha da artırır. İnsanlar serialları internetdə və platformalarda orijinal səsdə izləyir, yerli kanalları isə kənara qoyur.

Bu, tamaşaçının zövq problemi deyil. Bu, efir məsuliyyəti problemidir. Bu, peşəkarlıq və yanaşma problemidir.

Açıq demək lazımdır: keyfiyyətsiz dublyaj nə Azərbaycan dilini qoruyur, nə mədəniyyətə xidmət edir, nə də televiziya adına yaraşır. Türkiyə istehsalı olan məhsullar ya yüksək səviyyəli dublyajla, ya da orijinal səs + altyazı formatında yayımlanmalıdır.

Əks halda bu efir mədəniyyət yox, dil üzərində aparılan sınaq, tamaşaçı üzərində isə açıq-aşkar məcburiyyət təsiri bağışlayır.

Samir Əsədli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Dekabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri