Icma.az
close
up
RU
Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi FOTOLAR

Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi FOTOLAR

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi və nazirliyin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 24-də görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Beynəlxalq konfransda Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər şəxsləri, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.

Tədbiri açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev elmi-praktik konfransın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, görkəmli alimin elmi dühası geniş spektrli, çoxsahəlidir: “Akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir”.

Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib:

"Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminə verilən yüksək dəyərdir".

Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsici kəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib:

“Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzətmişdir”.

Teymur Musayev akademik Mustafa Topçubaşovun irsinin bu gün də aktuallığının qoruduğunu bildirib. "Mustafa Topçubaşovun ömür yolu bu gün cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir", - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Öz çıxışında AMEA-nın prezidenti İsa Həbibbəyli vurğulayıb ki, Mustafa Topçubaşovun yaratdığı elmi məktəb onun yetirmələrinin cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabətdə mühüm yeniliklərə imza atmaları ilə fərqlənir.

Mustafa Topçubaşovun Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri olduğunu vurğulayan İsa Həbibbəyli, həmçinin görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun hər zaman gənclərə istiqamət verərək onların elmə yönəlməsində xüsusi səy göstərdiyini deyib.

Öz çıxışında M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev görkəmli alimin elmi-pedaqoji və kadr hazırlığında, həmçinin ictimai-siyasi fəaliyyətində tarixi xidmətləri barədə məlumat verib:

“Həm bir həkim, həm də bir alim kimi Mustafa Topçubaşovun irsi Azərbaycan səhiyyəsinin və xüsusən də cərrahiyyəsinin formalaşmasında əvəzsiz rol oynayıb”.

Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri Yasemin Balaban çıxış edərək, akademik Mustafa Topçubaşovun cərrahiyyədə, tibdə, elmdə və kadr hazırlığındakı tarixi xidmətlərindən danışıb.

Alimin oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Ceyhun Topçubaşov çıxış edərək, atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonra akademik Mustafa Topçubaşova həsr edilmiş sənədli film nümayiş olunub.

Beynəlxalq elmi-praktik konfrans öz işini panel sessiyalarla davam etdirib.

Sessiyalarda Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimlərinin “Birincili sklerozan xolangit və birincili biliyar xolangit: nə yenilik var?”, “Laparsokipik cərrahiyyə və stepler texnologiyası fəsadları”, “Süd vəzi adenokarsinomasında amfisesinin sitotoksik və antiproliferativ təsiri”, “Kəskin nəfəs yolları pozulması sindromunun diaqnostikası, profilaktika və müalicə prinsipləri”, “Kolorektal anastomozlarda tutmazlığın profilaktikası” adlı məruzələri dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri