Icma.az
close
up
RU
Azərbaycan Tibb Universitetində Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş elmi praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş elmi praktik konfrans keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində görkəmli alim, tanınmış cərrah və böyük ictimai xadim, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş “Mustafa Topçubaşov: Akademik irs – 130” mövzusunda elmi-praktik konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransın açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli konfransın yalnız böyük alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan tibb elminin və təhsilinin inkişafına sadiqliyin təntənəsi oıduğunu qeyd edib: “Prezident İlham Əliyevin Mustafa Topçubaşovun yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam bu tədbirə xüsusi simvolik məna qazandırır. Həmin Sərəncam bir tərəfdən ölkəmizdə elmə və alimə verilən qiymətin, digər tərəfdən isə milli yaddaşın, elmi irsin qorunmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir”.

Rektor böyük alimin təşəbbüsü ilə tibb təhsilində həyata keçirilən islahatlar, praktik biliklərin önə çəkilməsi, innovativ tədris metodlarının tətbiqi istiqamətində görülən işlərin bu gün də Azərbaycan Tibb Universitetinin tədris sistemində mühüm yer tutduğunu vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bu böyük şəxsiyyət barədə öz müəllimlərindən çox eşitdiyini deyib: “Mən Mustafa bəyin əməliyyatları, oxuduğu mühazirələr, cərrahiyyə elminə və tədrisinə gətirdiyi yeniliklər, tətbiq etdiyi innovasiyalar barədə onun tələbələri olmuş müəllimlərimdən çox eşitmişəm. O öz həyatı, elmi yaradıcılığı və yorulmaz fəaliyyəti ilə Azərbaycanda bir məktəb yaradıb”.

Bu məktəbin məzunlar yetişdirməkdə davam edəcəyinə inandığını deyən Nadir Zeynalov konfransın işinə uğurlar arzulayıb və tədbirin səmərəli keçəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında bildirib ki, Mustafa Topçubaşovun yaratdığı elmi məktəb öz yetirmələrinin cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabət elmində mühüm yeniliklərə imza atmaları ilə Azərbaycanda mövcud olmuş digər elmi məktəblərdən fərqlənir. Topçubaşovun milli səhiyyə sisteminin qurulmasındakı fəaliyyətinə toxunan İradə Hüseynova onun 1926-cı ildə Almaniyaya təcrübə keçməyə göndərildiyini, oradan qayıtdıqdan sonra əldə etdiyi təcrübə əsasında Bakı şəhərindəki xəstəxanalardan birində cərrahi yardım göstərən ilk elmi-metodik mərkəz yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında da mühüm rol oynayıb və uzun illər bu elm ocağının vitse-prezidenti olub.

Sonra Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan görkəmli alimin çoxşaxəli həyat və fəaliyyətindən söz açıb: “86 ildən çox mənalı bir ömür sürən akademik Topçubaşov öz fəaliyyəti ilə göstərdi ki, elm onun qanında, ruhunda idi. Bu ruh isə Azərbaycan xalqının özünəxas, heç kimin əlindən ala bilməyəcəyi bir xəzinəsidir. Onun timsalında bu zəka və fədakarlıq bütöv bir millətin elmi kimliyini təcəssüm etdirirdi. Topçubaşovlar nəslinin Azərbaycanın tarixində, dövlətçiliyində, taleyüklü məsələlərdə əhəmiyyətli yeri var. Bu şərəfli nəslin kökü XV-XVI əsrlərdə qədim türk torpağı olan İrəvanda təşəkkül tapıb. Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov və Azərbaycan Demokratik Respublikası Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov da həmin kökə mənsubdurlar”.

Çıxışlarda Mustafa Topçubaşovun Azərbaycan tibb elminin banilərindən biri, cərrahiyyə məktəbinin yaradıcısı olduğu, tibb təhsilində islahatçı şəxsiyyət kimi tanındığı vurğulanıb. Qeyd olunub ki, alimin rəhbərliyi ilə aparılan tədqiqatlar bu gün də öz aktuallığını qoruyur, onun ideyaları isə gənc nəsil tibb mütəxəssisləri üçün elmi və mənəvi örnək olaraq qalır. Həmçinin Topçubaşovun tibbi ədəbiyyatın milli dildə hazırlanması təşəbbüsü, praktik biliklərin tədrisdə əsas yer tutması və tələbələrin klinik təcrübəyə cəlb olunması istiqamətində gördüyü mühüm işlər yada salınıb.

Tədbirin davamında musiqiyə də yer verilib. Görkəmli alimin oğlu, tibb elmləri doktoru, professor, eyni zamanda, bir çox sevilən musiqilərin bəstəkarı İbrahim Topçubaşovun kompozisiyaları Xalq artisti Samir Cəfərov tərəfindən səsləndirilib.

Topçubaşovlar ailəsi adından Mərkəzi Klinikanın baş direktorunun müavini, Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək böyük alimin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin Ceyhun Topçubaşova universitet adından xatirə hədiyyəsi təqdim etməsi ilə ikigünlük elmi-praktik konfransın açılış mərasimi başa çatıb.

Daha sonra konfrans öz işini sessiyalarla davam etdirib.

Oktyabrın 31-də aktual mövzularda panel sessiyaları təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri